Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADR Hərəkatı İctimai Dinləmə təşkil etdi – Azərbaycanla Avropa İttifaqı arasında gözlənilən sazişlə bağlı

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı 18 aprel 2019-cu ildə Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair İctimai Dinləmə keçirib

Dinləmədə AXCP, Milli Şura, “ReAl”, “Ümid”, VİP, AzDP və AXP-nin sədrləri, ictimai-siyasi təşkilatların rəhbərləri, ziyalılar, ekspertlər, jurnalistlər və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Təşkilatçılar bildiriblər ki, dəvət olunan partiyalardan yalnız KXCP və Müsavatın təmsiçiləri dinləməyə qatılmayıblar.

Toplantıda beynəlxalq münasibətlər üzrə ekspert Xəqani Cəfərli məruzə ilə çıxış edib.

Çıxışçıların əksəriyyəti Azərbaycanın Avro-Atlantika məkanına səmərəli və hər iki tərəf üçün faydalı inteqrasiyasının tərəfdarı olduqlarını, müqavilədə Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə tanınmasının təsbit olunmasının və bu sazişdən əvvəl Avropa Parlamentinin Tövsiyələrində Azərbaycanla Strateji Əməkdaşlıq Sazişinin imzalanması üçün irəli sürülən şərtlərin yerinə yetirilməsinin vacibliyini qeyd ediblər.

Eyni zamanda İctimai Dinləmə iştirakçıları hakimiyyətdən Avropa İttıfaqı və Azərbaycan arasında saziş imzalanmamışdan əvvəl sənəd layihəsinin dərc edilməsini və ictimai müzakirəyə təqdim olunmasını tələb ediblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar