Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ vətəndaşını döyən azərbaycanlı futbolçu yenidən xərcə düşəcək

Rusiyanın “Spartak” klubunda çıxış edən azərbaycanlı futbolçu döydüyü şəxsə şikayətini geri götürmək üçün 155 min rubl ödəyib

Sovsport.ru xəbər verir ki, zərərçəkmiş ABŞ vətəndaşı Maykl Kou Con Elini xəstəxanada müayinə olunmaq üçün yenidən futbolçudan böyük məbləğ tələb etmək niyyətindədir.

Xatırladaq ki, “Spartak” futbol klubunun yarımmüdafiəçisi Ayaz Quliyev aprelin 11-də Moskvada ABŞ vətəndaşı Maykl Elini döyüb.

İnsident Ayaz Quliyevin işıqforun qırmızı işığına məhəl qoymadan yolu keçməsi ilə başlayıb.

O yolu keçən piyadanı vurub. Futbolçu avtomobildən çıxaraq dava etməyə başlayıb. Ayaz Quliyev amerikalının burnunu sındırıb. Hadisə yerinə polislər cəlb olunub.

Polis şöbəsində Maykl Eli şikayətçi olmadığını bildirib. Ayaz Quliyev üzr istəyib və həkim xərclərini ödəməyi təklif edib. Ona qarşı İnzibati Xətalar məcəlləsinə uyğun olaraq cərimə tətbiq edilib.

Ayaz Quliyev ABŞ vətəndaşı Maykl Elinin burnunu sındırdığı üçün “Spartak” klubu tərəfindən cəzalandırılıb.O, beş milyon rubl məbləğində cərimələnib. Bu pul onun maaşından tutulacaq.Bundan başqa, futbolçu əsas komandadan da kənarlaşdırılıb. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar