Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Türkiyəsiz bir NATO qurmağa çalışır - Şimal Alyansının konsepsiyasında yenilik...

ABŞ Türkiyənin NATO-dakı statusunu pozaraq NATO və AB daxilində yeni bir alternativ yaratmağı planlaşdırır...

Armağan Kuloğlu
“Yeniçağ” qəzeti, Türkiyə, 25 dekabr 2020-ci il

Türkiyənin təhlükəsizliyini təmin etmək, hüquq və mənafeləri qorumaq məqsədilə atdığı addımlar ABŞ-ı narahat edir və o da Türkiyəni bu təşəbbüsdən çəkindirmək üçün müxtəlif yollara əl atır. Bunlardan bəziləri F-35 proqramından çıxarmaq, “CAATSA” sanksiyalarına məruz qoymaq, Yunanıstanı gücləndirmək və Cənubi Kiprə dəstək verməkdir.

ABŞ Şərqi Aralıq dənizində Türkiyənin əleyhinə dəstək verərək və Suriyada bir PYD/PKK dövləti qurmağa çalışaraq Türkiyənin təhlükəsizliyini şübhə altında qoyur.

ABŞ-ın, eyni zamanda, Türkiyənin NATO-dakı statusunu pozmaq üçün NATO və AB daxilində bir mühit yaradıb, bölgədə Türkiyə əvəzinə başqa bir alternativ yaratmaq niyyətində olduğunu da deyə bilərik.

Əvvəlcə Türkiyəni məcbur etdi

ABŞ Türkiyənin bölgədəki təşəbbüslərini qəbul edə bilmir və bunu maraqların toqquşması olaraq görür. Ancaq Türkiyəni itirməyi və Qərbdən ayırmağı da gözə ala bilmir. Bu məqsədlə, Türkiyənin öz içində ilişib qalması üçün yenə də müxtəlif vasitələrdən və üsullardan istifadə edəcəyi gözlənilir. Ancaq bunda uğurlu olmasa, Türkiyə əvəzinə başqa alternativlər üçün hazırlıq edəcəyi də bəllidir.

Addımlar Yunanıstana doğru

ABŞ-ın Lozannaya zidd olaraq Aleksandrupolisdə baza qurması, Kritdə bir baza alması və Yunanistanın F-16 modernizasiyasına müsbət cavab verməsi olduqca diqqət çəkən məqamlardır. Yunanıstan artıq 24 ədəd F-35 təyyarəsinin alınması üçün müraciət edib. ABŞ-ın Afinadakı səfiri bu tələbdən məmnun olduğunu bildirib və ABŞ-la Yunanıstanın regional sabitliyi artırmaq üçün birlikdə çalışdıqlarını vurğulayıb. Yunanıstan da ABŞ-ın Türkiyəyə tətbiq etdiyi “CAATSA” sanksiyalarından məmnun qalıb.

Yunanıstan, həmçinin, 2021-ci il büdcəsindəki hərbi xərclərini 5 qat artırır və səbəb kimi Şərqi Aralıq dənizindəki gərginliyi göstərir. Fransadan 18 ədəd “Rafale” döyüş təyyarəsi alır və 4 frekat almaq üçünsə təkliflər hazırlayır. Eyni zamanda, pilotsuz uçuş aparatları və yenilənmiş F-16-lar alaraq silahlı qüvvələrini 15.000-ə qədər artırmağı planlaşdırır.

Bu vəziyyətdə isə ABŞ-ın Yunanıstanı alternativlərdən biri və ya bir hissəsi olaraq hazırlamağa çalışdığı aydın görünür.

NATO konsepsiyasında yenilik

ABŞ-ın ilk dəfədir ki, bir NATO üzvü olaraq Türkiyəyə “CAATSA” sanksiyaları tətbiq etməsi, onu F-35 proqramından çıxarması, Yunanıstanı bölgədə ön plana çıxarmaq təşəbbüsləri, Cənubi Kipr Respublikasının silah embarqosunu ləğv etməsi, Kipr məsələsindəki ümumi mövqeyi və Türkiyəni sıxışdırmaq üçün AB ilə birlikdə hərəkət etməsi olduqca maraqlıdır.

NATO-small.jpg" />

NATO üçün hazırlanmış 2030-cu il hesabatında qeyd olunan bəzi məqamlar da konsepsiyanın yenilənəcəyini göstərir. Türkiyənin cənub cinahlarından birini kənarda buraxaraq, cinahı Yunan Rəhbərliyinin xəttindən keçirmək barədə düşünürlər.

Bu dəyişiklikdə AB töhfəsi

2021-də bu hesabat NATO liderlərinə təqdim ediləcək və Macarıstanla Türkiyə kimi ölkələrin veto mexanizmindən istifadə etməməsi üçün bir yol tapılması da tövsiyə olunacaq. Hesabatda ittifaq üzvü olmayan AB ölkələrini NATO zirvələrinə dəvət etmək və NATO-AB əlaqələrini gücləndirmək də yer alır. Burada Cənubi Kiprin NATO üzvü olmasını istəməyən Türkiyənin birbaşa hədəfdə olduğu görülür.

Türkiyənin NATO-dan birbaşa çıxarılması mümkün olmadığı üçün mətbuatda üzvlüyün dayandırılıb-dayandırılmayacağı barədə xəbərlər də çıxıb.

Türkiyə diqqətli olmalıdır

Türkiyə təxminən 70 ildir NATO-nun da yükünü götürdüyünü və buna hələ də davam etdiyini xatırlatmalıdır. Qərarların yekdilliklə qəbul edilməsi prinsipini pozmamalıdır. Üzv olmayan AB üzvlərinin iclaslardakı iştirakına və veto məhdudiyyətlərinə qarşı çıxmalı, veto hüququndan qətiyyən imtina etməməlidir. Bunun üçün də ona verilə biləcək təkliflərin cazibəsinə aldanmamalı və güzəştə getməməlidir.

NATO-da təkcə ABŞ yoxdur, ağlı başında olan üzvlər də var. Hər bir ölkə öz təhlükəsizliyini və maraqlarını qorumağa çalışarkən, Türkiyə qoruyanda problem çıxır? Üstəlik də, qanun çərçivəsində.

Türkiyə özü istəmədiyi halda, NATO-dan uzaqlaşdırıla bilməz. Öz istədiyi ilə çıxması məcbur edilə bilər. Ancaq çox da riskə getməzlər. Türkiyə meydanı boş qoymamalı və tələyə düşməməlidir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Türkiyə NATO ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar