Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır – Ağ Ev

ABŞ prezidenti Donald Tramp Türkiyə istehsalı olan polad məhsullarına gömrük rüsumlarını 50% artırmağa qərar verib...

Bu barədə Ağ Evin yüksək rütbəli nümayəndəsi bildirib.

“Polad rüsumları yenə də 50% artırılacaq. Həmçinin ABŞ ötən ay Türkiyəyə səfər etmiş dövlət katibi Uilbor Ross rəhbərliyilə bu ölkə ilə 100 milyard dollarlıq ticarət sövdələşməsilə bağlı aparılan danışıqları da tezliklə dayandıracaq. Türkiyənin iqtisadi zəifliyi nəzərə alınsa, hazırkı addımlar bu ölkənin diqqətini Suriyanın şimal-şərqindəki vəziyyətin ciddiliyinə yönəlir. Lakin biz əvvəlki tək problemi danışıqlar yolu ilə həll etməyin tərəfdarıyıq, ona görə də prezident mötəbər heyəti razılıq əldə etmək ümidi ilə Ankaraya göndərir” – deyə o, qeyd edib.

Ötən gün ABŞ prezidenti “Türkiyənin regionda sülhü, təhlükəsizliyi, sabitliyi pozmağa yönələn hərəkətlərində iştirak etdiklərinə görə” bu ölkənin Müdafiə və Enerji və Təbii Sərvətlər nazirliklərinə qarşı sanksiyaların tətbiqilə bağlı icraçı fərman imzalayıb. Sanksiya siyahısına Türkiyənin milli müdafiə naziri Hülusi Akar, daxili işlər naziri Süleyman Soylu, enerji naziri Fateh Dönməz də daxil ediliblər.

Xatırladaq ki, ABŞ-ın viste-prezidenti Mayk Pens ötən gün axşam jurnalistlərə açıqlamasında D.Trampın bir qədər əvvəl türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğanla söhbət edərək ondan Suriyada kürd dəstələrinə qarşı hərəkatı dərhal dayandırmağı tələb etdiyini bildirib. ABŞ-ın müdafiə katibi Mark Esper isə Türkiyənin Suriyadakı əməliyyatının İŞİD-i həmin ölkədə məhv etmək məramına zidd olduğunu, gələn həftə Brüselə (Belçika) səfəri zamanı Türkiyəyə qarşı dilomatik və iqtisadi tədbirləri NATO tərəfdaşları ilə müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Xatırladaq ki, oktyabrın 9-dan Türkiyə Suriyanın şimal-şərqində ABŞ tərəfindən İŞİD-ə qarşı istifadə olunan PKK-YPG kürd təşkilatlarının silahlı dəstələrinə qarşı hərbi əməliyyata başlayıb. (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar