Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiya liderlərinin kritik danışıqları... – Tərəflər qarşıdurmadan yayınmaq üçün imkanlara sahidirlərmi?

Bu danışıqlar iki ölkə arasında getdikcə artan fikirayrılıqlarını ortadan qaldırmaq üçün başlanğıc nöqtəsi ola bilərmi, yoxsa bir-birllərinin nəbzini yoxlayan ABŞ və Rusiya liderləri bu təmasdan sonra gərginliyin təzyiqini daha artıracaqlar?..

Politoloq: “Dekabrın 7-də videoformatda baş tutan görüş həm ABŞ, həm də Rusiya liderinə lazım idi. Çünki bu görüş artan gərginliyin artıq genişmiqyaslı müharibəyə hazırlıq dönəmində baş verdi”.

ABŞ-la Rusiya arasında əsas problem məsələ Ukrayna və NATO-nun şərqə doğru, bilavasitə Rusiyanın sərhədlərinə doğru genişlənməsi də deyil”.

Bu sözləri politoloq Fərhad Məmmədov ABŞRusiya liderinin görüşünün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞRusiya prezidentləri arasında dekabrın 7-də videoformatda gerçəkləşən kritik danışıqlarını necə dəyərləndirmək olar? Bu danışıqlar iki ölkə arasında getdikcə artan fikirayrılıqlarını ortadan qaldırmaq üçün başlanğıc nöqtəsi ola bilərmi, yoxsa bir-birllərinin nəbzini yoxlayan ABŞRusiya liderləri bu təmasdan sonra gərginliyin təzyiqini daha artıracaqlar? Ümumiyyətlə yaşadığımız beynəlxalq geosiyasi xaos dönəmində ABŞRusiyanın əsas məsələlərdə, misal üçün NATO-nun şərqə doğru irəliləməsi və Ukrayna məsələsində anlaşa bilmələri üçün hansısa təməl yanaşma varmı?

ABŞ-Rusiya münasibətlərini PİA.az-ın əməkdaşı politoloq Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “İndiki şərtlər altında isə qarşıdurma o şərtlə ortadan qalxa bilər ki, liderlər dönməz siyasi iradə ortaya qoya bilsinlər və bu qarşılıqlı etimada əsaslanmalıdır. Lakin bu günkü şərtlərdə bu qeyri mümkündür”.

İki dövlət arasında olan problemlərin çox dərin olduğunu vurğulayan politoloq əlavə edib ki, bu problemləri aşmaq üçün onlara üçün onilliklər lazım olacaq:

“Dekabrın 7-də videoformatda baş tutan görüş həm ABŞ, həm də Rusiya liderinə lazım idi. Çünki bu görüş artan gərginliyin artıq genişmiqyaslı müharibəyə hazırlıq dönəmində baş verdi. Hər iki lider gərginliyin aşağı düşməsində maraqlı idi.

Əlbəttə, bu görüş və bundan əvvəlki digər görüşlər sistemli problemləri həll etməyib. Çünki Rusiyanın Qərbdən istəyi NATO-nun şərqə genişlənməməsi və yaxud Rusiya ilə həmsərhəd olan ölkələrdə kritik silahların yerləşdirilməsi məsələdir. Bu da qeyri-mümkündür. Çünki ABŞ bunu həyata keçirə bilməz. Həmçinin də Ukrayna məsələsi təkcə ABŞ-dan asılı olan məsələ deyil. Əlbəttə, ABŞ bu məsələdə təkbaşına nəyisə edə bilər. Amma ABŞ-la Rusiya arasında əsas problem məsələ Ukrayna və NATO-nun şərqə doğru, bilavasitə Rusiyanın sərhədlərinə doğru genişlənməsi də deyil. Qarşıdurmanın təməlində bir neçə problemin üst-üstə düşməsi var.

