Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aeroportda baş tutan görüş - Putinin Paşinyanı aşağılamaq cəhdi?..

Putinin Paşinyanla görüşməzdən əvvəl Robert Köçəryanın xanımı ilə görüşməsi əslində Paşinyana vurulan sərt şillə kimi dəyərləndirilməlidir...

“Atlas” Araşdırmalar Mərkəzinin sədri: “Rusiya prezidenti Vladimir Putinin Ermənistan səfərinin xüsusi bir önəm kəsb etdiyini düşünmürəm”.

Rusiya Ermənistan münasibətləri hazırda hansı vəziyyətdədirsə, elə olaraq da qaldı. Çünki bu toplantı o vəziyyəti nə müsbətə, nə də mənfiyə doğru dəyişmədi”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu Putinin Yerevan səfərini PİA.az-a şərh edərkən qeyd edir.

Xəbər verdiyimiz kimi oktyabrın 1-də Yerevanda Avrasiya Ali İqtisadi Şurasının iclası keçirildi.

Yayılan məlumatlara görə Putinin Paşinyanla görüşü son saatlaradək dəqiqləşdirilməyib. Nəhayət Putin geri dönərkən ikilinin görüşü Yeravan aeroportunda baş tutub.

Məlumdur ki, Nikol Paşinyan hökuməti Putinin vaxtı ilə sıx dostluq etdiyi eks-prezident Robert Köçaryanı həbs edib. Bu MoskvaYerevan arasında ciddi böhrana yol açıb. Kremlin həbsdə olan Robert Köçaryanı ad günü münasibətilə təbrik etməsi və ona “səbr və dözüm” arzulaması narazılığın açıq müstəviyə keçməsindən xəbər verir.

Qeyd edək ki, Paşinyanla görüşməsindən əvvəl Putin Rusiyanın Ermənistandakı səfirliyində Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryanla görüşüb. Görüşdə Robert Köçəryanın həbsi və Ermənistan hökümətinin bu həbs ətrafında atdığı addımlar müzakirə olunub. Görüş barədə əlavə məlumat verilməyib.

Putinin Paşinyanla görüşməzdən əvvəl Robert Köçəryanın xanımı ilə görüşməsi əslində Paşinyana vurulan sərt şillə kimi dəyərləndirilməlidir. Ermənistan mətbuatı yazır ki, Putin Köçəryanla görüşə Bella Köçəryanla söhbətini bitirdikdən sonra qərar verib. Paşinyanla görüşə məhz Bella Köçəryanla görüşdən sonra qərar verilməsi və görüşün aeroportda baş tutması onu deməyə əsas verir ki, əslində Putin Paşinyanı aşağılamaq istəyib və Rusiya prezidentinin Ermənistanın Baş naziri ilə münasibətləri məcburi dözümlülükdən başqa bir şey deyil.

Yaranmış vəziyyətdən təbii olaraq pərt olan Paşinyan görüşün aeroportda ayaqüstü keçirilməməsini Ermənistan və dünyaya bildirmək məcburiyyətində qalan iki dəfə “Facebook” səhifəsində paylaşım edib və ikinci paylaşımında görüşün saat yarım davam etdiyini xüsusi olaraq vurğulayıb.

Həmçinin Rusiya ilə Ermənistan arasında iqtisadi problemlər də qabarmaqdadır. Belə ki, Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırıb. Yəni 2019-cu il yanvarın 1-dən Moskva Yerevana satdığı təbii qazın qiymətini 150 dollardan 165 dollara qədər qaldırdı. Son verilən xəbərlərdə 2020-ci il yanvarın 1-dən təbii qazın daha 30 % bahalaşacağı gözlənilir.

Göründüyü kimi Yerevanla Moskva arasında istər iqtisadi, istərsə də siyasi səviyyədə ciddi fikir ayrılıqları var.

Putinin Yeravan səfərini və Paşinyanla aeroportda baş tutan görüşünü PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Putin Ermənistanla vəziyyəti çətinləşdirmək istəməz. Bu Ermənistanda Ukrayna hadisələrinin təkrarlanmasına yol aça bilər”.

Putinlə Paşinyan arasında görüşün olmasının münasibətləri müsbətə doğru dəyişəcəyi anlamını vermədiyini bildirən siyasi şərhçi əlavə edib ki, bu münasibət müsbətə doğru dəyişməyəcək. Çünki Paşinyan hələ də Putinin dostu Köçəryanı həbsdə saxlayır:

“Putinin Ermənistan səfərini şişirtməyin əleyhinəyəm. Çünki Ermənistanda Avrasiya Ali İqtisadi Şurasının zirvə toplantısı keçirilirdi. Bu Şuranın iclası da növbəlik üzrə Yerəvanda keçirilirdi. Məcburən də hamı bu toplantıya qatılmalı oldu. Toplantıda da Avrasiya Ali İqtisadi Şurasının genişlənməsi, inteqrasiyası və başqa məsələlər müzakirə olundu.

Buna görə də Rusiya prezidenti Putinin Ermənistan səfərinin xüsusi bir önəm kəsb etdiyini düşünmürəm. Rusiya Ermənistan münasibətləri hazırda hansı vəziyyətdədirsə, elə olaraq da qaldı. Çünki bu toplantı o vəziyyəti nə müsbətə, nə də mənfiyə doğru dəyişmədi.

Düzdür bu toplantıya İran prezidenti də dəvət olunmuşdu. Amma İranın Avrasiya Ali İqtisadi Şurasına qoşulması məsələsi hələ həll edilməyib.

Elxan Şahinoğlu: “Görüş olmasaydı, bu Rusiya prezidentinin Ermənistanın baş nazirini aşağılaması anlamını verərdi”.

Əgər bir dövlət başçısı hansısa ölkəyə zirvə toplantısına gedirsə, böyük ehtimalla orada ikitərəfli görüş həyata keçirilir. Düşünürəm ki, Putinlə Paşinyanın görüşü nəzərdə tutulmuşdu. Görüş olmasaydı, bu Rusiya prezidentinin Ermənistanın baş nazirini aşağılaması anlamını verərdi.

Putin də Ermənistanla vəziyyəti bu qədər çətinləşdirmək istəməz. Bu Ermənistanda Ukrayna hadisələrinin təkrarlanmasına yol aça bilər. Buna görə də hava limanında olsa da, ikili görüş oldu.

Amma bu o demək deyil ki, Putinin Paşinyana münasibəti müsbətə doğru dəyişdi. Bu münasibət müsbətə doğru dəyişməyəcək. Çünki Paşinyan hələ də Putinin dostu Köçəryanı həbsdə saxlayır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar