Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ seçkiləri Rusiya qarşısında hələ də müdafiəsiz vəziyyətdədir...

2020-ci il seçkilərinə start verilməsinə 5 aydan az müddət qalıb, lakin seçki təhlükəsizliyi hələ də sual altındadır...

Clark MİNDOCK
“The Independent” qəzeti, ABŞ, 30 sentyabr 2019-cu il

2020-ci il seçkilərində ilk səslərin verilməsinə 5 aydan az bir müddət qalıb. Buna görə də, seçki təhlükəsizliyi üzrə mütəxəssislər xəbərdarlıq edir ki, Senatın son anda yaratmaq istədiyi seçki təhlükəsizliyi fondunu kifayət qədər yetərli hesab etmək olmaz. Rusların 2016-cı il seçkilərinə müdaxiləsindən sonra Konqress seçki təhlükəsizliyini t\min etmək və təhlükəasizliyi artırmaq üçün hərəkətə keçib. Seçki təhlükəsizliyi mütəxəssislərindən bəziləri isə hesab edir ki, bu cəhdlər edilə biləcək ən minimal səviyyədədəir.

Əgər federal büdcə ilə bağlı bir razılaşma əldə olunmasa, ayın sonunda hökumətin fəaliyyətinin dayanması ehtimalına qarşı ştatlara seçki strukturu məsələsində yardım edilməsi üçün Tramp Adminstrasiyasına 250 milyon dollarlıq büdcə ayrılacaq. Senatdakı “Demokratlar” da bu məsələdə Respublikaçı həmkarlarına təzyiq göstəriblər.

Bu tənqidlər ortaya atılarkən susmağa üstünlük verdiyi üçün “Moskva Miç” adlandırılan və Senatdakı “Respublikaçı”ların lideri olan Miç Mekkonel də dəyişikliyə işarə edib. Senat Qrantları Komitəsi səsverməyə hazırlaşarkən Mekkonel verdiyi açıqlamada bildirib: “Bu dəyişikliyin inkişafına yardım etmək və dəyişikliyi təqdim edən komitədə yer almaq mənim üçün çox qürurvericidir”.

Lakin seçki təhlükəsizliyi mütəxəssisləri bildirir ki, 2016-cı ildə rus kəşfiyyatı Donald Trampın Ağ Evi qazanmasına kömək edəndən bu yana görülən tədbirlər bu problemi həll etmək üçün həyata keçirilir.

Bir tərəfdən də xüsusi prokuror Robert Müller, ABŞ kəşfiyyat rəhbərləri və dövlət üçün çalışan bir çox oyunçular müxtəlif yollarla seçkilərə təsir edərkən, Rusiyanın da 2020-ci seçkilərinə müdaxilə edə biləcəyini istisna etmək olmaz. Bununla yanaşı, mütəxəssislər bildirir ki, Amerikanın müdafiə vasitələri hələ kifayət qədər mükəmməl deyil.

Stanford Universitetinin Beynəlxalq Təhlükəsizlik və Ortaqlıq üzrə Mərkəzində çalışan, milli təhlükəsizlik və ABŞ seçki sistemi üzrə mütəxəssis Endru Qrotto “The Independent”ə verdiyi bəyanatda: “Görülən tədbirlər kifayət deyil”, deyib.

Qrotto qeyd edib ki, təhlükəsizlik mütəxəssislərinin vəzifələri baxımdan heç bir anlaşılmazlıq yoxdur, sadəcə olaraq ABŞ yeni struktura investisiya qoymalı və nəticələri yoxlanılayaraq əmin olmalıdır. Lakin ölkənin demokratik sistemini qorumaq qədər sadə bir prosesdir və bu milli siyasətçilər üçün mübahisəli bir məsələyə çevrilib. Qrotto bunun çox sinir pozucu olduğunu düşünür:

“Bəllidir ki, daha çox investisiyaya ehtiyac var. Bu məsələdənin ən uğursuz tərəfi odur ki, problem iki partiya daxilində ideoloji çəkişmələrə səbəb olub”.

Ümumi seçki təhlükəsizliyi büdcəsi 2018-dən bu yana bu ay qəbul edilən fondla birlikdə təxminən 600 milyon dollar dəfə artıb və Tramp adminstrasiyasına da əyalətlərə fond ayırmaq imkanı yaradıb. Bu mərkəzləşdirilmiş sistemlər ABŞ-da ştatlara və rayonlara görə müxtəliflik göstərə bilir.

Mərkəzi olmayan bir seçki sistemi şəbəkəyə təsir edən kiber quldurluğa qarşı müdafiə mexanizmi yaradarkən, yenə də konkret bir mövqe göstərilməməsi narahatlıq doğurur. Məsələn, Virciniya ştatının Uilyamsburq rayonunda 2018-ci il seçkilərində istifadə olunan seçki sistemi 15 illik praktikaya əsaslanırdı və təhlükəsizlik baxımından çox da etibarlı deyildi. Həmçinin, 14 ştatda bəzi seçicilər səsvermədən yenidən sayma imkanından məhrum qalıblar və beləliklə, rəqəmsal manipulyasiya yaradan aparatlar vasitəsilə səs veriblər.

Mütəxəssislər qeyd edir ki, xarici və ya yerli partiyaların yaratdığı ümumi dezinformasiya kampaniyaları kimi, digər bir çox problemlər 2020-ci il seçkilərini müdafiəsiz hala gətirir.

“Common Cause” adlı aktivist qrupun rəhbəri olan Karen Hobert Flin də bildirib ki, Mekkonelin fondu dəstəkləmək qərarı doğru bir addımdır, lakin problemi həll etmək üçün nəyin vacib olması məsələsində hələ də kifayət qədər güclü deyil.

Flin əlavə edib: “Ölkə miqyasında seçki sistemlərinin təhlükəsizliyi rus kəşfiyyatları tərəfindən təhdid edilib və hücumlar bu gün də davam edir”.

“2020-ci il seçkiləri yaxınlaşdıqca bu hücumlar və digər düşmən qüvvələrin hücumları artmağa davam edəcək. Nəğd pul tapa bilməyən yerli seçki nümayəndələrin ciddi şəkildə federal yardıma ehtiyacları var. Federal hökumət ştatların və yerli rəhbərliyin seçki sistemlərini xarici kiber hücumlardan qorumaq üçün addım atmalıdır”.

Əsas seçki 3 noyabr 2020-ci ildə keçiriləcək, lakin amerikalılar səsverməyə 2 fevralda “Demokrat” namizədi seçmək üçün Ayovadakı seçki ilə başlayacaqlar.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar