Abşeron rayonunda zəhərlənmə olub...
APA-nın yerli bürosunun məlumatına görə, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Həmzəyeva Aytac Rasim qızı sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
pia.az