Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adı “MTN işi”ndə hallanan sabiq icra başçısı Londonda şirkət açdı

1993-1999-cu illərdə Bakı şəhər Səbail rayonunun İcra başçısı olan Rüstəm Müzəffər oğlu Məmmədov İngiltərənin paytaxtı Londonda şirkət rəhbəri olub..

Rüstəm Məmmədov “27 Old Gloucester Street, London” ünvanında yerləşən “RM Oil Supplier Ltd” şirkətini açıb.

Rüstəm Məmmədov eyni zamanda  “27 Old Gloucester Street, London” ünvanında yerləşən “Azslnrr Finance Investments Ltd” və  “32 London Bridge Street, London” ünvanında yerləşən “Sky Digital Technology Limited”  şirkətlərinin də direktorlarından biri olub.

13 sentyabr 2018-ci ildə qeydiyyatdan keçən “Sky Digital Technology Limited” şirkətinin direktorlarından biri də Latviya vətəndaşı Rahmeds Beinarovicdir.

Bundan başqa Rüstəm Məmmədov “27 Old Gloucester Street, London” ünvanında yerləşən “Global Profitrade Ltd” şirkətinin direktoru vəzifəsindən imtina edib.

Məlumat üçün qeyd edək ki, bir neçə il əvvəl Rüstəm Məmmədovun adı həbs olunan  Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşlarının məhkəmə prosesində çəkilib. 

Mətbuatda yer alan məlumatlarda qeyd olunub ki, Rüstəm Məmmədov sabiq MTN naziri Eldar Mahmudov yaxın adamlarından olub. İddia olunur ki, Rüstəm Məmmədov xarici ölkələrdə çirkli pulların yuyulması ilə məşğul olub.(yeniavaz.com)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar