Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ və üç əsas müttəfiqi İranın öhdəsindən gələ bilər”


"Fox News"dan təhrik mesajı


Conatan Eydelman (Denver Universitetində Cosef Korbel Beynəlxalq Araşdırmalar Məktəbinin professoru, Rusiyaya dair bir neçə kitabın müəllifi və sabiq dövlət katibi Kondoliza Raysın doktorluq dissertasiyasının məsləhətçisi), "Fox News"

Barak Obamanın səkkiz illik prezidentliyi dönəmində ABŞ, Yaxın Şərqdə hakim gücü və qüdrəti yüksələn İranı sanki müalicə edirdi. Amma İranın dünyanın birinci və hətta ikinci gücü deyil.

İran Üçüncü dünya ölkəsi, ABŞ və ya Birinci dünyada yüksələn enerji ilə İsraildən daha zəifdir.

Rəqəmlərə diqqət edin: Amerikanın ÜDM-i (ümumi daxili məhsul) artıq 18 trilyon $-dan, yəni İranın ÜDM-dən 40-dan çox dəfə (450 milyard $) çoxdur.Amerika ÜDM-i adambaşına 53 min $, İranın 4800 $ (təxminən 10 dəfə az) təşkil edir.

Hərbi sahədə heç bir müqayisə yoxdur. İran hərbə 6 milyard $, ABŞ ildə 600 milyard $ sərf edir. Amerikanın 1500-dən çox strateji nüvə silahı var. İran – "sıfır". ABŞ-ın hərbi gücü ən üstün sayılır, İran hətta top-20-də deyil.

İran heç birinə malik olmadığı halda, ABŞ-ın 10 super təyyarədaşıyıcısı, 72 esminesi və sualtı gəmisi, 14 min təyyarəsi var. İranın cəmi 480 təyyarəsi, 3 sualtı gəmisi.

İranın hərbi dəniz və hərbi hava qüvvələrinin qabiliyyəti zəifdir. 1980-ci illərdə İraqla səkkiz illik müharibədə İran Səddam Hüseyni hərbi cəhətdən məğlub edə bilmədi.

Birləşmiş Ştatlar üç regional gücə – İsrail, Misir və Səudiyyə Ərəbistanının köməyinə arxalana bilər. İsrail hərbi gücünə görə son anketdə 8-ci yerdə durur, ("F-35" daxil olmaqla) 700 müasir döyüş təyyarəsi, Almaniya istehsalı olan 5 "Delphin" sualtı gəmisi, 4200 tankı və 100-200 atom bombası var. O, "Mossad" və "Shin Bet" kimi dünyanın ilk 5 aparıcı kəşfiyyat xidmətlərinə malikdir. "Bloomberg"ə görə, İsrailin raket əleyhinə ("Dəmir Qübbə" – "Iron Dome" və "Davud`s Sling", "Arrow 2 və 3") dünyada 2 dərəcəlidir. 1948-ci ildən 11 müharibədə iştirak edərək, İsrailin dünyanın ən təcrübəli ordusu var.

Misirin hərbi gücü – 470 min əsgəri, 4600 tankı və 1100 təyyarə; Səudiyyə Ərəbistanıİran atom bombası layihəsini inkişaf etdirərsə, o da nüvə dövləti olacağını elan edib.

İran döyüş sahəsində vacib olan güclü ali məktəblər sarıdan geridə qalır. ABŞ-da dünyanın 20 ən yaxşı universitetlərindən ("Cal Tech", "MIT", Harvard, Yel, Kolumbiya və Çikago universitetləri də daxil olmaqla) 15-i var. Digər tərəfdən, İranda dünyanın ilk 100 və hətta top-800-də olan bircə ali məktəbi yoxdur. Bu ölkənin dörd ən yaxşı universiteti İran Universiteti (# 895), Tibb Universiteti (# 2,273 ), # 3.363 və # 5.142 yerini tutan başqa ali məktəblərində təhsil səviyyəsinin geriliyi Afrika ölkələri ilə yanaşı, 112-ci dərəcəsi ilə dəyərləndirilir.

Amerika Birləşmiş Ştatları Silicon dərəsində dünya lideri olduğu halda, qlobal innovasiyalar sarıdan İran 143 ölkə arasında 120-ci yeri tutur. İran tədqiqat və layihə işlənməsində 58-ci yerdədir. Biznes rahatlığına görə 137-ci yerdə və sahibkarlıqda 67-ci pillədə qərarlaşıb. Yetkin əhalinin tam 20%-i savadsızdır. Min xəstəyə düşən bir həkim ilə dünyada 138-ci yeri tutur və dünyada öz milli səhiyyə sisteminin səviyyəsinə görə 93-cü pillədədir. Qadın hüquqları sahəsində 109 ölkə arasında 103-cü nəticəyə malikdir.

Nəhayət, İranın daxili problemlər var. Kütləvi korrupsiya, açıq avtoritarizm, güclü müxalifət qrupu ("Yaşıl hərəkat"), genişmiqyaslı miqrasiya (4-5 milyon iranlı) və dünyadan təcridə etiraz edən gənc nəsilin gələcəyi parlaq görünmür.

Bütün bunları nəzərə alaraq, İranın qorxusu nüvə silahı əldə etməsi hələ də realdır. Lakin daha real olan dünyanın ən böyük gücünün, üstəgəl üç əhəmiyyətli regional gücün bunu beyninə yeridəcəkləri halda, İranın öhdəsindən gələ bilməsi anlayışdır.

Yeni Amerika administrasiyasının iqtidarda olduğu günlərdə bunun baş verəcəyini yalnız zaman göstərəcək.(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar