Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ seçkiləri yaxınlaşarkən... - Kasıb yəhudi bu dəfə amerikalıların prezidenti ola biləcəkmi?

Böyük ehtimalla Tramp ictimaiyyətdən aldığı dəstəklə rəqiblərini silib, yenidən Respublikaçılar Partiyasının namizədi ola biləcək... Bəs Trampı silməyə yeni sol dalğanın gücü yetəcəkmi?..

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 29 iyul 2019-cu il

Amerikada prezident seçkilərinə az qalıb. Namizədlər də yavaş-yavaş məlum olur. Hələ ki, Respublikaçıların sıralarında bir canlanma müşahidə edilməyib. Trampdan narahat olan Respublikaçılar başqa bir namizəd irəli sürə bilərlərmi? Yoxsa Tramp ictimaiyyətdən aldığı dəstəklə rəqiblərini silib, yenidən Respublikaçılar Partiyasının namizədi ola biləcəkmi?

Ən böyük canlanma Demokratlar Partiyasında baş verir. Keçən seçkilərdə Hilari Klinton ilə rəqabət aparmış və məğlub olmuş olsa da, gözlənilməz şəkildə dəstək qazanan, Vermont senatoru, “liberal-sosialist” Berni Senders yenidən səhnədədir. Sözün düzü, Sendersin keçmişi xeyli təmizdir və heç bir səhvi olmayıb. O, ailə böyüklərini Nasist düşərgələrində itirmiş bir yəhudidir. Yəni sadə bir həyatı var. Ailə həyatı da kifayət qədər düzgündür. Gənclik dövründən bəri solçudur. Universitet həyatı ərzində müharibə əleyhinə olan bir aktivist kimi fəaliyyət göstərib.

Senders artıq tamamilə “solçu”luğun mədəni həssaslıqlarına malikdir. O, cinsiyyətçi və mədəni ayrı-seçkilik salan çevrələrə qarşı çıxır. “Bir müsəlman heç vaxt ABŞ prezidenti ola bilməz”, deyən radikal sağçı Ben Karsona verdiyi ağır cavab hələ də xatırlanır. Tulsi Qabbard kimi açıq və radikal kürdçü olmasa belə, kürdçü hərəkatlara meyilli olduğunu başa düşmək çətin deyil. Senders, həmçinin, gender bərabərliyini və homoseksualların hüquqlarını da müdafiə edir. Çox mədəniyyətli olmağı və ətraf mühiti iqtisadi maraqlardan üstün tutur. Lakin buna baxmayaraq, keçən seçkilərdə feministlərdən çox da dəstək ala bilməmişdi. Çünki məhz qadın prezident istəyən feministlər Sendersi Hilari Klinton qarşısında tək buraxmışdılar.

Yeni sol dalğanın mədəni təsirləri Demokratlar Partiyasının yeni namizədləri arasında xeyli yayılıb. Kamala Harris, Elizabet Uarren kimi qadın namizədlər də Senders kimi Trampın ətraf mühit əleyhinə olan siyasətlərini rədd edirlər.

Bununla yanaşı, Senders kulturanın şəhvətinə qapılmır. Artıq yeni solun arxaik hesab etdiyi konkret iqtisadi və sosial məsələlərə daha çox üstünlük verir və praktiki uğurları da var. 1981-ci ildə Birlinqton Bələdiyyə sədri ikən yoxsulları evlə təmin etmək üçün bir layihə də həyata keçirmişdi. Ən çox diqqətimi çəkən tərəfi isə seçki kampaniyasında böyük şirkətlərdən pul yardımı gözləməməsi idi. O, aşağı, amma təmiz bir büdcə ilə kampaniyasına davam edir. ABŞ üçün həqiqətən də yeniliklər istəyir. Həm də, Obamanın ortaya atıb, sübut edə bilmədiyi “yenilik” şüarını, “əsl yenilik” olaraq yenidən təqdim edir.

Ən başda da sığortasız amerikalı yoxsullar üçün dəhşətli olan səhiyyə sistemini dəyişdirmək istəyir. “Universal Healthcare” adlandırdığı bir sistem vasitəsilə pulsuz sağlamlıq xidmətlərinin tətbiq olunmasını tələb edir. Bu, Obamanın cəhd edib, bacara bilmədiyi bir sistem modelidir və ABŞ standartları üçün bir inqilab sayıla bilər. Senders bu məsələ ilə bağlı içində Türkiyənin də olduğu dövlətləri misal çəkib. Həmçinin, ABŞ-da tamamilə kommersiyalaşmış və oxuyan gəncləri ağır borc yükü altına salan təhsil sistemində də islahat apara biləcəyini, həmçinin, məzun olmuş gənclərin yeni həyata ağır borclarla başlamasına səbəb olan və “college loan” adlandırılan borcların ləğv ediləcəyini bildirir. Özəl həbsxana sisteminə qarşı çıxır, artıq həddini aşan gəlir bərabərsizliyini də tənqid edir və minimal əmək haqqını da artırmaq istəyir. Bu qeyri-insani sistemin ortaya çıxmasında əsas günahkar kimi neft və dərman sənayesinin böyük şirkətlərini və “Wall Street”-i göstərir.

Senders, çox qazanandan çox, az qazanandan isə az alan bir vergi sistemini müdafiə edir.

O, həmçinin, iqtisadi və sosial məsələlərə üstünlük verərkən artıq keçən seçkilərdə olduğu kimi tək deyil. Harvardda hüquq müəllimi olan və Obamanın komandasından Elizabet Uarren yeni Demokratlar Partiyası namizədlərinin öz aralarında müzakirə etdiyi son TV verilişində göstərib ki, o, iqtisadi və sosial baxışlarına görə heç də Sendersdən geri qalmır.

Berni Senders bir yəhudidir. Sosialist düşüncələri dindən uzaq olmasına yol açsa da, əlaqələrini tamamilə qoparmayıb. Bəlkə də, o, deist bir yəhudidir. Gənclik illərində o, sionist təşkilatlarda və İsrail qurulandan sonra kibbutzlarda (İsraildə kollektiv təsərrüfat) işləməkdən geri qalmayıb. O, yəhudiliyi bir inancdan çox, mədəni bağlılıq kimi qəbul edir. Üstəlik, yəhudilik onun dünya siyasətinə olan baxışlarını formalaşdırıb.

Orta Şərqlə bağlı çıxışını dinlədim. ABŞ-ın İraqa etdiyi müdaxiləyə yox, deyən və ABŞ-ın dünyanın jandarmı olmadığını deyən Senders İsrailin əsas siyasətlərinə qarşı çıxarkən belə tamamilə müstəqil düşünə bilmir. Çünki mərkəzə tez-tez İsrailin təhlükəsizliyini qoyur. Fələstinlilərin hüquqlarını və iki dövlətli həll yolunu müdafiə edərkən belə, bunu İsrailin təhlükəsizliyini üçün istədiyini bildirir. Təklifi isə budur ki, səudiyyəlilər vəziyyətə müdaxilə etsinlər və İsrail-Fələstin arasında sülh yaratsınlar. Görünür, Tramp-Kaşner cütlüyünün dediyi və etdiyi şeylər də bundan fərqli deyil.

Əgər qarşıdakı seçkilərdə Tramp-Senders cütlüyü ortaya çıxsa, buna nə demək olar? Bu, tipik sağ və sol populizm cütlüyü olacaq və böyük ehtimalla, Tramp qalib gələcək. Amma mənim fikrimcə, Uarren və Senders kimilərin səs-küyü azalandan sonra, təcrübəli, nizamlı və sağlam düşüncəli bir lider kimi görünən Con Biden rəqiblərinin arasından çıxacaq və namizəd olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar