Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Türkiyənin "F-35" proqramına qaytarılması şərtlərini açıqlayıb

ABŞ müdafiə naziri Mark Esper bəyanatla çıxış edib

ABŞ administrasiyası Türkiyənin 5-ci nəsil “F-35” bombardmançı-qırıcı təyyarələrin istehsalı proqramına qaytarılmasının mümkünlüyünü bir daha nəzərdən keçirə bilər. Bunun üçün Ankara Rusiyadan əldə olunmuş “S-400” zenit-raket komplekslərindən “qurtulmalıdır”.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Pentaqonda jurnalistlər üçün keçirilmiş brifinqdə müdafiə naziri Mark Esper çıxış edib.

“Mən bu barədə türkiyəli həmkarlarla əlaqə zamanı həm şəxsi, həm də ictimai qaydada çox aydın şəkildə bildirmişəm: ya “F-35”, ya da “S-400”. Hər iki silahlanma bir arada ola bilməz. Onlardan birini qarajda saxlayıb, digərini istifadə etmək olmaz. Ya bu birisi, ya da digəri”, - Esper belə deyib.

Amerikalı nazir onu da əlavə edib ki, Ankara “S-400”-lərdən tam imtina edərsə, Vaşinqton Türkiyənin “F-35” istehsalı proqramına yenidən cəlb olunması məsələsini gözdən keçirə bilər:

“Təkrar edirəm: Türkiyə hökuməti “S-400” proqramından tam imtina etməlidir, yalnız bundan sonra biz bu məsələyə yenidən baxa bilərik”.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar