Çərşənbə, 23 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Abşeronda“Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib

Reyd Saray qəsəbəsi ərazisində təşkil edilib

Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, reyd Saray qəsəbəsi ərazisində təşkil edilib.

Keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb. Həmçinin bölmə əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunması və avtomobillərin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə profilaktik söhbətlər aparılaraq, onlara hüquq və vəzifələri izah edilib.

Reyd zamanı 30-a yaxın avtomobil yoxlanışdan keçirilib. Bununla yanaşı reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, eləcə də sənədsiz avtomobil idarə edən sürücülər saxlanaraq barələrində inzibati xəta haqqında protokol tərtib olunub.

Pia.az

 


Etiket: DYP reyd Təmiz hava

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AMEA-dan Adil Əliyev haqda sərt ittiham: “Müəmmalı keçmişini...”

Əli Əsədovun XİN-də “kadr islahatları” – 1 “daş”la 3 “quş”

Kimlər hərbi təlimlərdə iştirakdan imtina edə bilər? - Açıqlama

Ramiz Mehdiyevin “qara siyahı”sına düşənlərin taleyi...

Oqtay Əsədovun eks-kürəkəni London meri olmaq istəyir

Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etdi

XDMX-nin əməkdaşı arvadı ilə birləşib bacısı qızını döydü - Video

"Övladlarını səfərbərlikdən yayındıran məmurların adları açıqlanmalıdır" - Deputat

Adil Əliyevdən Ramiz Mehdiyevə: “Çoxsaylı adam oğurluqlarının və qətllərin arxasından mən yox, siz çıxdınız”  

Bu şəxslərin xaricdən ölkəyə avtomobil gətirməsinə dair tələblər sərtləşdirildi - Rəsmi

loading...

Ən çox oxunanalar