Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ tarixinin ən qalmaqallı prezident seçkiləri dünyaya necə təsir göstərəcək?..

3 Noyabrda Trampın və ya Baydenin ABŞ prezidenti seçilməsindən asılı olaraq, ABŞ-ın Yaxın Şərq və Türkiyə ilə bağlı siyasəti də müəyyənləşəcək...

Mustafa Peköz
“Sendika63.org” qəzeti, Türkiyə

ABŞ-da 3 noyabr 2020-ci il tarixində prezident seçkiləri keçiriləcək. Respublikaçılar yenidən Trampın namizədliyini irəli sürüblər. Respublikaçılar partiyasının liberal qanadı isə Trampı açıq şəkildə dəstəkləməyirlər. Digər maraqlı məqam da budur ki, Respublikaçıların keçmiş prezidentləri Trampın namizəd göstərildiyi toplantıda iştirak etməyiblər.

Demokratlar isə keçmiş vitsü-preident Co Baydenin prezidentliyə namizədliyini irəli sürüblər. Bil və Hilari Klinton cütlüyü, Obama və həyat yoldaşı və Konqres üzvləri tam heyətlə Baydenin namizəd göstərildiyi toplantıda iştirak edib və ona aktiv şəkildə dəstək veriblər.

Koronavirus pandemiyasının prezident seçkilərinə olan təsiri

ABŞ seçkilərində xarici siyasət və müdafiə strategiyası hər zaman prezident namizədlərinin qalib gəlməsində vacib bir amil olub. Təhsil və səhiyyə kimi birbaşa cəmiyyətlə əlaqəli məsələlərin təsiri isə ikinci dərəcəli olub. Ancaq bu dəfə daxili siyasətdəki proseslər koronavirus pandemiyasının təsirilə ön plana çıxır.

Pandemiyadan əvvəl Trampın qalib gəlmək ehtimalı var idi, amma bu gün məğlub olması ehtimalı daha yüksəkdir. Trampın komandası pandemiya prosesini çox pis idarə edib və vəziyyət hələ də acınacaqlıdır. Tramp Adminstrasiyası, hərəkətə keçmək əvəzinə, problemi adi bir virus kimi dəyərləndirdilər və qabaqlayıcı heç bir tədbir görmədi. Daha sonra da virus bütün ölkəni ağuşuna aldıqdab sonra Çini hədəfə qoydular. Ümumdünya Səhiyyə Təşkilatını günahlandırıb, bu quruma maliyyə dəstəyimi kəsdilər. Nəticədə isə ABŞ koronavirus pandemiyasının əsas mərkəzinə çevrildi. Yoluxma hallarının sayı 6,6 milyona, ölənlərin sayı isə 190 minə çatıb. Təxminən 35 milyon insan işsiz qalıb, 23 milyon insan işsizlik müavinəti üçün müraciət edib, ABŞ standartlarına görə yoxsulluq həddinə çatan təxminən 45 milyon və 40 milyona yaxın insan isə sığortasızdır, yəni sağlamlıq hüquqlarından faydalana bilmirlər.

Afrikalı, Latın Amerikalı və yerli əhalinin yüksək sıxlıqda yaşadığı yoxsul bölgələrdə ölümlərin daha çox olduğu müşahidə edilib. Bu dövrdə polisin Afrika əsilli vətəndaşlara qarşı hücumları da artıb. Tramp Administrasiyasının daxili qarşıdurmaları qızışdıraraq irqçiliyə təkan verdiyi və xüsusən də, ağdərili insanların etiraz səslərini bloklamağa başladığı iddia edilsə də, bütün ştatları əhatə edən etirazlar gündəlik həyatın bir hissəsinə çevrilib.

Pandemiya prosesinin pis idarə olunması və nəticələrinin cəmiyyətdə ağır şəkildə əks olunması seçki nəticələrinə təsir edən çox vacib bir faktora çevrilib.

Tramp göründüyü kimi axmaq adamdır?

Həm ABŞ ictimaiyyətində, həm də beynəlxalq arenada Trampın heç bir qaydaya fikir vermədən hərəkət etməsi və qalmaqallı açıqlamalar verməsi hər kəsə məlumdur. Daha dəqiq desək, Tramp ABŞ-ın ənənəvi prezidentləri kimi davranmır, amma o, axmaq biri də deyil. Əksinə, çox ağıllıdır. Atdığı hər addımı qəsdən edir, hər açıqlamasının arxa planını da hesablayır. Lakin Tramp öz gücü ilə seçkilərdə qalib gəlib, prezident kürsüsünə oturmayıb. O, müəyyən edilmiş bir strategiyanın həyata keçirilməsi üçün seçilib. Prezidentliyi dönəmində Dövlət Katibləri, Müdafiə Nazirləri, Milli Təhlükəsizlik Müşavirləri kimi vacib vəzifələri tutan bir çox şəxsləri istefaya yollayıb və yaxud istefa verməyə edib. Yəni onlar Trampla şəxsi problem yaşayıb, istefa verməyiblər. Sadəcə olaraq Trampı seçən qüvvələrin təyin etdiyi qlobal siyasətin həyata keçirilməsində problem yaşadıqları üçün vəzifələrindən uzaqlaşdırılılar və ya geri çəkiliblər.

Tramp hansı strategiyaya görə təyin edildi və niyə yenidən namizəd göstərildi?

1990-cı illərdən bəri ABŞ-ı idarə edən güclərin iki əsas strategiyası var. Bunlardan birincisi, ata Buşla başlayan, oğul Buşla yayğın hala gətirilən və Trampla davam etdirilən strategiyadır: Yəni bu strategiya ABŞ dünyanın mütləq gücüdür, 21-ci əsrin qlobal imperiyasıdır və ABŞ dünyanın hər bölgəsində mütləq hökmranlığı təmin edilməlidir anlayışına dayanır. Əfqanıstanda başlayan və İraqda davam edən hərbi strategiyanın əsas məqsədi də bu idi. Başqa sözlə, ABŞ-ın mütləq hegemoniyası: “Ya bizimləsiniz, ya da düşmənimizlə” prinsipi üzərində qurulub. Tramp və komandası da bu strategiyanı Çinin dünya səviyyəsindəki yüksəlişinə mane olaraq davam etdirmək istəyir. Əsas yanaşma da belədir: 21-ci əsrdə Çin ABŞ üçün böyük bir təhlükədir və qarşısı alınmalıdır.

Tramp Çini düşmən olaraq görən bir strategiya həyata keçirmək niyyəti sürətlə dəyişən ABŞ-ın qlobal siyasətlərinə problemlər yaradır. Bu səbəbdən də Vaşinqton müttəfiqləri ilə, xüsusən AB ilə siyasi, iqtisadi və hərbi problemlər yaşamağa başlayıb. Tramp ABŞ-ın NATO-dakı məsuliyyətlərini sürətlə azaltmağa meyl edir. Xüsusilə, Almaniyanın NATO xərclərini daha çox qarşılamasını tələb edib. NATO-nu Çinə qarşı qoymaq üçün hərbi strategiyasında dəyişiklik edilməsi də Trampın tələbləri daxilindədir.

ABŞ, xüsusən Körfəz bölgəsində on illərdir enerji şirkətlərinin nəzarəti altında olan və silah ixracatında təxminən 60% paya sahib olan Yaxın Şərqdəki hərbi qüvvələrini ciddi dərəcədə azaldacağını açıqlayıb. Yaponiya və Cənubi Koreya kimi ölkələrə Çinə qarşı mövqe tutmaları üçün təzyiq göstərməyə başlayıb. Rusiya, Vietnam və Şimali Koreya kimi Çinlə ənənəvi ittifaqı olan ölkələrlə yaxın münasibət quraraq onları Çindən uzaqlaşdırmaq istəyir. Çində istehsal olunan mallara yüksək vergilər qoyaraq Çinin qlobal bazarlarına nəzarət etməyə çalışır. Çinin ən böyük enerji mənbəyi olan İranı yenidən hədəfə alıb. ABŞ-ın hərbi-kosmos strategiyası belə Çinin qlobal inkişafına mane olmaq üçün təkmilləşdirilib.

Tramp Administrasiyasının Çinə qarşı siyasəti uğursuz oldu

Tramp Administrasiyası Çin qarşı olan siyasətini uğurla həyata keçirə bilməyib. Buna qarşı ən ciddi reaksiya isə ABŞ-ın daxili dinamikasından gəlib.

Birincisi, ABŞ mənşəli ən böyük silah və enerji inhisarçıları üçün Yaxın Şərq 2050-ci illərə qədər strateji əhəmiyyət daşıyır. ABŞ-ın Yaxın Şərqdən çəkilməsinin və bu bölgəni AB və Çin kimi ölkələrə buraxmasının ABŞ-ın iqtisadi, diplomatik və hərbi gücü üçün ciddi bir itki, hətta məğlubiyyət olduğu ifadə edilib.

İkincisi, istehsal əsaslı qlobal inhisarların, xüsusən də ABŞ mərkəzli rəqəmsal-informasiya texnologiyalarına əsaslanan şirkətlərin dəyərinin maksimuma çatdırıldığı Çində milyardlarla dollarlıq investisiyalar var.

Üçüncüsü, Çin ABŞ-ın 2 trilyon dollarlıq dövlət istiqrazlarına sahibdir və ABŞ-da bir çox bankı satın alaraq maliyyə dünyasında önəmli bir potensial yaradıb.

Bu cür vacib amillərə görədir ki, Trampın ilk prezidentlik dövründə Çinə qarşı strategiyası gözlənilən effekti verməyib.

Çinin dünya səviyyəsindəki artan yüksəlişini ən azından Asiya daxilində saxlayaraq ABŞ-ın dünyada mütləq hökmranlığını qurmaq üçün Trampın ikinci dəfə seçilməsi yönündə ciddi səy göstəriləcək.

Baydenin prezident seçildiyi zaman tətbiq edəcəyi strategiya

Klintonla başlayan və Obama ilə zirvəyə çatan əsas perspektiv isə ABŞ-ın 21-ci əsrin imperator gücü olaraq deyil, 21-ci əsrin lideri kimi öz üzərində məsuliyyət götürməsidir. Bayden özünün vitse-prezident olaraq böyük töhfələr verdiyi Obama Adminstrasiyası dövründə konkretləşən təməl yanaşmanın yeni dövrə uyğunlaşaraq davam edəcəyini açıqlayıb. AB ilə tam uyğun bir siyasət, NATO ilə münasibətləri yenidən tarazlaşdırmaq, Yaxın Şərqdən imtina etməmək, əksinə onu qlobal sistemlə uyğunlaşdırmaq, Rusiya ilə nüvə silahı müqavilələrini yeniləmək, Çinlə toqquşmaq əvəzinə ittifaq qurmaq, İranla olan nüvə razılaşmasını yeni güzəştlərlə yeniləmək, Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı ilə yenidən işləmək və bir sözlə, ABŞ-ın qlobal liderliyini gücləndirmək istəyir. Həm Dövlət Departamenti, həm də Pentaqon tərəfindən ciddi şəkildə dəstəklənən bu strategiyanın ABŞ-ın lider güc olaraq qlobal dünyaya rəhbərlik etməkdə daha uğurlu olacağı qeyd edilir.

Tramp və Bayden arasında vacib bir ortaq nöqtə var ki, bu da İsrailin strateji maraqlarının mütləq şəkildə qorunmasıdır.

ABŞ seçkilərinin Yaxın Şərqə təsiri

Əgər Tramp yenidən seçilsə, Yaxın Şərqin hərbi və siyasi qeyri-sabitlik nisbətən arta bilər. ABŞ öz əsgərlərini gözlənildiyi kimi tamamilə geri çəkmir. Enerji yataqlarının qorunmasına davam etmək üçün bəzi addımlar atıla bilər. Ancaq ABŞ strategiyasında ikinci plana düşən Yaxın Şərq ABŞ-ın növbəti 30 illik planları üçün ciddi problemlər yaradacaq. İranla olan böhran zəif olsa da, bunun hərbi fazaya keçəcəyi ehtimal edilir. Tramp Administrasiyası İsraillə Körfəz ölkələri arasındakı münasibətlərin bərpasına ciddi töhfə versə də, Yaxın Şərq siyasətində təkbaşına müəyyənedici qüvvə olmayacaq. Kürdlərə qarşı müəyyənləşdirilən siyasət daha da aydın olacaq. Kürdlərin İraqdakı mövqelərinin milliləşmə istiqamətində irəliləməsi Trampın İran siyasətinə və İsrailin istiqamətinə görə formalaşacaq. Suriyadakı kürdlərin siyasi statusunun dəqiqləşdirilməsi yavaş irəliləsə belə, baş tutacaq.

Əgər Bayden seçilsə, İranla yeni bir güzəştə gediləcək. Molla rejiminin yeni hərbi və siyasi güzəştləri ilə İranın qlobal sistemə daxil edilməsi ilə bağlı maneələr aradan qaldırılacaq. Yaxın Şərq ölkələrini qlobal sistemə daxil etmək üçün iqtidar qüvvələrinin dəyişməsi təşviq ediləcək.

Bu baxımdan, Səudiyyə Ərəbistanına təzyiq nisbətən artacaq və buna paralel olaraq Ərəbistanın gələcək lideri Məhəmməd ibn Salman islahatlarının əhatə dairəsini daha da genişləndirə bilər.

Orta müddətdə İran-İsrail-Misir-Səudiyyə Ərəbistanı arasında danışıqların təmin edilməsi üçün bəzi addımların atılması da gözlənilir. Bayden kürdlərin siyasi mövqeyini gücləndirmək üçün bəzi addımlar ata bilər. Hər şeydən əvvəl, Rojavadakı kürdlərin mövcud mövqeyinin beynəlxalq səviyyədə tanınması ilə hüquqi statusa gətirilməsi üçün daha aktiv səylər göstəriləcək.

ABŞ seçkilərinin Ankaraya təsiri

3 Noyabr seçkiləri, bəlkə də, ən çox Ankara üçün aktualdır. Ankara ilə Vaşinqton arasındakı münasibətlərin Tramp və Ərdoğan arasındakı tarazlığa baxmayaraq, lazımi kimi uğurlu olmadığı aydın görünür. Ankara ABŞ-ın Suriya, İranİraqda izlədiyi siyasətlərə uyğunlaşmır.

Tramp Ankaranın siyasətinə normal cavablar verməyə çalışıb. Ancaq Dövlət Departamenti və Pentaqon kimi ABŞ-ın iki strateji qurumu Ankaranın siyasətindən ciddi şəkildə narahat olub. Konqres Ankaraya qarşı sanksiyalar tətbiq edilməsi barədə qərar qəbul edib, Trampa təqdim etsə də, bu qətiyyətlə yerinə yetirilməyib, sadəcə bir təhdid kimi ara-sıra üzə çıxarılıb.

Əgər Trampın yenidən seçilsə, Ankara-Vaşinqton balansı bu günki kimi davam edəcək. Ankaranın addımları bütün təsir dairəsini müəyyənləşdirəcək. Məsələn, Şərqi Aralıq dənizindəki münasibəti, Suriya və Liviya siyasətində edəcəyi dəyişiklik ABŞ-la münasibətlərdə çox önəmli hala gələcək. Lakin Trampın seçilməsi ilə münasibətlərin sürətlə düzələcəyini də gözləmək olmaz.

Bayden seçiləcəyi təqdirdə, Ankara sürətlə özünü yeniləməli olacaq.

Baden seçilərsə, təzyiqlərin ciddi dərəcədə artacağı ehtimal olunur. Ankaranın Suriya, Liviya və Şərqi Aralıq dənizi siyasətində ciddi dəyişiklik etməsi də gündəmə gələ bilər. “Halkbank” məsələsinin seçkidən sonraya təxirə salınması da təsadüfi deyil. Bayden seçilsə, böyük ehtimalla, bu işdən AKP hökumətinə qarşı yeni bir həmlə kimi istifadə ediləcək.

Anket nəticələrinə baxdıqda, Bayden 5-6 xalla Trampı qabaqlayır. Lakin ABŞ-dakı seçki sistemi nümayəndə sisteminə əsaslanır. Yəni nümayəndələrin sayı nəzərə alınır. Hilari Klinton da Trampdan 3 milyon daha çox səs toplamışdı, lakin nümayəndə heyətinin böyük bir hissəsini qazanan Tramp prezident seçilmişdi.

Bayden seçkilərin nəticəsini təyin edəcək 4-5 ştatda bir neçə xalla önə keçsə də, hazırda yarışda Tramla başa-baş gedirlər. Xüsusilə prezidentliyə namizədlərin televiziyalardakı qarşılıqlı müzakirələri seçicilərin inandırılmasına mühüm təsiri göstərir. Seçkilər hər iki namizəd üçün qeyri-müəyyəndir, lakin Bayden bir addım irəlidə görünür. Bu, Baydenin uğurlu işinin nəticəsi deyil, Trampın pandemiya prosesidə ölkəni qoyduğu çətin vəziyyətin bir nəticəsidir.

Türkiyənin üzləşdiyi iqtisadi və siyasi problemlərin izlənilən regional siyasətlər səbəbiylə daha da dərinləşdiyi görülür. Əgər Baydenlə bir güzəşt əldə edilməsə, 2021-ci ildə növbədənkənar seçkilərin gündəmə gəlməsi mümkündür.

ABŞ-ın Türkiyədəki regional strategiyası son dərəcə vacibdir, lakin hökumətlər də müvəqqətidir. Bu səbəbdən, Bayden seçilsə, Ankaranın regional siyasətinin necə dəyişəcəyi vacibdir. Bu strayegiya Ankaranın mövcud siyasətini sürətlə dəyişdirərək uyğun bir xəttə gətirəcək, yoxsa hazırkı yolda davam etdirəcək? Siyasi nizamın istiqamətini bustrategiya müəyyənləşdirəcək.

Bu səbəbdən, Ankaradakı hökumət də 3 Noyabrdakı ABŞ seçkilərinin nəticəsini maraqla gözləməkdədir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar