Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronun Xırdalan müsibəti – Suriyanı xatırladan yollar

Xırdalanın xarabalığı xatırladan küçələri...

İki ildən çoxdur ki, Xırdalan şəhərinin küçələri xarabalığı xatırladır. Bura şəhər statusu verilsə də, hələ də yolları ən ucqar kənd yollarından fərqlənmir. Sakinlər yayda toz-torpaq, qışda isə dizə qədər çıxan palçıqdan əziyyət çəkirlər. Bir sözlə, xırdalanlıların işi lap dalana dirənib, problemin qaynağı isə şəhərdə bitib-tükənməyən qazıntılardır, bu qazıntılar su-kanalizasiya xətlərinin çəkilməsi üçün aparılır.
Pia.az xəbər verir ki, bu şikayətlə virtualaz.org saytının redaksiyasına Xırdalanda yaşayan sakinlər müraciət ediblər. Onlar deyirlər ki, iki il əvvəl "Azərsu" ASC su və kanalizasiya xətləri çəkmək üçün asfalt yolları qazmağa başladı. O vaxtdan da Xırdalan küçələri müharibə meydanını xatırladır: "İki il əvvəl asfalt yolları qazdılar, boruları dəyişdilər. Sonra isə yolu yenidən asfaltlamaq yaddan çıxdı. Sakinlər iki ilə yaxındır ki, çirkab və toz-torpaqdan əziyyət çəkirlər. Bəzi ərazilərdə yollar tanənmaz hala düşüb, şəhər ucqar dağ kəndini xatırladır. Tezliklə isə məktəb başlayacaq və uşaqlar ağ rəngli məktəb formasında çirkab və gölməçələrdən keçərək məktəbə gedəcəklər", - sakinlərin şikayətində deyilir.

Problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Məlum oldu ki, problem icra hakimiyyətini də narahat edir, amma...

"Xırdalanda iki ildir ki, yollar qazılıb, "Azərsu" kanalizasiya boruları çəkir və hazırda da bu proses davam edir. Onlara həmin layihə ilə bağlı lazım olan vəsait ayrılıb və "Azərsu" ASC yolların asfaltını dağıdıb boru çəkirsə, sonra asfaltı bərpa etməlidir. Əgər asfalt yoldursa, işlərini bitirəndən sonra ora asfalt vurmalıdır, yox əgər qırma daşdırsa, qırma daş tökməlidir. Yolu bu qurum təmir etməlidir", - icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Fariz Əliyev açıqlamasında bildirdi.

Problemlə bağlı "Azərsu" ASC-yə də müraciət etsək də, cavab ala bilmədik.

Qeyd edək ki, Xırdalan şəhərinin su-kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması işləri 2017-ci ilin iyul ayında başlanıb. Bu işi "Azərsu" ASC-nin sifarişi ilə podratçı təşkilatlar həyata keçirir. Layihənin 2019-cu ilin iyul ayında bitəcəyi gözlənilirdi.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar