Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Senatı İsrailə Çinlə bağlı xəbərdarlıq edib

ABŞ Senatının Silahlı qüvvələr üzrə komitəsində 2020-ci il hərbi büdcəsi ilə bağlı qanunvericilik layihəsinin müzakirəsi zamanı İsrailin Hayfa limanını Çinə icarəyə verməsindən narahatlıq ifadə edilib və rəsmi Tel-Əvivə xəbərdarlıq olunub

Bəhs olunan xəbərdarlıq Milli Müdafiə Səlahiyyəti adlanan sənəd layihəsində (NDAA) də öz əksini tapıb.

Sənədin 1289-cu bölümündə İsraillə bağlı olaraq “ABŞ-ın Hayfa limanında gələcəkdə dəniz birliklərini yerləşdirmə məsələsində planları olduğu, bu səbəbdən də limanın icarəyə verilməsinin doğru olmadığı bildirilib. Bundan başqa “Senat İsrail hökumətinə xarici sərmayənin təhlükəsizliyinin təmin olunması məsələsində xəbərdarlıq edilməsi qənaətindədir”, - cümləsinə yer verilib.

Anadolu agentliyinin xəbərinə əsasən, bəhs olunan hüquqi aktdakı müddəa Hayfa limanının Çinə aid “Shanghai International Port Group”a 2021-ci ildən etibarən 25 illiyə icarəyə verilməsi barədədir.

Qeyd olunur ki, hələ bu ilin mart ayında ABŞ prezidenti Donald Tramp da baş nazir Benyamin Netanyahuya İsrailin Çinlə ticari əlaqələrini dərinləşdirməsinin ABŞ-ın mənafelərinə zidd olduğu barədə fikrini ifadə etmişdi. Bu məsələdə prezidentin milli təhlükəsizlik məsələləri üzər müşaviri Con Bolton və dövlət katibi Maykl Pompeonun da İsrail rəsmilərinə təzyiq göstərdiyi gələn xəbərlər arasındadır.

Baş nazir Benyamin Netanyahu isə hələ 2018-ci il oktyabrın 22-də Çin Xalq Respublikasının sədri Si Tzinpinin müavini Van Tsişanla Qüdsdə təşkil olunan iqtisadi zirvə toplantısında iki ölkə aradında sərbəst ticarət haqqında sazişin imzalanacağını söyləmişdi.

Hüquq ekspertləri Hayfa limanının Çin şirkətinin burada tikinti işlərinə başlaması səbəbindən ABŞ tərəfindən geri alınmasının mümkün olmadığını bildirirlər.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü

Ən çox oxunanalar