Cümə axşamı, 21 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

ABŞ yeni planlarını tətbiq edir - Ağ Evin Rusiya və Əsədlə bağlı ssenarisi...

Ssenarilərin hamısı NATO-nun müttəfiqi olan Türkiyənin Suriyanın şimalına etdiyi hücumun qarşısını almağı hədəfləyir...

Muharrem Sarıkaya
“Habertürk” qəzeti, Türkiyə, 9 oktyabr 2019-cu il

ABŞ prezidenti Tramp Ankara siyasətini çaş-baş qoyub. Partiyaları da çıxılmaz vəziyyətə salıb.

“Türkiyə mənim dərin və əvəzsiz anlayışıma görə kənar bir şey edərsə, Türkiyə iqtisadiyyatını məhv edərəm (bunu daha əvvəl də etdim)”, cümləsinə AKP reaksiya verməmiş yeni xəbər gəlib. Səhər təhdidlər edərkən, günortadan sonra Türkiyə ilə dostluq havası yaratmağa çalışıb.

Müxalifətin də təzyiqi ilə AKP bəlkə də, siyasi tarixində ilk dəfə mövqe tutmaqda çətinlik çəkdi. TBMM-də (Türkiyə Böyük Millət Məclisi) Trampdan “Twitter” vasitəsilə yeni bir açıqlama gəldiyini bildirən müşavirə qarşı AKP idarəçilərindənbirinin göstərdiyi davranış hər şeyi izah edir. Əvvəlcə məyus olub, sonra isə: “Yenə nə dedi?”, deyə maraqla yazıya baxıb. Ekranda Ərdoğanla görüşəcəyini bildirdiyi və Türkiyəni təriflədiyi “twit”ini oxuduqdan sonra gülməyə başlayıb: “İki gündür bizi çaş-baş salıb...”.

Müxalifəti də çətinə salıb

Bu, təkcə AKP-yə aid deyil, CHP də eyni vəziyyətdədir. Normal halda hökumətin TBMM-ya təqdim etdiyi xaricə əsgər göndərməklə bağlı məktuba bu qədər açıq şəkildə dəstək olmazdı. Çünki 1 mart 2004-dən bu məktuba rədd cavabı verməməkdən və salona girməməkdən başqa heç bir reaksiya verməyib. Lakin dünənki vəziyyəti CHP lideri Kılıçdaroğlu qısaca izah edib: “İçimiz yana-yana səs veririk”.

Yəni, qısaca, baş verənlər siyasətdə çaşqınlıq yaratmaqla qalmayıb, həm də mövqesizlik yaradıb. Lakin qeyd etməliyəm ki, Ankaradakı siyasət Suriya məsələsinə görə qarışıq vəziyyətdədir.

Xəlilzadın tərcüməsi

Buna ən yaxşı nümunə də AKP-nin sabiq Müdafiə nazirlərindən birinin 8 il əvvəl şahid olduğu söhbətdir. Həmin söhbətdə ABŞ Baş Qərargah rəisi: “Suriya məsələsi 30 ildən əvvəl bitməz”, deyib.

Uzun illər ABŞ Xarici İşlər naziri kimi çalışmış və prezidentin Əfqanıstandakı şəxsi nümayəndəsi olan təcrübəli diplomat Zalmay Xəlilzad Baş Qərargah rəisinin sözlərini tərcümə edib: “Komandir demək istəyir ki, “biz ABŞ olaraq Suriyanın sahəsinə girməməliyik”...”

Əslində, Ankaradakı siyasət Suriyaya girməyə qarşı çıxmır, lakin düşünür ki, yaradacağı risklər də öncədən hesablanmalıdır.

ABŞ-ın Rusiya və Əsədlə bağlı ssenarisi

Ortadakı bu qarışıq vəziyyəti Ağ Evdən kənardakı siyasi ünsürlər daha da qarmaşıq hala gətirir. ABŞ-dan gələn xəbərlər də bunu təsdiq edir. Çünki ssenarilərin hamısı NATO-nun müttəfiqi olan Türkiyənin Suriyanın şimalına etdiyi hücumun qarşısını almağı hədəfləyir. Bunu da mübarizə apardığı Rusiya ilə birlikdə etməyə çalışırdı. Plan isə çox sadədir: ABŞRusiya birlikdə təzyiq yaradaraq ərazidəki kürdlərə heç bir şəkildə hücum etmədən və mülklərini ələ keçirmədən bölgəni Bəşar Əsəd qüvvələrinə versin.

Beləliklə, ABŞ bölgədən gedərkən arxasında öz toxunulmazlığını qarantiyaya almış bir quruluş buraxacaq və bununla da, sahədəki qazancını qoruyacaq.

Hədəfi Şimali İraq modelidir

İkinci ssenarinin də əsas oyunçusu yenə Moskvadır. Məqsəd Vaşinqtonun YPG, Moskvanın da Türkiyə üzərində quracağı təzyiqlə Şimali İraq və Bərzani prosesində olduğu kimi Ankara ilə YPG-ni görüşdürməkdir. Trampın dünən atdığı “tweet” də bunu ifadə edir:

Suriyadan çıxsaq belə, xüsusi bir xalq və savaşçı olan kürdləri tək buraxmırıq. Bənzər şəkildə NATO-da və ticarətdə ortağımız olan Türkiyə ilə münasibətimiz yaxşıdır. Türkiyədə hal-hazırda çox sayda kürd yaşayır”.

Həmçinin ABŞ lideri xof yaratmağı da unutmur:

Suriyanın bu bölgəsində bizim təkcə 50 əsgərimiz qaldığı və onlar da geri çəkildiyi halda, mənasız toqquşmalara girmək türk iqtisadiyyatı üçün dağıdıcı ola bilər. Kürdlərə pul və silah üçün də yardım edirik...”

Əsəd və Moskvanın qazancı

ABŞ Moskvanın da bu məsələdəki qazancını hesablayır. Həm də Astanadan bu yana bölgədə sülh yaradan bir ölkə olaraq Rusiyanın yüksələcəyini də başa düşür. Hətta Qərb ölkələri üçün də bölgədə dəyərli bir ölkə səviyyəsinə qalxacağını anlayır.

Əsəd isə ilk dəfədir ki, ABŞ-la ortaqlıq edərək neçə vaxtdır yüksələn mövqeyini ABŞ vasitəsilə Qərb ölkələrinin nəznində leqallaşdıracaq.

Türkiyənin əməliyyat planı

Türkiyə də bütün bu xəbərləri soyuqqanlılıqla izləyir və ABŞ-la əldə etdiyi razılaşma əsasında öz əməliyyatını aparır. Ona görə də, əldə etdiyi razılaşmanın normal işləmədiyini görən Ankara ABŞ-la planlaşdırdığı təhlükəsiz bölgəni təkbaşına yaradacaq.

Lakin əldə etdiyi razılığı da kənara atmadan bəzi bölgələrdə 5 km dərinlikdə qalacaq. Bu sahədə də daha əvvəl əldə olunan razılaşmalarda olduğu kimi YPG/SDG/PKK-nın silahlı davamçıları olmayacaq. Daha əvvəl ABŞ-la birgə bu sahədə nəzarətin gücləndirilməsi planlaşdırılmışdı. Yeni vəziyyətə görə, ABŞ da 5 km dərinliyə çəkiləcək və sonrakı 9 km-lik sahəni ABŞ yoxlayacaq və bu sahəyə yenə də YPG/SDG/PKK ünsürlərini daxil etməyəcək.

Buna görə də, 14-lik sahənin ilk 5 kilometrində Türkiyədən başqa, silahlı kimsə olmayacaq. Geridə qalan 9 kilometrində isə ABŞ-dan başqa heç bir silahlı ünsür olmayacaq.

Türkiyə dayanmadı, ABŞ sərhədə çəkildi

Bu sahənin genişliyi isə ilk addımda Təl-Əbyadın qərbindən başlayıb, Rəsuleynə qədər uzanan 120-140 km-da qalacaq. Dünən sahədən gələn xəbərlərə görə, ABŞ qüvvələri daha əvvəl razı saldığı YPG/SDG qüvvələri ilə birlikdə geri çəkilməyə başlayıb.

ABŞ bundan sonra 5 km dərinlikdən sonrakı 9 km-lik hissədə nəzarəti təmin edəcək. Lakin Türkiyə bu nöqtədə dayanmağı düşünmür. Bölgədən gələn xəbərlərə görə, Mürşidpınardan (digər hissəsi Kobani) Silopiyə qədər uzanan genişlik və M4 yoluna qədər gedən 30 km-lik dərinliyə hakim olmaq məsələsində hələ də qərarlıdır.

Lakin bunları əməliyyatın sonrakı addımlarına saxlayır. İlk addımın daha məhdud formada saxlanılmasının səbəbi də odur ki, geniş bir sahəyə eyni vaxtda nəzarət etmək lazımdır. Həmçinin, unutmayaq ki, hazırda reallığa ən yaxın olan olan Türkiyənin gözlənilən əməliyyatıdır. Sonradan nələr olacağını təxmin etmək isə çətindir, çünki sahədə nizam yenidən qurulur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar