Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ yenidən Qarabağda münqişənin həll prosesinə qoşulmaq istəyir - Nələri dəyişə bilər?..

Rusiyadan fərqli olaraq, ABŞ Dağlıq Qarabağ münaqişəsinin bir dəfəlik həllində nə qədər maraqlı ola bilər?..

Politoloq: “Düşünümürəm ki, ABŞ-da münaqişənin həlli ilə bağlı hansısa konsepsiya var. Vaşinqton da Moskva kimi münaqişəni tərəflərə təzyiq və regiona nüfuz etmək vasitəsi olaraq görür”. 

“Hələlik belə görünür ki, Rusiyanın təsir imkanlarının olduğu bölgələrdə ABŞ da israrla iştirak etməyə və bu proseslərdə yer almağa çalışır.”.

Bu sözləri politoloq İlyas Hüseynov ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Corc Kentin Qarabağla bağlı səsləndirdiyi fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

BakıYerevan maraqlı olduğu təqdirdə, ABŞ münaqişənin nizamlanmasında Ermənistana və Azərbaycana kömək etməyə hazırdır. “Azadlıq” radiosunun Ermənistan xidmətinin məlumatına görə, bu barədə ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent onlayn seminarda bildirib.

Onun sözlərinə görə, ABŞ Minsk Qrupunun həmsədri qismində sülhün axtarışında iştirak edə bilər. Amma ABŞ-ın iştirak dərəcəsi Bakıdan və Yerevandan, habelə Moskvanın siyasətindən asılıdır.

Rusiyaatəşkəs şərtlərini Minsk Qrupu mexanizmilə razılaşdırmamaq qərarına gəlib”, “bunu birbaşa üçtərəfli formatda (Rusiya-Azərbaycan-Ermənistan) edib”, deyən Corc Kent, həmçinin Rusiyanın Dağlıq Qarabağda münaqişəni nizamlamağa yox, yenidən dondurmağa can atdığını bəyan edib. Eyni zamanda Dövlət Katibinin müavini Bakı və Yeravanın razılığı olarsa, ABŞ-ın münaqişənin həllində iştirak etmək istədiyini qeyd edib.

ABŞ rəsmisi onu da vurğulayıb ki, regionda təhlükəsizlik üçün əsas təhdid Ermənistanın və Azərbaycanın yekun status haqqında razılığa gəlməyə hazırlığı məsələsidir:

Azərbaycan müharibənin qalibi qəbul edilə bilər, amma dörddə bir əsr əvvəl Ermənistan birinci müharibənin qalibi olduğu zaman olduğu kimi, bu, böhranın həllinə səbəb olmur”, deyə Kent qeyd edib. Eyni zamanda, Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşması məsələsində “əlverişli imkanlar yaranır”. “Ola bilər ki, bu, bu ay, bu il yox, gələcəkdə baş versin”, deyə Kent bildirib.

Rusiyadan fərqli olaraq, ABŞ Dağlıq Qarabağ münaqişəsinin bir dəfəlik həllində nə qədər maraqlı ola bilər və Vaşinqtonun yenidən həll prossesinə qoşulması hansı dəyişikliklərə, o cümlədən münaqişənin birdəfəlik həllinə yol aça bilər?

ABŞ-ın yenidən Qarabağ prosesinə qoşulmaq cəhdini PİA.az-ın əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Bölgədə yekun sülhə nail olmaq üçün ilk öncə Ermənistan qonşularına qarşı ərazi iddialarından vaz keçməli və səmimi qonşuluq siyasəti yürütməlidir. Yekun sülh üçün bu zərurəti Vaşinqtonda necə görürlər?”.

ABŞ-ın istənilən halda Qafqazda cərəyan edən proseslərdə iştirak etmək niyyətinin olduğunu bildirən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bunun hansı formada təzahür edəcəyi bir sıra sual doğurur:

ABŞ regionda olan problemlərə etinasız yanaşmır və problemlərin beynəlxalq hüquq müstəvisində həllinin tərəfdarı kimi çıxış edir. Eyni zamanda uzun müddətdirki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ABŞ ATƏT-in Minsk qrupu həmsədrləri formasında iştirak edirdi. Amma təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti qənaətbəxş sayıla bilməz. Bu Minsk qrupu BMT qətnamələrinin icrası ilə bağlı fəaliyyəti həyata keçirmədi və müxtəlif səbəblərdən yubadılırdı. Həmsədrlərin daim vurğuladıqları məsələ ondan ibarət idi ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir. Amma status-kvonun dəyişməsi üçün heç bir həmsədrlərin fəaliyyəti müşahidə olunmadı.

44 günlük Vətən müharibəsindən sonra da ABŞ regionda iştirak etmək, burada olan proseslərdən kənarda qalmamaq üçün bir sıra təşəbbüsləri və fəaliyyəti ilə seçilir. Eyni zamanda biz qlobal miqyasda ABŞRusiyada olan ziddiyyətlərin də şahidi oluruq. Bu ziddiyyətlər müxtəlif formalarda və müxtəlif coğrafiyalarda təzahür edir. Həmçinin ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçi Corc Kent Qarabağla bağlı məsələyə fikir bildirib. O, Rusiyanın fəaliyyətinə toxunub və işarə edib ki, Rusiya münaqişənin həllində maraqlı deyil, buna görə də indiki status-kvonu uzun müddət dəyişməz olaraq qalmasını istəyir.

İlyas Hüseynov: “Gələcək perspektivdə ABŞ-ın hansı formada nizamlanma və tənzimlənmə prosesində iştirakını biz izləyib görəcəyik”.

Digər tərəfdən isə, dövlət katibinin müavini Bakı və Yeravanın razılığı olarsa, ABŞ-ın münaqişənin həllində iştirak etmək istədiyini vurğulayıb. Qeyd edim ki, bu məsələdə həm Cənubi Qafqazın geosuyasətində iştirak edən dövlətlərə, həm də sülhməramlı qismində bölgəyə yerləşdirilən kontingentin roluna diqqət ayırmaq lazımdır.

Belə görünür ki, ABŞ-ın istənilən halda Qafqazda cərəyan edən proseslərdə iştirak etmək niyyəti var. Bunun hansı formada təzahür edəcəyi bir çox  sual doğurur. Misal üçün bildiyimiz kimi, Bakı Qarabağın yekun statusunun həll olunduğunu deyir. Vaşinqton bu məsələdə necə davranacaq və Azərbaycanın unitar ərazi bütövlüyünü müdafiə edəcəkmi? Bölgədə yekun sülhə nail olmaq üçün ilk öncə Ermənistan qonşularına qarşı ərazi iddialarından vaz keçməli və səmimi qonşuluq siyasəti yürütməlidir. Yekun sülh üçün bu zərurəti Vaşinqtonda necə görürlər?

Düşünümürəm ki, ABŞ-da münaqişənin həlli ilə bağlı hansısa konsepsiya var. Vaşinqton da Moskva kimi münaqişəni tərəflərə təzyiq və regiona nüfuz etmək vasitəsi olaraq görür. Bu üzdən də münaqişənin donmuş vəziyyətdə qalması onların da maraqları çərçivəsindədir.

Hələlik belə görünür ki, Rusiyanın təsir imkanlarının olduğu bölgələrdə ABŞ da israrla iştirak etməyə və bu proseslərdə yer almağa çalışır. Gələcək perspektivdə ABŞ-ın hansı formada nizamlanma və tənzimlənmə prosesində iştirakını izləyib görəcəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar