Cümə, 07 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Aeroportlar AZAL-dan ayrılmalıdır...” - Ekspert

“Avropa İttifaqının təklif etdiyi aviasiya sazişinin əsl mahiyyəti ondan ibarətdir ki, ümumi standartlara uyğun olaraq qəbul olunmuş vahid qayda ilə Avropa İttifaqı ölkələrinə daxil olan aviaşirkətlər və Azərbaycanın aviaşirkətləri maneəsiz qarşılıqlı uçuşlar həyata keçirsin”

PİA.AZ xəbər verir ki, bunu Turan İnformasiya Agentliyinin şərhçisi Emil Quliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Avropa İttifaqının aviasiya sazişinə qoşulmamasının səbəbləri haqda danışarkən deyib.

O, bildirib ki, bu saziş imzlanan andan Avropa İttifaqının istənilən ölkəsində fəaliyyət göstərən aviasiya şirkəti saziş əsasında Azərbaycana müraciət edərək, əlavə danışıqlar aparmadan Bakıya birbaşa uçuşlar təşkil edə bilər. Avropa İttifaqı bu sazişi ilk dəfə 2013-cü ildə təklif edib. Qısa bir müddətdə danışıqlar gedəndən sonra dayandırılıb. Uzun müddət fasilə yaranıb.

Sonradan, 2017-ci ildə yenə də Avropa İttifaqı təkrarən sazişi təklif edib. Həmin ilin oktyabrında belə bir situasiya yarandı ki, artıq hər iki tərəf sazişin 90 faiz razılaşdırıldığını bildirdi və son addımın atılmasının lazım olduğunu qeyd etdilər.

“Lakin, bizə məlum olmayan səbəblərdən bu saziş yenə də imzalanmadı. Növbəti fəallıq 2019-cu ilin mayına təsadüf edir. Yenə də hər iki tərəf sazişin 90 faizinin razılaşdırıldığını bildirdi və son addımın atılmasının lazımlığını qeyd etdilər.

Tərəflərin belə bəyanatlarına baxmayaraq, yenə də saziş imzalanmayıb. Sazişin imzalanmamasından isə Azərbaycan dövləti, büdcəsi və Azərbaycanın sıravi vətəndaşları itirir.

Ən əsas prioritet ondan ibarətdir ki, Azərbaycandan, Bakıdan və yaxud Azərbaycanın digər beynəlxalq aeroportlarından Avropa şəhərlərinə birbaşa uçuşlar təşkil olunacaq. Bu da digər ölkələrin nümunələrində, - Gürcüstan, Ukrayna kimi ölkələrin nümunələrində göstərir ki, sazişdən əsasən aşağı büdcəli avia kompaniyalar istifadə edir. Yəni, lou-kost-lar (low-cost-aşağı qiymətli). Bu, Avropaya səyahət edən Azərbaycan vətəndaşları üçün birbaşa xeyirdir, onlar ucuz qiymətlərlə Avropaya uça bilərlər. O cümlədən də Avropa İttifaqı vətəndaşları ucuz qiymətlərlə Bakıya uçub gələ bilərlər”.

E. Quliyev deyir ki, aviasya sazişinin imzalanmasının mənfi tərəfi, yanız Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin idarəçiliyində ola bilər. Sazişdə də göstərilir ki, müqavilə imzalandıqdan neçə il sonra Azərbaycan hökuməti AZAL-ın subsidiyalarını dayandıracaq. Buna görə də ekspertlər bildirir ki, saziş imzalanan andan AZAL öz idarəçiliyində islahatlara başlamalıdır ki, həmin o sazişdə göstərilən müddət bitdikdən sonra müflis olmasın.

Ekspert qeyd edib ki, Azərbaycanla qonşu Gürcüstanı müqayisə etsək, bir çox hallarda, eyni aviaşirkətin, eyni Avropa şəhərinə Bakıdan və Tbilisidən uçuşunu müqayisə etdikdə iki biletin bir biletə olan qiyməti qədər fərq yaranır.

Bəs hökuməti ölkədə hava daşıcılığı sahəsində rəqabət mühitini genişləndirmək üçün nə etməlidir? E. Quliyev bildirir ki, ən böyük məsələ odur ki, Azərbaycanın beynəlxalq aeroportları mili aviadaşıyıcıdan ayrılmalıdır, müstəqil fəaliyyət göstərməlidir: “Avropada Azərbaycan nadir ölkələrdən biridir ki, avişirkət və aviadaşıyıcı bir şirkətə daxildir. Belə olan halda rəqabət mühiti şübhə altına düşür.

Amma aeroport müstəqil bir şirkət kimi fəaliyyət göstərsə, onun rəhbərliyi AZAL-dan çox müstəqil olan bir şəxs təyin olunsa, aeroport öz mənafeyini, öz gəlirlərini güdəcək. Bu səbəbdən də ona müraciət edən aviaşirkətlərə çox uyğun qiymətlər təklif edəcək”.

pia.az


Etiket: aeroportlar AZAL


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezidentdən AZAL-a tənqid: “Bəs, bunun gəliri haradadır?”

Hərbi qulluqçuların pensiyası ilə bağlı qanun layihəsi hazırlanır

"Bu şəhərdə" Ramin Bayramlını parodiya etdi - Video

Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır

Yasamaldakı park ərazisini kim satıb? – Kərəm Həsənov, yoxsa Kinoklub?...

“Bəsdirin millətin əsərlərini korladınız...” - Milli Məclisdə gərgin müzakirələr

Azərbaycan müxalifəti fövqəladə toplantı keçirir - Fotolar

Məhkəmə Gülər Əhmədovanın oğlu haqqında qərar verdi

“Ramal Trans”ı Səfər Mehdiyevə nə bağlayır? - Komitədən cavab

"Yaxın zamanlarda karantin rejimi yenidən yumşaldılacaq" - Əli Əsədov

“Bəzi qadınlar qudurğanlıqdan pis yola düşürlər” – Rasim Balayev

loading...

Ən çox oxunanalar