Bu gün ABŞ təkqütblü dünyada supergüc statusunu qorumağa çalışır və bunun üçün bütün resurslarını səfərbər edib. Rusiya isə artıq dünyanı təkqütblü olaraq görmür və ABŞ-ın supergüc statusunu qəbul etmir. Bu məsələdə Rusiya tək deyil Çin də və bir çox regional güclər də ABŞ-ın supergüc statusuna qarşıdır. Onların arasında ABŞ-ın NATO müttəfiq Türkiyədə var. Fransada artıq ABŞ-ın dünya hegemonluğunu həzm edə bilmir. Ona görə də problemlər çox dərindir və söhbət yeni dünya düzəninin formalaşmasından gedir. Bu üzdən də ABŞ çox saylı cəbhədə vuruşmağa məcburdur və qarşılıqlı olaraq reaksiyalarla üzləşir. Burda Çinin, ya da Rusiyanın, o cümlədən də regional güclərin geri addım atması, ABŞ-ın əvvəlki statusu ilə razılaşmaları imkansızdır. Bütün tərəflər öz maraqları uğrunda savaşırlar və gələcək də bu maraqların hansı səviyyədə uzlaşması və hansısa güclərin ittifaqları ilə müəyyənləşəcək.

Fərhad Məmmədov: “İki liderin görüşünü nəticəsi olaraq deyə bilərəm ki, Vaşinqton və Moskva hər hansı bir sistemli problemin həllinə hazır deyillər. Hətta onların məsələyə yanaşması kəskin şəkildə ziddiyyətlər yaradır”.

Son görüşdə Rusiya öz növbəsində beynəlxalq ictimaiyyətin gözü qarşısında ABŞ liderinə öz ciddiliyini nümayiş etdirmək istəyirdi. Düşünürəm ki, Tramp dövründən sonra ABŞ-la Rusiya arasında hansısa bir əməkdaşlıq formatı formalaşmalıdır və bu vacibdir. Əsas prinsipial məsələlərdə fikir ayrılığı olsa da, dialoqun olması vacibdir. Məsələn kiber təhlükəsizlik sahəsində müəyən səviyyədə əməkdaşlığa nail olunması yaxşı haldır. Yəni münasibətlərin gündəliyində ancaq mübarizə, rəqabət, düşmənçiliklə yanaşı, heç olmasa bir-iki sahə olmalıdır ki, orada əməkdaşlıq formatı formalaşdırılsın. Yeni dünya nizamı da belə əməkdaşlıq formatları üzərində meydana gələ bilər.

İki liderin görüşünü nəticəsi olaraq deyə bilərəm ki, Vaşinqton və Moskva hər hansı bir sistemli problemin həllinə hazır deyillər. Hətta onların məsələyə yanaşması kəskin şəkildə ziddiyyətlər yaradır.

Demək olar ki, belə gərginliklər il ərzində iki dəfə baş verir. Bu gərginlik liderlərin görüşündən sonra müəyən dərəcədə səngiyir. Bu da onu göstərir ki, iki dövlət arasında olan problemlər çox dərindir, amma təmaslar olmalı, müzakirələr aparılmalıdır. Bu problemləri aşmaq üçün Vaşinqton və Moskvaya onilliklər lazım olacaq. Bunun üçünsə dünyada qlobal geosiyasi dəyişikliklərin - misal üçün SSRİ-nin süqutu kimi – baş verməsi zəruridir.

İndiki şərtlər altında isə qarşıdurma o şərtlə ortadan qalxa bilər ki, liderlər dönməz siyasi iradə ortaya qoya bilsinlər və bu qarşılıqlı etimada əsaslanmalıdır. Lakin bu günkü şərtlərdə bu qeyri mümkündür. Bu olmadığı halda vəziyyət belə də davam edəcək. Yəni iki ölkə arasında geopolitik gərginlik hansısa bölgədə silahlı qarşıdurmaya, hətta müharibəyə gətirib çıxar bilər və hazırda bunun nümunəsini iki ölkə Ukraynada yaşamaqdadır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar