Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Türkiyəyə tələ hazırlayır?

ABŞ prezidenti Donald Tramp 2018-ci ildə İŞİD-i məğlub etdiklərini iddia edərək Suriyadan çıxacaqlarını elan etmişdi

Ağ Ev sözçüləri bununla bağlı təqvim elan etmişdilər. Biz ABŞ-ın Suriyadan çıxmaq fikrinə ehtiyatla yanaşdıq. Həqiqətən də bir qədər sonra Tramp Suriyadan çıxmaqla bağlı vaxt təyin etmədiyini ifadə etdi.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

ABŞ prezidenti bir qədər də irəli gedərək, “Suriyadan çıxsaq belə kürdləri qorumaq istəyirik” dedi. Boltonsan, yoxsa Daltonsan, bilmirəm, Türkiyə nə edəcəyini sən və rəislərindən soruşacaq? Bu necə bir riyakarlıq, necə bir tərbiyəsizlikdir?! Müttəfiqləri kürd döyüşçüləri imiş. Müttəfiq olduğunuz insan qəssablarının kürd qardaşlarımızla ən xırda bir əlaqəsi yoxdur. Bunların görüldüyü yerdə məhvi vacibdir. PKK və YPG-ni kürd əsilli vətəndaşlarımızla birləşdirmək alçaqlıqdır. Bundan sonra bir-birimizin üzünə necə baxacağıq? NATO-nun davamını necə təmin edəcəyik? Kürd əsilli qardaşlarımıza Trampın sevgisi yalandır, saxtadır. Türkiyənin kürdlərlə mübarizə apardığını göstərmək nə insanlıq, nə də dostluqdur.

Terrorçuları kürd kimi göstərmək olmaz. Terrorçu terrorçudur, insan yerinə belə qoyula bilməz. Əsəd rejimi YPG arasında çiçəklənən təmasların, bu təmasların daxilində ABŞ rolunun nə olduğu gizliliyini qoruyub saxlayır. ABŞ Türkiyə və Suriyanın döyüşməsi üçün YPG ilə birgə tələ hazırlayır? Əsəd, PKK, YPG və ABŞ arasında bilmədiyimiz hansı sazişdən söhbət gedir? ABŞ-ın “İŞİD-i məğlub etdik” deməsi, Trampın mübarizə ilə bağlı bəyanatları olduqca problemlidir. ABŞ-ın İŞİD və YPG ilə əlaqələrini görməzdən gəlmək üçün ya kor, ya da kar olmaq lazımdır. İraqdan çıxırdılar, Əfqanıstandan qayıdırdılar. ABŞ-ın heç yerə getmək niyyəti yoxdur. Türkiyənin qərarlı mövqeyi, hərbi gücü və siyasi uğuru ABŞ-ın planlarını yenidən nəzərdən keçirməsinə yol açacaqdır”, - Baxçalı bildirib.

pia.az


Etiket: Baxçalı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar