Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Qeybulla: “Pasiyentin hüquqları haqqında” qanun heç nəyi həll etmir”

Tibb elmləri doktoru: “Dünyanın heç bir yerində də belə qanun yoxdur. Dünyanın hər yerində həkim etikası kodeksi var”

Bu sözləri Tibb elmləri doktoru, həkim Adil Qeybulla ölkəmizdə hazırlanan “Pasiyentin hüquqları haqqında” yeni qanun layihəsini PİA.a-a şərh edərkən qeyd edib.

Ölkəmizdə “Pasiyentin hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır. Belə ki, həkimlərin pasiyentlərin sağlamlıqlarına vurduqları zərər araşdırılacaq və bunu edən tibb müəssisəsi və həkimdən həm maddi, həm də mənəvi təzminat alına biləcək. Layihədə pasiyentlərlə yanaşı, həkimlərin də hüquqları müdafiə ediləcək.

Məlumdur ki, səhiyyəmizin çatışmayan cəhətlərinə görə bu problem çox aktualdır və pasiyentin həkimdən narazı qaldığı hallar da çoxdur. Bu qanundan sonra narazılıqların aradan qalxmasına ümid etmək olar? Ümumiyyətlə bu qanun layihəsinin uğurlu olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı tibb elmləri doktoru, həkim Adil Qeybulla ilə müzakirə edib.

Adil Qeybulla: ““Pasiyentin hüquqları haqqında” qanundansa, biz “İcbari tibbi sığrota haqqında” qanun layihəsi hazırlamalıyıq”.

Bütün müayinələrin, müalicələrin, əməliyyatların hamısının protokol əsasında aparılmalı olduğunu vurğulayan tibb elmləri doktoru PİA.az-a açıqlamasında bildirib ki, bir problem olanda bu protokollara görə müəyyən olunmalıdır ki, həkim düz, ya yanlış taktika seçib. Əgər bu protokollar ortada yoxdursa, səhiyyə özfəaliyyətə çevrilibsə, burada kimi və necə mühakimə etmək olar:

“Pasiyentin narazılığı hələ heç nə demək deyil. Bu narazılıqları tibbi komissiya araşdırmalıdır. Çünki hər bir insanın intellektual imkanı var. Pasiyent nə bilir ki, o, düzgün müalicə olunub, ya düzgün müalicə olunmayıb?

Əslində “Pasiyentin hüquqları haqqında” qanun heç nəyi həll etmir. Dünyanın heç bir yerində də belə qanun yoxdur. Dünyanın hər yerində həkim etikası kodeksi var. Bu həkimlə xəstə, həkimlə digər tibb işçiləri arasında münasibətləri tənzimləyən qanundur. Azərbaycanda da bu şəkildə olmalıdır.

Həkimlərin pasiyentləri müalicə məsələsinə gəlincə isə deyə bilərəm ki, dünyada bu iş protokollarla həyata keçirilir. Yəni bütün çekaplar, müayinələr, müalicələr, əməliyyatların hamısı protokol əsasında aparılmalıdır. Sabah da bir problem olanda bu protokollara görə müəyyən olunmalıdır ki, həkim düz, ya yanlış taktika seçib. Əgər bu protokollar ortada yoxdursa, səhiyyə özfəaliyyətə çevrilibsə, burada kimi və necə mühakimə etmək olar?

Adil Qeybulla: “Azərbaycan səhiyyəsini Qərb standartlarına uyğun bir müstəviyə çıxarmalıyıq”.

Bizim pasiyentlərin narazılıqları çox zaman haqlı olur. Buna mən başqa söz deyə bilmərəm. Amma bütün sitiuasiyalar təkcə bununla bağlı deyil. Məlumdur ki, bizdə maddi xərcləri pasiyentin özü çəkməlidir. Buna görə də xəstələr narazı qalırlar.

“Pasiyentin hüquqları haqqında” qanundansa, biz “İcbari tibbi sığrota haqqında” qanun layihəsi hazırlamalıyıq. Azərbaycan səhiyyəsini Qərb standartlarına uyğun bir müstəviyə çıxarmalıyıq. Səhiyyə, sivil, dünya səviyyəsində olanda problemlər də olmur”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar