Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

ABŞ ÜTT-dən çıxa bilərmi? – Yoxsa bu, sadəcə Trampın blefidir?

Ekspert: “Tramp Adminstrasiyasının Ümumdünya Ticarət Təşkilatından tamamilə çıxacağını düşünmürəm”

“Tramp Adminstrasiyasının Ümumdünya Ticarət Təşkilatından tamamilə çıxacağını düşünmürəm. Bu cür bəyanatların səbəbi odur ki, Çinlə və digər ölkələrlə, o cümlədən Avropa Birliyi ilə müxtəlif məsələlərlə fikir ayrılıqları var”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Trampın Ümumdünya Ticarət Təşkilatından çıxmaq barədə verdiyi bəyanatı PİA.AZ-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti Donald Tramp Pensilvaniya ştatında, tərəfdarları qarşısındakı nitqində siyasət və biznes çevrələrini Ümumdünya Ticarət Təşkilatından çıxmaqla hədələyib. Onun sözlərinə görə, uzun zamandır bir çox ölkələr, xüsusilə Çin ÜTT-dən ABŞ-a qarşı öz maraqları naminə istifadə ediblər. ABŞ dövlət başçısı əvvəllər də bu təşkilatı dəfələrlə tənqidlərə məruz qoyub və öz işini yaxşılaşdırmadığı təqdirdə onu tərk edəcəkləri ilə bağlı xəbərdarlıq da edib.

“Hazırda isə biz bütün prosesləri qazanırıq. Çünki Ümumdünya Ticarət Təşkilatında oturanlar artıq başa düşürlər ki, ayaqlarını əvvəlki kimi bərk yerə basmırlar”, -deyə prezident söyləyib. Qeyd ed'k ki? hələ 2018-ci ildə Donald Tramp ÜTT-ün ABŞ-a qarşı haqsızlıq etdiyini bildirmişdi. Xüsusilə o, Avropa Birliyinin avtomobillərə qoyulan tariflərlə bağlı təkliflərini ədalətsiz adlandırmışdı.

ABŞ-ın və dünyanın bir çox ekspertləri isə hesab edirlər ki, Trampın Ümumdünya Ticarət Təşkilatından çıxmaq haqqında bəyanatları sadəcə kimlərisə qorxutmaq məqsədi daşıyır. Bəzi ekspertlər isə düşünür ki, Tramp Ümumdünya Ticarət Təşkilatından çıxmaq haqqında qərar verərsə, bu ən çox ABŞ iqtisadiyyatına zərər vermiş olar.

ABŞ həqiqətən də Ümumdünya Ticarət Təşkilatından çıxa bilərmi? Trampın ÜTT-dən çıxmaqda əsas məqsədi nədir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “Bu bəyanat əslində Çinə qarşı bir təhdid mesajıdır. Əgər razılaşma əldə olunmasa, ABŞ Ümumdünya Ticarət Təşkilatından çıxaraq təkbaşına addımlar atacağını göstərməyə çalışır”.

Ekspert mövzu ilə bağlı PİA.az-a açıqlamasında qeyd edib ki, ABŞ-ın belə bir addım atacağını düşünmür. Ekspert hesab edir ki, Trampın bu bəyanatı digər ölkələrlə davam edən ticarət müharibələrinə görə verib və rəqiblərini qorxutmaq məqsədi daşıyır:

“Mən düşünmürəm ki, ABŞ belə bir addım ata bilər. Trampın bu bəyanatı sadəcə olaraq digər ölkələrlə davam edən ticarət müharibələrinə qarşı bir təhdiddir. Çünki Ümumdünya Ticarət Təşkilatı ölkələri özbaşına addım atmaqdan çəkindirməyə çalışan və bununla bağlı bir çox qaydaları olan təşkilatdır. Amerika birtərəfli qaydada Ümumdünya Ticarət Təşkilatının üzvü olduğu üçün gömrük və vergi rüsumları ilə bağlı ümumi qaydalara zidd addımlar ata bilməz.

Lakin məlumdur ki, ABŞ və Çin arasında ticarət müharibəsi də gedir. Bu bəyanat isə, əslində Çinə qarşı bir təhdid mesajıdır. Yəni əgər razılaşma əldə olunmasa, ABŞ Ümumdünya Ticarət Təşkilatından çıxaraq təkbaşına addımlar atacağını göstərməyə çalışır. Ona görə də, Tramp Adminstrasiyasının Ümumdünya Ticarət Təşkilatından tamamilə çıxacağını düşünmürəm.

Natiq Cəfərli: “Bu bəyanat Çini və Avropa Birliyini, həmçinin, ABŞ-ın ticarət danışıqları apardığı digər ölkələri razılaşmaya gətirmək üçün bir çağırışdır”.

Bu cür bəyanatların səbəbi odur ki, Çinlə və digər ölkələrlə, o cümlədən Avropa Birliyi ilə müxtəlif məsələlərlə fikir ayrılıqları var. Bu səbəbdən ABŞ prezidenti Çin və Avropa Birliyi ilə apardığı ticarət danışıqlarında üstünlük qazanmaq üçün belə bəyanatlar səsləndirir. Amma bu təşkilatdan tamamilə çıxacağı real görünmür.

ÜTT-nin yaradıcılarından biri və ən böyük sponsoru onsuz da Amerikadır. Həmçinin, bu təşkilat ABŞ-a bir çox üstünlüklər qazandırır. Bu bəyanat Çini və Avropa Birliyini, həmçinin, ABŞ-ın ticarət danışıqları apardığı digər ölkələri razılaşmaya gətirmək üçün bir çağırışdır. Ona görə də, mən düşünmürəm ki, ABŞ belə bir səhv addım atsın”.

Fatimə ƏLİYEVA
pia.az


Şərh yazın.

loading...