Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Səfirliyinin terror xəbərdarlığındakı müəmma – Niyə “Abşeron J.W. Marriott”?

İlham İsmayıl: “Səfirliyin terrorla bağlı xəbərdarlığı ciddi informasiyaya əsaslanmasa yayılmazdı”.

ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı ilə bağlı bəyanat yayıb. Həmin bəyanatda deyilir:

Abşeron J.W. Marriott” kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib. Səfirliyin rəsmi saytına yer alan bəyanatda ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.
- Kütlənin çox olduğu yerlərdən yayının.
- Öz profilinizi büruzə verməyin.
- Ətrafınızdan xəbərdar olun.
- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.
- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Musavat.com bildirir ki, bir neçə gün əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq etmişdi.

Həmin xəbərdarlıqda deyilirdi:

-Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər. Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən və terror əməllərini həyata keçirən dövlətdir. Hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edir. Vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 405 99 99 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq mühafizə orqanlarına bildirmələri xahiş olunur. Eyni zamanda son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və diplomatik heyəti, diaspora təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.

Görünən odur ki, DTX-nın və ABŞ səfirliyinin bir neçə gün fərqlə yaydığı xəbərdarlıqlar üst-üstə düşür. Lakin yeganə fərq ABŞ səfirliyinin bəyanatında konkret obyektin - “Abşeron J.W. Marriott” otelin adının qeyd edilməsidir.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl musavat.com əməkdaşına bildirib ki, hələ 26 sentyabrda, yəni müharibə başlamazdan əvvəl ABŞ səfirliyi Bakını tərk etməmək haqqında öz vətəndaşlarını xəbərdar etmişdi və bu, təbii ki, müəyyən informasiyalara əsaslanırdı. “Göründüyü kimi elə səhərisi gün - 27 sentyabrda bütün cəbhə boyu müharibə başladı. İndi də səfirliyin terrorla bağlı xəbərdarlığı ciddi informasiyaya əsaslanmasa yayılmazdı. Ümumiyyətlə, zaman-zaman ABŞ və Qərbi Avropa ölkələrinin istər bizim ölkə, istərsə də başqa ölkələrlə bağlı təhlükəsizlik xəbərdarlıqları konkret informasiyalara əsaslanır. Diqqətinizə çatdırım ki, hələ bir neçə gün əvvəl DTX-nın da terror təhlükəsi ilə bağlı vətəndaşlara müraciəti, xəbərdarlığı müəyyən informasiyalar olmasa əhaliyə çatdırılmazdı” – deyə ekspert bildirib.
Deyib ki, ABŞ səfirliyinin konkret olaraq “Mariott Abşeron”otelini hədəf kimi göstərməsindən bir sıra məntiqi nəticələr çıxarmaq mümkündür:

1. Çəkindirici gedişdir. Hədəfin məhz bu otel olduğu barədə dəqiq informasiya var və terroru hazırlayanlar bir növ xəbərdar olunur ki, konkret informasiyaya malikik və səlahiyyətli orqanlar əks tədbirlər planına hazırdırlar.

2. Bir otelin simasında bu tip ictimai yerlərdən uzaq durmaq haqqında yalnız öz vətəndaşlarını deyil, hər kəsi xəbərdar edirlər, o cümlədən təhlükəsizlik orqanlarını.

Hesab edirəm ki, birinci variant daha ağılabatandır və konkret informasiyaya söykənir. Belə məlumatların dəqiq olmasının bir neçə mənbədən yoxlanılmasında problemlər olduqda, hətta ehtimalı aşağı olsa belə açıq xəbərdarlıqlar edilməsi məqsədəuyğun hesab edilir.
Bu ehtiyat tədbirlərinin görülməsi həm də erməni terrorçularının keçmiş fəaliyyətinə əsaslanır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar