Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ senatorları Çinin koronavirus ittihamına cavab verdilər

ABŞ-ın dörd respublikaçı senatoru Çini koronavirusun qarşısını ala bilməməsini ört-basdır etmək məqsədilə bu virusun mənşəyi barədə dezinformasiya yaymaqda ittiham edib...

Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olan millət vəkilləri bildirirlər ki, Çin Komminist Partiyası (ÇKP) rəsmiləri və dövlət mediası virusun Uhan şəhərinə guya məhz ABŞ ordusu tərəfindən gətirildiyinə dair iddiaları yayırlar.

Koronavirus epidemiyası ötən ilin dekabrında Çinin məhz bu şəhərindən başlanıb.

Senatorlar Cim Risç, Con Barrasso, Marko Rubio və Cori Gardnerin martın 16-da verdikləri bəyanatda deyilir:

“ÇKP-nin dezinformasiyası göstərir ki, bu partiya öz reputasiyasını beynəlxalq icmanın mənafeyindən həmişə üstün tutacaq. Bu, qlobal bir liderlik deyil”.

Risch Senatın Xarici Əlaqələr Komitəsinin sədridir.

O deyib ki, Çin hələ dekabrın əvvəllərində yeni koronavirus ştammı COVID19-un ölümcüllüyünü və sürətli yayılma qabiliyyətinə malik olduğunu bilsə də, bu barədə danışan həkim və jurnalistləri susdurub.

Bəyanatda deyilir ki, hətta bu xəbər faş olduqdan sonra da Çin Kommunist Partiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu xəstəliyi tədqiq etməli olan üzvlərinin ölkəyə daxil olmasını həftələrlə ləngidib.

Senatorların bəyanatında bildirilir ki, “bütün bu yanlış addımlar bugün planetin üzləşdiyi ciddi situasiyanın yaranmasında rol oynayıb”. (azadliq.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar