Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abutalıbovun biznes obyektlərində araşdırmalara başlanıldı

Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən istefa verdikdən dərhal sonra onun nəzarətindəki biznes obyektləri vergi məmurları tərəfindən nəzarətə götürülüb

PİA.az xəbər verir ki, etibarlı mənbədən Reyting.az-a verilən məlumata görə, Abutalıbovun himayə etdiyi biznes obyektlərinin fəaliyyəti ilə bağlı ciddi araşdırmalar başlayıb.

Həmin biznes qurumlarından ən böyüyünün Türkiyənin məşhur “ÖzSüt” restoranlar şəbəkəsinin Bakının müxtəlif ünvanlarındakı obyektlər olduğu bildirilir. Mənbə qeyd edir ki, Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən gedəndən iki gün sonra onun oğluna məxsus olduğu iddia edilən “ÖzSüt” restoranlarına vergi əməkdaşları təşrif buyublar. Bir neçə gündür bu obyektlərdə verginin vaxtlı-vaxtında ödənilib-ödənilməməsi ilə bağlı araşdırma aparılır. Prosesin necə yekunlaşacağı hələ ki məlum deyil. Adıçəkilən restoranlar şəbəkəsində ciddi narahatlığın hökm sürdüyü bildirilir.

Qeyd edək ki, Türkiyənin 44 bölgəsində 200 şöbəsi olan “ÖzSüt” Azərbaycanda ilk dəfə 2014-cü ildə fəaliyyətə başlayıb. Bir çoxlarının fikrincə, “ÖzSüt” restoranları Bakıda daha çox ailəli müştərilərin sevimli məkanı kimi tanınır.

“ÖzSüt” restoranlar şəbəkəsi ilə bağlı yayılan bu məlumatların nə qədər həqiqət olub-olmadığını iddia etmək çətindir. Ona görə də restoranlar şəbəkəsi rəsmilərinin bu məsələ ilə bağlı fikirlərini də yaymağa hazırıq.

Onu da qeyd edək ki, bir neçə ay bundan əvvəl ölkə KİV-ləri Abutalıbova məxsus biznes obyektlərinin siyahısını dərc eləmişdi. Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun nəzarətində "Yaşıl bazar"ın, paytaxtın Füzuli küçəsi, 39 ünvanında yerləşən və "sürüşdürülən bina" kimi tanınan binanın 1-ci mərtəbəsində "Klassik-Şəms" obyektinin, "Qış parkı"nda yerləşən "Zambaq", "İnnab" və "Palıd" kafelərinin, Yasamal rayonunda (köhnə "Ovçular" evinin yerində salınmış parkda) "ÖzSüt" və Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində "Sütiş" restoranlarının və s. çoxsaylı biznes obyektlərinin olduğu iddia edilirdi. Hətta oğul Abutalıbovun Türkiyə Respublikasına da sərmayə qoyduğu, İstanbulun Sultanahmet məhəlləsində 20 milyon dollara hotel aldığı bildirilirdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar