Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADF Mərkəzi Komitəsinin sədri Rəhim Hüseynzadənin 70 yaşı tamam olur

Mətbuat Şurasının keçmiş icraçı katibi, "Zərdabi" Mətbuat Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin sədri Rəhim Hüseynzadənin 70 yaşı tamam olur. ADF Mərkəzi Komitəsi bununla bağlı təbrik açıqlaması ilə çıxış edib. PİA.az həmin açıqlamanı təqdim edir:

"Rəhim Məmməd oğlu Hüseynzadə 1951-ci ildə Novruz bayramı öncəsi mart ayının 3-də Gəncə şəhərində doğulub.

1958-1968-ci illərdə Gəncə şəhər 5 saylı orta məktəbdə təhsil alıb. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 1983-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını (keçmiş Bakı Ali Partiya Məktəbi) fərqlənmə diplomu ilə bitirib.

1973-1977-ci illərdə yeni yaradılan Neftçala rayonunda "Gündoğar" qəzetinin, 1977-1992-ci illərdə Salyan rayin "Qələbə" qəzetinin şöbə müdiri işləyib. Bu redaksiyalarda çalışdığı müddətlərdə SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər İttifaqının 30-a yaxın mükafatına, 1985-ci ildə isə "Qızıl Qələm"ə layiq görülüb. 1992-1996-cı illərdə Salyan rayon icra hakimiyyəti başçısının köməkçisi və məsləhətçisi vəzifələrində işləyib.

1998-ci ildə yenidən mətbuata qayıdıb. "Kriminal", "Vaxt", "Hürriyyət" qəzetlərində çalışıb. 2000-ci ildən "Qırxçıraq" regional qəzetinin baş redaktoru kimi səmərəli fəaliyyətinə görə həmin nəşr Azərbaycan Mətbuat Şurasının təsisçiləri sırasına qəbul olunub.

2004-cü ildə MŞ-də icraçı katib vəzifəsinə təyin edilib. Mətbuat Şurasının məhdud işçi qüvvəsi ilə, ağır sosial şərtlər altında fəaliyyət göstərdiyi dönəmlərdə R.Hüseynzadə bacarığı və təcrübəsi ilə Şuranın möhkəmlənməsinə mühüm töhfələr verib. Şuranın hazırki statusunun əldə edilməsində, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsində onun dəyərli tövsiyələrinə istinad olunub. Nəticədə 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar Jurnalist fəxri adına layiq görülüb.

2008-ci ilin sentyabrından "Zərdabi" Mətbuat Mərkəzi İctimai Birliyinin sədridir. Rəhim Hüseynzadənin yaşadığı 70 illik ömür tarixi və həyat xəritəsi atası Məhəmməd kişinin Cənubi Azərbaycanda Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında baş vermiş milli-demokratik hərəkatda bir fədai başçısı olaraq iştirakı, "21 Azər" kimi tarixə düşmüş bu hərəkat nəticəsində 1945-ci ilin dekabr ayının 12-də yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti, bir ildən sonra eyni gündə beynəlxalq imperializmin və İran irtica hökümətinin əli ilə bu milli qurumun devrilməsindən və süqutundan sonra Şimali Azərbaycana mühacirəti burada məskunlaşması və yaşayışı ilə bağlı olub.

Rəhim Hüseynzadənin Gəncə təvəllüdlü olması onun tərcümeyi-halında xüsusi bir yer tutur. 1946-cı il dekabrın 12-də Milli Hökumət süqut etdikdən sonra Ərdəbildə fədai dəstələrindən birinə başçılıq etmiş Məhəmməd kişi də digər fədai və firqəçilərlə birgə Araz çayı üzərindəki körpüdən sərhəddi keçib Şimali Azərbaycana gəlib. O, Gəncə yaxınlığındakı Hacıkənddə təşkil olunmuş düşərgədə döyüş cəbhəsindən gəlmiş 250 nəfər fədailərlə birgə hərbi təlim keçmişdir. Bu təlimlərdən məqsəd fədailərlə İrana qayıtmaq və düşmənlə yenidən savaşa girmək, öz haqlarını geri almaq ümidi verirdi. Əslində Şimali Azərbaycana mühacirət etmiş "21 Azər" hərəkatının bütün iştirakçıları kimi, o da ömrünün sonuna qədər belə bir ümidlə yaşadı, həyatının sonuna kimi firqə üzvü olaraq qaldı.

Bu hərbi təlimlər S.C.Pişəvərinin öldüyü tarixə kimi (11.06.1947) davam etdirilmiş, sonra isə düşərgədə təlim keçən və Vətənə qayıdaraq yenidən milli azadlıq uğrunda mübarizəni davam etdirmək ümidi ilə yaşayan fədailəri müvafiq bölgələrdə işləmək və yaşamaq üçün göndərmişlər.

Məhəmməd kişi də bir qrup fədai yoldaşı ilə birgə Gəncədə işləməyə göndərildi və burada ailəsi ilə yaşamalı oldu. Rəhim Hüseynzadə də bu şəhərdə dünyaya gəldi. Özünün şəxsi həyat hekayəsi də çayqırağı Namazallılar deyilən məhəllədən başladı.

Rəhim kiçik yaşlarında, ağlının kəsdiyi çağlarda atasının Gəncədəki evinə yığışan fədailərin milli azadlıq uğrunda apardıqları mübarizə və bu xatirələrlə yoğrulmuş, şəxsiyyəti, dünyagörüşü, baxışları da bu xatirələr üzərində formalaşmış və möhkəmlənmişdir. Özünün də dəfələrlə qeyd etdiyi kimi Rəhim Hüseynzadənin Cənubla bağlı istək və arzuları bugünədək həyatının başlıca amalı olmuş, bütün ümidlərinin fövqündə dayanmışdır. O səbəbdən də, R.Hüseynzadənin həyatında əsas hədəf atasının timsalında İranda yaşayan azərbaycanlıların milli-demokratik, milli-mədəni hüquqlarının təmin edilməsi uğrunda Azərbaycan Demokrat Firqəsinin "12 şəhrivər müraciəti"nə qoşulmuş 100 minlərlə fədai və demokratın başladığı yolu davam etdirmək, uğurlu nəticələrə nail olmaqdır.

Elə bu amalla da 1975-ci ildə Azərbaycan Demokrat Firqəsi sıralarına daxil olmuş, ADF-nin Salyan rayonlararsı təşkilatına 1982-2004-cü ilə kimi rəhbərlik etmişdir. Firqə rəhbərliyi etimad göstərərək onu bir sıra prinsipial tədbirlərdə iştirak edən nümayəndə heyətinin tərkibinə daxil etmişdir. R.Hüseynzadə təşkilatda kritik vəziyyət yarananda, rəhbərliyin Firqə dəst-xəttinə aid olmayan şəxslərin, o cümlədən digər təşkilatların təmsilçilərinin əlinə keçmə təhlükəsi yarananda məsləkdaşları ilə buna yol verilməməsi üçün prinsipial yol seçmişdir. 2019-cu ildə ADF MK-nın plenumlarında həmin şəxslər layiqli cavablarını almış, onların Firqə ilə əlaqələrinə tam xitam verilmişdir. Həmin ilin noyabrında keçirilən ADF-nin ikinci qurultayı bu mövqeyi tam dəstəkləmiş, İran Xalq Partiyası (Tudə) ilə təşkilati əlaqələrin kəsildiyini bəyan etmiş, rəhbər orqanlarını seçmişdir. R.Hüseynzadə yekdilliklə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri seçilmişdir.

Ötən müddətdə Firqənin həyata keçirdiyi önəmli işlərdən biri də partiya saytını faktiki olaraq özəlləşdirmiş saytdan imtinası və yerində Azerbaycan-ruznamesi.org saytının yaradılması olmuşdur. Nəticədə Firqə üzvləri faktiki olaraq yenidən özlərinin fikir və baxışlarının ifadəçisi olan mətbu tribuna əldə etmişlər.

Bu gün R.Hüseynzadənin 70 yaşıdır. Lakin o, əvvəlki kimi yorulmaz, işgüzar və ideyalarına sadiqdir. Bu onun əməllərində və oxucularına ərmağan etdiyi yazılarında da özünü qabarıq göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar