Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ üçün “ölüm qalım” məsələsi - Bayden ABŞ-ı Trampdan əvvəlki dönəmə qaytara biləcəkmi?

50 ildir ABŞ siyasətində aktiv rol oynayan Bayden keçmiş oyunçu olaraq yeni bir oyun qura biləcəkmi?..

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 2 fevral 2021-ci il

ABŞ prezidenti Co Baydenin yeni kabinet namizədlərinə və yüksək səviyyəli bürokratlarına baxaraq deyə bilərik ki, üfüqdə “üçüncü Obama dövrü” görünür. Çünki Obama dövründə xidmət edən bir çox şəxs Bayden tərəfindən daha yüksək vəzifələrə gətirildilər. Bu şəxslər, əsasən xarici əlaqələr və milli təhlükəsizlik siyasətindən məsuliyyət daşıyacaqlar. Baydenin xarici siyasətdəki əsas hədəfi Trampdan əvvəlki ittifaqları bərpa etməkdir. Tramp Obamanın dövründə imzalanmış bir çox beynəlxalq müqaviləni birtərəfli qaydada ləğv etmişdi. Bayden adminstrasiyası isə ABŞ-ı bu razılaşmalara qaytarmaqla Ağ EvİN imicini yeniləmək istəyir.

Yeni adminstrasiyanın səfirlərin təkcə 30%-nin diplomatiya sahəsindəə çalışmayan insanlardan olacağı deyilir. Tramp dövründə bu peşədən kənar diplomatik vəzifələrə təyin olunanların nisbəti daha yüksək idi. Həmin şəxslərdən bəziləri Trampın seçki kampaniyasına yardım edənlərin arasından seçilmişdilər. Baydenin də eyni şəkildə ona seçkidə kömək edənlərə üstünlük verəcəyi gözlənilir.

ABŞ-ın diplomatik qurumlarına etibar etməyən Tramp iki xüsusi vəkilindən birini İsrailə səfir kimi göndərmiş, digərini isə Yaxın Şərq üzrə Xüsusi Nümayəndəsi təyin etmişdi. Tramp kürəkəni və baş məsləhətçisi Cared Kaşneri də guya “Yaxın Şərq Sülh Planını” icra edən nümayəndə heyətinin rəhbəri təyin etmişdi.

Tramp həmçinin Dövlət Departamentinin büdcəsini ciddi dərəcədə azaltmışdı. Buna görə də, Trampın diplomatiyaya yanaşmasına etiraz edən bir çox təcrübəli diplomat istefa vermişdi.

Bayden ABŞ-ın yerlərdə sürünən beynəlxalq nüfuzunu bərpa etmək üçün Dövlət Departamentini keçmiş canlılığına qaytarmaq istəyir. Tramp dövründə ABŞ-ın Avropa Birliyi ilə münasibətləri də pisləşdi. Baydenin xilas etmək istədiyi ilk şey ABŞ-Avropa münasibətləridir.

ABŞ-ın müttəfiq olduğu ölkələrdə, xüsusən də Almaniya və Cənubi Koreyada Vaşinqtona qarşı yüksək səviyyədə inamsızlıq meydana gəlməsi çoxdan müzakirə edilir. Əlbəttə ki, bu, yalnız Tramp dövrü ilə məhdudlaşmır, daha əvvəlki dövrlərlə bağlıdır. Corc Buşun İraqın işğalında iştirak etməyən müttəfiqlərini necə günahlandırdığını xatırlayın. ABŞ-ın İsrailə verdiyi qeyd-şərtsiz dəstəyin Yaxın Şərq xalqları tərəfindən necə qarşılandığını isə deməyə belə ehtiyac yoxdur. Trampın “İsraildən olan asılılığı” belə təkbaşına Birləşmiş Ştatlara duyulan dərin inamsızlığı ortaya qoyur.

İctimai araşdırma şirkəti “GALLUP”un apardığı bir araşdırmaya görə, ABŞ-ın beynəlxalq imici demək olar ki, Rusiya və Çinlə eyni səviyyədədir. “Dünya Liderləri Reytinqi-2020” hesabatı da Almaniya, ABŞ, Rusiya və Çinin qlobal göstəricilərini ortaya qoyur. 135 ölkədə aparılan bu araşdırmaya görə, 2016-cı ildə ABŞ-ın 48% olan nisbəti, 2019-cu ildə 33%-ə düşüb. Çin 32%, Rusiya 30% alıb. Almaniyanın nisbəti isə bu üç ölkədən daha yüksək çıxıb.

ABŞ-ın qlobal dərəcələri Trampın dövründə düşsə də, məsələ sırf köhnə adminstrasiyasının yürütdüyü siyasətdə deyil. Tramp həm də “hərbiləşdirilmiş xarici siyasəti” mirasınıı almışdı. Amerika-Hərbi Sənaye Kompleksi ilə inteqrasiya olunmuş xarici siyasət ABŞ-ın ən böyük dilemmasıdır. ABŞ-ın dünyadakı pis imicinin, daxilindəki iğtişaşların, gəlir bölgüsündə bərabərsizlik və bir çox digər probleminin kökündə bu dilemma var. Bu baxımdan, 50 ildir ki, Vaşinqton siyasətində aktiv rol oynayan Baydenin “ABŞ üçün normal olaraq xarakterizə edilən Trampdan” əvvəlki dövrə qayıtmaq cəhdlərini düzgün hesab etməyənlər də az deyil. Demokratlar Partiyasındakı Berni Sanders və sol komanda ilə yanaşı, həm də bir çox Respublikaçı siyasətçi ABŞ-ın bu dilemmadan çıxmalı olduğunu düşünür.

Pentaqon büdcəsindən danışarkən tanınmış Demokratlar və Respublikaçıların necə tez zamanda birləşdiyi hər kəsə məlumdur. Siyasətçilərin bu iki sektoru Trampın ABŞ əsgərlərini Əfqanıstan və Suriyadan çıxarmaq cəhdlərinə şiddətli reaksiya göstərmişdi. Tramp son Pentaqon büdcəsinə veto qoyacağını açıqlasa da, Konqres Respublikaçılarının əksəriyyəti Demokratlarla birlikdə hərəkət edərək iki dəfə “hə” səsi verdilər. Sözügedən büdcə layihəsi qoşunların xaricdən çıxarılması üçün müəyyən şərtləri ortaya qoyur.

Vaşinqton “köhnə normala” qaytarılacaq, yoxsa “yeni normal” qurulacaq? Əsas sual isə budur ki, Bayden köhnə qaydalara öyrəşmiş keçmiş oyunçu olaraq yeni bir oyun qura biləcəkmi?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Bayden Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar