Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda onlarla evi qarət edən iki keçmiş məhkum saxlanıldı

Abşeron rayonunda onlarla evi qarət edən iki dost saxlanılıb

"Report"un məlumatına görə, saxlanılan şəxslərin Mehdiabad, Fatmayı və Digah qəsəbələrində fərdi yaşayış evlərindən oğurluq etdikləri məlum olub.

Belə ki, Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Mehdiabad Polis Bölməsinin birgə əməliyyatı zamanı iki dost - 26 yaşlı Rəşad Quliyev və 23 yaşlı Bəxtiyar Nərimanov saxlanılıb. Onların Mehdiabad, Fatmayı və Digah qəsəbələrində, ümumilikdə, 20-yə yaxın mənzildən oğurluq etdiyi müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Mehdiabad qəsəbəsində Sənan Mustafayevə məxsus evə daxil olaraq 13 min manatlıq qızıl, hər biri 150 manat dəyərində iki mobil telefon və bir ədəd 1500 manat dəyərində noutbuk oğurlayaraq vətəndaşa 14 800 manat maddi ziyan vurublar.

Dostların bu müddət ərzində rayonun Fatmayı və Digah qəsəbəsində fərdi yaşayış evlərindən də oğurluq etdiyi müəyyən edilib. Əvvəllər eyni əmələ görə bir dəfə məhkumluq həyatı yaşayan şəxslər bu ilin aprel ayında azadlığa çıxıblar.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi aşılıb, araşdırmalar davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar