Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Abşeron yarımadasında sürəti 25 metr/saniyədən çox olan küləkli günlərin sayı artıb”

Son günlər Azərbaycanda küləkli günlərin sayı daha da çoxalıb...

Məsələ ilə bağlı APA-ya açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, küləkli günlərin çoxalması sinoptik proseslərlə bağlıdır: “Soyuq atmosfer cəbhələri ölkə ərazisindən keçir. Bu, may ayı üçün səciyyəvidir, gözlənilən prosesdir. Ümumiyyətlə, Abşeron yarımadasında şimal küləyi tez-tez güclənir. 200 gündən çox şimal küləyinin üstünlüyü bizim üçün səciyyəvidir. Yəni, qeyri-adi hadisə deyil. Xüsusilə də Abşeron yarımadasında son onilliklərdəki statistik məlumatları təhlil etsək, sürəti 25 metr/saniyədən çox olan küləkli günlərin sayında artma tendensiyası var”. 

U.Tağıyeva deyib ki, Bakı küləklər şəhəridir və külək tez-tez güclənir: “Amma bu məsələyə daha qlobal yanaşsaq, iqlim dəyişmələri fonunda nəinki Azərbaycanda, bütün dünyada hitrometeoroloji hadisələrdə artım tendensiyası müşahidə olunur. Biz Abşeronda küləklərlə bağlı araşdırma aparmışıq və müəyyən olunub ki, sürəti 25 metr/saniyədən artıq olan küləkli günlərin sayı artır. Bunu da iqlim dəyişikliklərinin təzahürləri ilə əlaqələndirmək olar”.

Xidmət rəisi qeyd edib ki, hazırda baş verən küləkli hava sabah gün ərzində səngiməyə başlayacaq. 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar