Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - Fotolar

Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 30–cu ildönümü dərin ehtiramla yad edilib

Xırdalan səhərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin qarşısında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidlərinin ailələri, faciədə əlil olmuş şəxslər, müəllim və şagirdlər iştirak ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Saat 12:00-da nəqliyyat vasitələrindən səs siqnalları verilib.

Anım mərasimində Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi terror nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilib və yaralanıb. Vurğulanıb ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.

Rayon rəhbərliyi və tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda canından keçən vətən oğullarının məzarları üzərinə qərənfillər düzüblər.

pia.az


Etiket: 20 Yanvar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar