Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və “Taliban” qoşunların Əfqanıstandan çıxarılması vaxtını müzakirə ediblər

ABŞ nümayəndələri “Taliban” hərəkatı ilə danışıqlarda Amerika qoşunlarının 2,5 il ərzində Əfqanıstandan çıxarılması imkanlarını müzakirə edib

“The Wall Street Journal” qəzeti xəbər verir ki, ABŞ əvvəlcə hərbi kontingentinın üç il ərzində ölkədən çıxarılması barədə razılıq əldə etməyə çalışıb. Lakin “Taliban” xarici qoşunların doqquz ay ərzində Əfqanıstanı tərk etməsində israr edib.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad iyulun 6-da özünün “Twitter” səhifəsində “Taliban” hərəkatı ilə danışıqların Qətərdə keçirilən sonuncu raundunun daha məhsuldar alındığını yazıb. O, həmçinin məsləhətləşmələrin iyulun 9-da bərpa olunacağını bildirib.

Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo isə Vaşinqtonun sentyabrın 1-dək Əfqanıstanda sülhün bərpa olunması üzrə “Taliban” hərəkatı ilə razılaşma əldə olunmasına ümid etdiyini deyib.

Amerika və müttəfiqləri 2001-ci ildən başlayaraq Əfqanıstanda “Taliban” hərəkatına və digər qruplaşmalara qarşı əməliyyatlar aparır. Bu, ABŞ Silahlı Qüvvələri tarixində ən uzun sürən hərbi kampaniya olub. 2018-ci ildə Donald Tramp administrasiyası Əfqanıstan münaqişəsinin nizamlanmasında region ölkələrinin aktiv iştirakını nəzərdə tutan Cənubi Asiyada yeni fəaliyyət strategiyasını təqdim edib.

Bundan başqa, Əfqanıstanda İŞİD və “Əl-Qaidə” kimi terror qruplaşmalarının fəaliyyət göstərməyəcəyi şərti ilə Amerika qoşunlarının ölkədən çıxarılması və ya kontingentin xeyli azaldılması imkanları da müzakirə edilir.(virtualaz.org)

pia.az


Etiket: Qoşun

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar