Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

ABŞ Türkiyəyə yenə sanksiya tətbiq edir – Ərdoğanın Vaşinqton səfəri iflas etdi?..

Vaşinqtonla Ankara arasında nələr baş verir və Ərdoğan Vaşinqton səfərində əldə olunan razılıqlar pozulubmu?..

Politoloq: “Sanksiyaların elan edilməsi növbəti dəfə ABŞ tərəfindən Türkiyəyə təzyiqdir”.

“Türkiyəyə F 35 təyyarələrin verilməməsi, Ankaranın bunun əvəzində Rusiyadan yeni nəsil təyyarələrinin alışı barədə açıqlaması, həmçinin Trampın da bunun mümükünlüyü barədə qeydləri yenidən Konqrensdə Türkiyəyə qarşı sanksiyaların gündəmə gətirilməsini aktuallaşdırıb”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə ABŞ Konqresinin senatorlarının Türkiyəyə qarşı CAATSA sanksiyalarının işə salınmasını tələb etmələrini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ Konqresinin senatorları Lindsi Qraham və Kris Van Hollen Türkiyəyə qarşı CAATSA sanksiyalarının işə salınmasını tələb edib. Senatorlar bu tələbin yer aldığı məktubu Dövlət Departamentinin rəhbəri Mayk Pompeoya göndərib.

Məktubda bildirilib ki, sanksiyaların tətbiq edilməməsi digər ölkələrə ABŞ qanunlarının hər hansı nəticəsi olmadan pozulması kimi qorxunc mesaj verir.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 sistemi tədarük etdiyinə görə, ABŞ tərəfindən CAATSA (ABŞ-ın Düşmənləri ilə Sanksiyalar Yolu ilə Mübarizə) sanksiyaları ilə təhdidə məruz qalır. ABŞ bu qırıcıları beşinci nəsil qırıcıların texnologiyasına dair bilgiləri ələ keçirməsindən narahatdır. Lakin prezident Donald Tramp sanksiyaların tətbiq edilməsinə qarşıdır.

Xatırladaq ki, Türkiyə Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” anti-terror əməliyyatına NATO-nun dəstəyini vermədiyi üçün alyansın Avropadakı planlarına imza atmayacağını bildirir.

Ərdoğanın ABŞ səfərində bu sanksiyaların olmayacağı ABŞ rəsmiləri tərəfindən dilə gətirilmişdi. Hazırda Vaşinqtonla Ankara arasında nələr baş verir və Ərdoğan Vaşinqton səfərində əldə olunan razılıqlar pozulubmu? Həmçinin bu sanksiyaların tətbiq edilməsi gözləniləndir, yoxsa sadəcə bu təhdid xarakteri daşıyır?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “ABŞ və Türkiyə arasında elə probelmlər var ki, bu geosiyasi proseslərdə Türkiyənin əleyhinədir və Türkiyə ABŞ-a güzəştə gedə bilməz”.

ABŞ-ın Türkiyəyə təzyiqlər və sanksiyalar xəbərdarlığı sadəcə xəbərdarlıq olaraq qalacağını düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, bu sanksiyalar Türkiyənin regional oyunçu mövqeyindən geri çəkiləcəyinə gətirib çıxarmayacaq:

“Türkiyə və ABŞ arasında böhrana Ərdoğanın ABŞ səfərində demək olar ki, gündəmə daşınmaması razılaşdırlmışdı. Baxmayaraq ki, probelmlər olduğu kimi qalmışdır. Bura əsasən Türkiyənin Rusiyadan S 400 triumf raketlərinin alışını dayandırması, həmçinin bu raketlərin işə salınmaması barəd danışıqlar demək olar ki, nəticəsiz başa çatmışdı. Bundan əlavə, Vaşinqtonun YPG terror təşkilatından dəstəyi çəkməsi də razılaşmada yox idi.

Ümumiyyətlə ABŞ və Türkiyə arasında strateji məsələlərdə ortaq məxrəcə gəlinməmişdi. Amma, tərəflərin bir-birinə qarşı sərt ritorikadan çəkinməsi, müttəfiqlik əlaqələrin davam etdirilməsi, razılaşdırılmışdı. Göründüyü kimi Türkiyəyə F 35 təyyarələrin verilməməsi, Ankaranın bunun əvəzində Rusiyadan yeni nəsil təyyarələrinin alışı barədə açıqlaması, həmçinin Trampın da bunun mümükünlüyü barədə qeydləri yenidən Konqrensdə Türkiyəyə qarşı sanksiyaların gündəmə gəlməsini aktuallaşdırıb.

Qeyd edim ki, ABŞ və Türkiyə arasında elə probelmlər var ki, bu geosiyasi proseslərdə Türkiyənin əleyhinədir və Türkiyə ABŞ-a güzəştə gedə bilməz. Ona görə də tərəflərin uzun müddət bu səssizliyi qoruması mümkün deyildi. Ankaranın Rusiya və Çindən yeni silahlar alıması planı, ABŞ-ın YPG terror təşkilatına Suriyada yenidən tam tərkibdə dəstəyin olması kövrək olan ABŞ və Türkiyə əlaqələrinin gərginliyə gətirəcəyi şübhəsiz idi.

Məhəmməd Əsədullazadə: “Yaxın Şərqdə şərtlər dəyişir və Ankara Vaşinqtonun diktəsi ilə hərəkət etmək məcburiyyətində deyil”.

Hesab edirəm ki, bu sanksiyaların elan edilməsi növbəti dəfə ABŞ tərəfindən Türkiyəyə təzyiqdir. Həmçinin bu sanksiyaların tətbiq edilməsi gözlənilmir. Ankarda bu sanskiyalara görə öz siyasətindən geri çəkilməyəcək. Bundan əlavə, bu Konqrensin yenidən Trampa qarşı təzyiqi kimi qiymətləndirilməlidir. Konqrensdə olan bəzi qüvvələrin Trampın Türkiyə siyasətinə zərbə vurmağa çalışırlar.

Düşünürəm ki, bu təzyiqlər və sanksiyalar xəbərdarlığı sadəcə xəbərdarlıq olaraq qalacaq. Bu sanksiyalar Türkiyənin regional oyunçu mövqeyindən geri çəkiləcəyinə gətirib çıxarmayacaq. Yaxın Şərqdə şərtlər dəyişir və Ankara Vaşinqtonun diktəsi ilə hərəkət etmək məcburiyyətində deyil. Hesab edirəm ki, Vaşinqton mütləq bununla barışacaq”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Həbs edilən məmur icra başçısının əleyhinə ifadə verib

İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi - Yenilənib

ABŞ-a meydan oxuyan Çin iqtisadiyyatına niyə “virus düşdü”?..

İqtisadiyyat Nazirliyinin səlahiyyəti artırıldı

AzTV-nin gənc aparıcısı sədr müavini təyin olundu

"Yenidən sədr seçilməyini təbrik edirəm əziz ATA!.."- Vasif Talıbova oğlundan təbrik

“Şərurlu İsfəndiyar”ın adı daha bir dələduzluqda hallanır 

Məzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladı

Özünü Allah elan edib, ölkə xəzinəsini yatağının altında saxlayır

BMT tədbirində azərbaycanlı qızdan söz açıldı

loading...

Ən çox oxunanalar