Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda şəhidin ailəsinin istəyi ilə yaşadıqları küçə asfaltlandı

Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn sakinlərimizin adlarının əbədiləşdirilməsi, onların ailələrinin və qazilərimizin sosial problemlərinin həlli istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçilən layihələr davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, "Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda”, "Cəsur döyüşçü” və "Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən Rəhimli Ülvi Rabil oğlunun ailə üzvlərinin yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, İlqar Abdullayev küçəsində abadlıq işləri həyata keçirilib.

Qeyd edək ki, bir müddət öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidimizin ailələsini ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş bütün igidlərimizin əziz xatirəsini yad edərək ruhlarına dualar oxuyublar. Ziyarət zamanı şəhidimizin ailələsi tərəfindən yaşadıqları küçəyə asfalt örtüyünün çəkilməsi məsələsi qaldırılıb və bu istiqamətdə köməkliyin göstərilməsi xahiş olunub.

Bundan sonra Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və sözügedən küçəyə 500 kv.m asfalt örtüyü salınıb.

Şəhid Ülvi Rəhmlinin atası Rabil Rəhimli onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar