Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda ölüm yolu: “Həyat yoldaşım burda can verdi” - Video

Abşeron rayonunun Bakı-Şamaxı yolunun 4-cü kilometrində, “Mekkalon” adlanan ərazidə yeraltı və yerüstü piyada keçidinin olmaması sakinlərin haqlı narazılığına səbəb olub...

Belə ki, yüzlərlə şagirdin oxuduğu 6 nömrəli Xırdalan məktəbinin şagirdləri də daxil olmaqla yoldan keçən hər kəs burada can verməmək üçün avtomobillərlə ölüm-qalım mübarizəsi aparır.

Bəzən isə bədbəxt hadisələr qaçılmaz olur. Belə ki, ötən il ərzində burada bir neçə nəfər avtomobil vurması nəticəsində həyatını itirib. Çəkiliş etdiyimiz müddətə müsahiblərimizdən biri mikrofon önünə keçərək bildirdi ki, bir müddət əvvəl yolu keçmək istəyən həyat yoldaşını burada avtomobil vuraraq öldürüb.

Mövcud problemlə bağlı ərazidə yaşayanlar və hər gün məktəbə şagird gətirən valideynlər iki ay əvvəl kütləvi şəkildə toplanaraq keçidin tikilməsi ilə bağlı etiraz ediblər. Əraziyə gələn rayon icra nümayəndələri isə keçidin tikilməsi ilə bağlı məsələ qaldıracaqlarını bildiriblər.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin məsləhətçisi Seymur Qasımov bildirirdi ki, sözügedən yerdə yeraltı və ya yerüstü piyada keçidinin inşası ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə məlumat göndərilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə qeyd edilən ərazidə piyada keçidinin inşası ilə bağlı hələ ki maliyyə ayrılmadığını bildirdi. (oxu.az)

pia.az


Etiket: piyada keçidi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar