Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiyadan Türkiyəyə sensasion dəstəyin pərdəarxası

Hər iki ölkənin veto cəhdi Türkiyəni itirmək istəməmələri ilə izah oluna bilər...

BMT Təhlükəsizlik Şurasının ötən gün keçirilən iclasında ABŞRusiyanın Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatını qınayan bəyanatına veto qoyması dünya gündəminin ən çox müzakirə edilən mövzularından birinə çevrilib. Bu da rəsmi Moskva və Vaşinqtonun Yaxın Şərqin gələcəyi ilə bağlı planının üst-üstə düşməsi barədə fikirlər formalaşdırıb.

PIA.az Axar.az-a istinadən bildirir ki, QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib ki, hər iki ölkənin veto cəhdi Türkiyəni itirmək istəməmələri ilə izah oluna bilər:

"Burada mövqelərin üst-üstə düşməsi ilə bağlı üç əsas faktor var. Birincisi, Türkiyə həm ABŞ, həm də Rusiya ilə "Sülh çeşməsi"ni (Barış Pınarı) ayrı-ayrılıqda razılaşdırıb. İkincisi, Türkiyənin bu əməliyyatının ABŞRusiya arasındakı sövdələşmələrə zidd olmadığı anlaşılır. Çünki onlar gizli qapılar arxasında sövdələşmə ediblər. Zaman-zaman həmin ölkələrin rəhbərləri bu barədə üstüörtülü mesajlar verib. Üçüncüsü, ABŞRusiya Suriya məsələsi konteksində Türkiyə ilə münsibətlərində bir problem yaratmaq və ya Türkiyəni itirmək istəmir.

Düşünürəm ki, rəsmi Moskva və Vaşinqton Türkiyə ilə bağlı mövqe formalaşdıranda bir-birlərinin nə reaksiya verəcəkləri barədə əvvəlcədən məlumat toplayıblar.

ABŞ bu məsələ ilə bağlı ortaya sərt mövqe qoysaydı, bu, Türkiyə konteksində Moskvanın lehinə işləyə bilərdi. Əksinə, Rusiya vəziyyəti gərginləşdirsəydi, Vaşinqtonun lehinə olardı".

N.Cəfərsoy ABŞRusiyanın Türkiyə əleyhinə bəyanata qarşı çıxmasının gələcəkdə Suriya mövzusu ilə bağlı bu ölkəyə qarşı sanksiya tətbiqinin də qarşısını aldığını deyib:

"Sanksiyanın birinci hissəsi BMT tərəfindən qəbul oluna bilərdi. BMT tərəfindən nəinki Türkiyəyə sanksiya tətbiqi, hətta sərt qınama və ya əməliyyatın dayandırılması məsələsi belə RusiyaABŞ-ın sayəsində baş tutmadı. Rusiyanın da Türkiyəyə qarşı hər hansı sanksiya tətbiq edəcəyini zənn etmirəm.

Amma ABŞ tərəfindən sanksiya ehtimalı mövcuddur. Bu risk də ondan ibarətdir ki, ABŞ-da senatorların bir qrupu Konqresə Türkiyəyə sanksiya tətbiq etmək, hətta Prezident Rəcəb Tayyib Ərdoğanın hesablarını dondurma səviyyəsində Türkiyə ilə münasibətləri ciddi şəkildə gərginləşdirən layihə göndəriblər. Düşünürəm ki, sanksiyanın Konqresdən keçməsi məsələsi hazırda o qədər də real görünmür. Çünki qarşıdan prezident seçkiləri gəlir və bu məsələyə vaxt çatmaya bilər. Çünki Konqres bu mərhələdə daha çox seçki kampaniyası ilə məşğul olur. Sanksiyanın qəbul edilməsi isə uzun çəkən prosedurdur.

İkincisi, ABŞ Prezidenti Donald Tramp həm respublikaçılar üzərindən, həm də özünün imkanları vasitəsilə Konqresin sanksiya qərarına imkan verib-verməyəcəyi məsələsi sual altındadır. Ən azından Tramp bunun gecikməsi üçün həmlələr etmiş ola bilər".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar