Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronun kənd və qəsəbələrində reyd keçirilib - Fotolar

Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən maarifləndirmə, təbliğat tədbirləri Xırdalan şəhəri də daxil olmaqla rayonun 15 kənd və qəsəbəsində davam etdirilib.

Rayon icra hakimiyyəti başçısı yanında yaradılmış operativ qərargahın üzvlərinin, İctimai Şuranın, polis əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilib, sakinlərlə söhbətlər aparılıb.

Abşeron rayonunun kənd və qəsəbələrində keçirilən növbəti reydlər zamanı satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb. Eyni zamanda, karantin qaydalarının pozulması hallarına yol veriləcəyi halda ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.

Aparılan monitorinqlər zamanı Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradıldığı, qaydalara ümumilikdə düzgün riayət edilməsi müşahidə olunub. Aşkar edilən nöqsanlar yerindəcə aradan qaldırılıb, mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar