Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ senatorunun “biz olmasaq, Səudiyyə Ərəbistanı farsca danışmağa məcbur qalar” sözünə İrandan təpki

ABŞ senatoru Lindsi Qrem Səudiyyə Ərəbistanına, daha doğrusu, onun vəliəhd şahzadəsi Məhəmməd bin Salmana (MBS) qarşı olduqca sərt mövqe sərgiləyən siyasətçilərdən sayılır

Bəzi siyasi müşahidəçilərin ABŞ Senatının bu mövqeyinin Səudiyyə Ərəbistanı ilə münasibətlərə zərər vuracağı barədə verilən ehtimallara Lindsi Qrem hələ keçən həftə FOX News kanalında belə cavab vermişdi:

“Əgər biz olmasaydıq, Səudiyyə Ərəbistanı bir həftə içində farsça danışmağa başlamağa məcbur qalar. Bizim onlara ehtiyacımız olduğu qədər onların da bizə ehtiyacı var”.

L.Qremin bu sözlərinə isə İrandan sərt təpki gəlib. Iran xarici işlər naziri Cavad Zərif “bir müsəlman və bu coğrafiyada yaşayan insan olaraq senator Qremin açıqlamasından utanc hissi keçirdim”,- deyə cavab verib.

Cavad Zərif İranın “Mehr” agentliyinə verdiyi müsahibədə ABŞ və Qərb dünyasının əvvəlki güclərini itirdiyini iddia edib. Onun fikrincə super güc dövrü artıq geridə qalıb. “Bu isə bizim xeyrimizədir. Cənab Tramp bir yandan ABŞ-ın hərbi büdcəsinin bütün düyanın müdafiə xərclərindən çox olduğunu deyir, digər yandan isə başqa dövlətlərə İranla əməkdaşlıq etməməsi üçün nümayəndələr göndərərək hədələyir. Bu da ABŞ-ın gücünü zəiflədiyini nişanəsidir”-deyə iranlı nazir qeyd edib.

İrandakı daxli siyasi çəkişmələrə də toxunan Cavad Zərif xarici siyasətin fərqli siyasi görüşlərin ziddiyyətə düşdüyü sahə olmaması gərəkdiyini söyləyib.

“Düşmənlərimiz üçün İranda kimin prezident və ya nazir olmasının bir fərqi yoxdur. Onlar İran dövlətinin varlığını qəbul etmirlər”,-deyə Cavad Zərif söyləyib.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar