Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Suriyada oyundankənar vəziyyətdə qalıb? - “Sülh çeşməsi” əməliyyatı Suriyanı yenidən şəkilləndirir...

ABŞ hərbiçilərinin Rakkanı, Menbiçi və Kobanini tərk etmələrindən sonra Vaşinqtonun Suriyadakı strateji durumu nədən ibarətdir?..

Politoloq: “ABŞ-ın Suriyadan çəkilməsi ilk baxışdan göründüyü kimi heç də onun oyundankənar qalması demək deyil”.

ABŞ Suriyadan çıxmasaydı iki NATO müttəfiqləri - ABŞ və Türkiyə gec-tez burada toqquşa bilərdilər. Bu da Alyansın parçalanmasına gətirib çıxara bilərdi”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması ilə ABŞSuriyada oyundankənar vəziyyətədə qalması ilə bağlı xəbərləri və Pensin Türkiyəyə səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Bir çox beynəlxalq şərhçilər və analitiklər hesab edirlər ki, Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması ABŞSuriyada oyundankənar vəziyyətə qoyub və Rusiyanın mövqeyini həddindən artıq gücləndirib. Demokratlar isə ümumiyyətlə Trampın bunu bilərəkdən etdiyini və Putinə xidmət göstərdiyini irəli sürürlər.

NATO-nun bəzi üzvləri isə dəhşətli ssenariləri təsvir edirlər - misal üçün Rusiya tərəfindən dəstəklənən Suriyanın potensial olaraq, NATO üzvü olan Türkiyə ilə qarşı-qarşıya gələ biləcəyini istisna etmirlər. Ruslar Türkiyə ilə mütəmadi təmasda olduqlarını söyləyirlər. Dəyişən müharibə meydanında həmişə anlaşmazlıqların, səhvlərin və eskalasiyaların baş verməsi potensialı var.
Son bir həftədə baş verənlər güman ki, Suriya müharibəsinin sonunu sadələşdirir. İki əsas oyunçu, ABŞ və kürdlər, görünür, oyundan kənar qalan kimi görünürlər. Prezident Əsəd isə müttəfiqləri Rusiyaİranla birlikdə Suriyanın fəlakətli müharibəsində qələbələrini möhkəmləndirməkdə davam edirlər.

Eyni zamanda ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo Suriyanın şimal-şərqindəki vəziyyətlə əlaqədar dünən Türkiyəyə səfər gediblər. Bunu Amerika prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Mayk Pensin mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ nümayəndə heyətinə Dövlət Katibi Pompeo, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir.

Qeyd olunub ki, Pens, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu Pensin, ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəri olacaq. Lakin dünən Türliyə prezidenti Rəcəb Teyyub Ərdoğan Pens və Pompeo ilə görüşməyəcəyini bildirib.

Dünən isə kürdlərlə anlaşma çərçivəsində Suriya ordusu 5 ildən sonra Rakkaya girib. Bununla bağlı yayılan məlumatda bildirilir ki, Suriyanın şimalındakı sözdə kürd muxtariyyətinin Suriya yönətimi ilə anlaşması nəticəsində Əsəd ordusu Rakkaya girib. Kürdlər Suriya ordusunun Türkiyə ilə sərhəddə yerləşdirməki və Türkiyənin hücumlarının qarşısını bu yolla almağa çalışırlar.

ABŞ hərbiçilərinin Rakkanı, Menbiçi və Kobanini tərk etmələrindən sonra Vaşinqtonun Suriyadakı strateji durumunu, o cümlədən siyasi və hərbi durumunu necə şərh etmək olar? Həmçinin Pensin Türkiyəyə səfərindən nələr gözləmək mümkündür. Anlaşma olmazsa, ABŞ-Türkiyə münasibətlərinfə strateji tərəfdaşlığa son verilə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “ABŞ Suriyada güclü kəşfiyyat mövqeləri əldə edib və proseslər barədə kifayət qədər geniş məlumatlara malikdir”.

ABŞ Suriyanı tərk etməklə Türkiyəni Astana prosesindəki müttəfiqləri İranRusiya ilə qarşı-qarşıya qoyduğunu düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, bu ittifaq parçalandıqdan sonra ABŞ istənilən zaman proseslərə yenidən müdaxilə edə bilər:

ABŞ-ın Suriyadan çəkilməsi ilk baxışdan göründüyü kimi heç də onun oyundankənar qalması demək deyil. Əvvəla, ABŞ fövqəldövlətdir, o, heç bir qlobal məsələdən kənarda saxlanıla, diskreditasiya oluna bilməz. Digər tərəfdən, ABŞ Suriyada güclü kəşfiyyat mövqeləri əldə edib və proseslər barədə kifayət qədər geniş məlumatlara malikdir.

Eyni zamanda, onun regiondakı müttəfiqləri, xüsusilə İsrail, Səudiyyə Ərəbistanı, İordaniya və başqa dövlətlər proseslərdə bu və ya digər formalarda iştirak edir. ABŞ Suriyadan çıxmasaydı iki NATO müttəfiqləri- ABŞ və Türkiyə gec-tez burada toqquşa bilərdilər. Bu da Alyansın parçalanmasına gətirib çıxara bilərdi. ABŞ Suriyanı tərk etməklə Türkiyəni Astana prosesindəki müttəfiqləri İranRusiya ilə qarşı-qarşıya qoydu. Bu ittifaq parçalandıqdan sonra ABŞ istənilən zaman proseslərə yenidən müdaxilə edə bilər.

Nəzakət Məmmədova: “Avropa ölkələri Suriyanın hökumət qüvvələrinin NATO üzvü olan Türkiyə ilə birbaşa hərbi əməliyyatlara başlamasından narahatdırlar”.

ABŞ bununla həm də terrorun yeni dalğasına rəvac vermiş oldu. Belə ki, kürdlərin nəzarət etdiyi həbsxanalarda saxlanılan İŞİD üzvləri yenidən silaha sarılaraq bütün dünyada terror fəaliyyətlərini gücləndirə bilərlər.

Avropa ölkələri Suriyanın hökumət qüvvələrinin NATO üzvü olan Türkiyə ilə birbaşa hərbi əməliyyatlara başlamasından narahatdırlar. Aydındır ki, onlar Türkiyəyə yardım etməyəcəklər, neytral qalmaları isə təşkilatın nizamnaməsinin yenidən pozulması deməkdir. Bu, nəticədə NATO-nun nüfuzunun zəifləməsinə gətirib çıxara bilər. Hər halda, Suriya müharibəsi bütün dünya, o cümlədən NATO təşkilatı üçün bir sınaq oldu və Alyans bu sınaqdan heç də uğurla çıxmadı”.

Vitse prezident Pensin və Dövlət Katibi Pompeonun Türkiyə səfəri barədə PİA.az-a danışan poltoloq hesab edir ki, Pensin Ankara səfəri heç bir nəticə verməyəcək. Vaşinqtonun fikri Türkiyə ilə kürdləri masaya oturtmaq olduğunu bildirən Nəzakət Məmmədova bildirib ki, Ərdoğan terroristlərlə masaya oturmayacağını açıq bir şəkildə dilə gətirir:

“Təbii ki, Pensin səfərində məqsəd “Sülh çeşməsi” əməliyyatı ətrafında müzakirələr aparmaq, əməliyyatların dayandırılmasına nail olmaqdır. Kürdlərin Əsədlə anlaşması ABŞ-ı xoşagəlməz durumda buraxıb və yəqin ki, onlar Türkiyə rəhbərliyi ilə bunları müzakirə edəcək, özlərinin iki müttəfiqi olan kürdlərlə və Türkiyə arasında atəşkəsə nail olmaq iştəyəcəklər. Bunula bağlı daha əvvəl Tramp da açıqlama vermişdi.

Vaşinqtonun fikri Türkiyə ilə kürdləri masaya otutmaqdır. Lakin Ərdoğan bu fikrə heç də isti yanaşmır, terorçularla masaya oturmayacağını və əməliyyatı da durdurmayacağını açıq şəkildə dilə gətirir. Buna görə də demək olar ki, Pensin Ankara səfəri heç bir nəticə verməyəcək. Lakin buna görə də ABŞ-la Türkiyə arasında strateji tərəfdaşlığın ortadan qalxacağını söyləmək hələ çox tezdir.

Hər şeydən əvvəl “Sülh çeşməsi” əməliyyatının doğuracağı siyasi və geosiyasi nəticələrin ortaya çıxmasını gözləməliyik. Yalnız bundan sonra ABŞ-la Türkiyə arasında strateji tərəfdaşlığınən taleyi barədə nəsə demək mümkün olar.

Ola bilər ki, “Sülh çeşməsi” əməliyyatının doğuracağı siyasi və geosiyasi nəticələri ABŞ-la Türkiyə arasında tamailə yeni bir tərəfdaşlıq platforması formalaşdırsın. Hazırda onu demək olar ki, Türkiyənin başlatdığı “Sülh çeşməsi” əməliyyatı Suriyada tamailə yeni bir platforma formalaşdırmaqdadır. Bu platformanın necə şəkillənəcəyini isə əməliyyat bitdikdən sonra görəcəyik”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar