Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ seçkiləri: Koronavirus Trampın əsas rəqibinə çevrilir...

Koronavirusun ciddi problemləri ortaya çıxardığı ABŞ-ın dövlət və səhiyyə sistemində hansı dəyişikliklərə yol açacaq?..

Politoloq: “ABŞ pandemiyanın nəticələrini həmin vaxta qədər tam aradan qaldıra bilməzsə, koronavirus məsələsi prezident seçkilərinə təsir edə bilər”.

“Əgər Sanders vaxtında geri çəkilməsəydi, yəqin ki, ABŞ-dakı 3 noyabr seçkilərinin qalibi o, olardı. Lakin görünən odur ki, mübarizə Tramp və Bayden arasında baş verəcək”.

Bu sözləri politoloq Nəzakət Məmmədova koronavirusun ümumilikdə ABŞ dövlət və səhiyyə sistemində nələrin dəyişməsinə yol açacağını PİA.az-a şərh edərkən qeyd edib.

Pandemiyanın ilkin dönəmində ABŞ-da o qədər təsirli olamayan koronavirus indi dünyanın supergücünü sözün həqiq mənasında məğlub edib. Trampın əldə etdiyi iqtisadi uğurlar isə yerlə bir olub. Analitiklərin fikrincə pandemiya ABŞ iqtisadiyatına çox güclü zərbə vurub və pandemiyadan sonra işsizlik pik həddə çata bilər.

Xüsusilə koronavirus ABŞ səhiyyəsinin faktiki olaraq iflasını ortaya qoydu və məlum oldu ki, ABŞ-da səhiyyə ilə bağlı tamamilə qeyri-humanist bir vəziyyət hökm sürür. Bundan əvvəlki seçkilərdə Tramp "hər kəs üçün səhiyyə" şüarına qarşı çıxaraq, hakimiyyətə həldikdən sonra Obamanın səhiyyə sistemində islahatlar barədə verdiyi qanunu ləğv etmişdi.

Xatırladaq ABŞ-da dövlət xəstəxanaları fəaliyyət göstərmir və vətəndaşlara pulsuz tibbi yardım göstərilmir. ABŞ-ın 44-cü prezidenti Barak Obama səhiyyə sisteminin bütün vətəndaşlara əlçatanlığını təmun etmək üçün dövlət tərəfindən səhiyyə sığortasının verilməsi ilə bağlı qanun imzalamışdı. Bu qanun Trampın və mühafizəkar Respublikaçıların ciddi tənqidinə məruz qalmışdı və Tramp hakimiyyətə gəldikdən sonra həmin qanunun icrasını dayandırmışdı.

Lakin zaman göstərdi ki, Obama ABŞ-ın səhiyyə sisteminin hər bir amerikalı üçün əlçatan olmasının təmin edilməsinin zəruriliyindən danışırkən çox haqlıydı. Çünki koranavirusun ABŞ-da bu miqyasda yayılmasının və rekord itkilərə yol verilməsinə səbəb məhz ABŞ-da səhiyyə sisteminin hər kəs üçün əlçatan olmaması ilə əlaqədar oldu. Epidemiyanın ilk günlərində tibbi sığortası olmayan insanlar ya xəstəxanaya müraciət etmədi, ya sa onlara xəstəxanalar onlara xidmət göstərməkdən imtina etdi. Bu isə isə çox acınacaqlı bir nəticə ortaya çıxardı. İndi ABŞ-da virusa yoluxanların sayı 1 milyonu, ölənlərin sayı isə 50 mini ötüb.

Qeyd edək ki, Demokratlar pandemiyanın rekord miqyasda yayılmasına görə Trampı, Tramp isə öz növbəsində dolayısı ilə səhiyyə nazirini günahlandırır. Bütün hallarda nəticə düş1ndürücüdür və bir çox analitiklərə görə səhiyyə sistemində baş verənlər yaxın gələckdə ABŞ dövlət sistemlərinin dəyişməsinə səbəb olmaqla yanaşı, payızda keçiriləcək prezident seçkilərinə də təsir edəcək.

Koranavirusun ABŞ-da payızda keçiriləcək seçkilərdə rolu və təsiri baradə nə demək olar? Səhiyyə ilə bağlı ABŞ-da yaranmış vəziyyət Trampın seçkilərdəki mövqelərini sarsıdırmı və koronavirus ümumilikdə ABŞ dövlət sistemində nələrin dəyişməsinə yol açacaq?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “ABŞ-dakı prezident seçkiləri hər zaman olduğu kimi qızğın debatlarla müşahidə olunacaq və hesab esirəm ki, növbəti prezidentin kim olmasına koronavirusun nəticələri böyük təsir göstərəcək”.

Baydenin Trampı koronovirus pandemiyasını bəhanə edib seçkiləri təxirə salmaq cəhdində ittiham etdiyini xatırladan politoloq PİA.az-a açıqlamaslnda bildirib ki, Tramp ənənəvi brifinqində bunu təkzib edib və bildirib ki, seçkilər öz vaxtında - noyabrın 3-də keçiriləcək:

“Bildiyimiz kimi ABŞ-da hal-hazıra qədər olan dövrdə 1 milyondan artıq yoluxma faktı qeydə alınıb ki, onlardan 60 minə yaxını ölümlə nəticələnib. Bu, ABŞ kimi səhiyyəsi inkişaf etmiş ölkə üçün çox ağır, sarsıdəcı haldır. Ağ Ev rəhbərliyi bunu müxtəlif səbəblərlə izah etməyə çalışır, gah Ümumdünya Səhiyyə Təşkilatının üzvlük haqqını dayandırır, gah ABŞ səhiyyə naziri Aleks Azarın istefası gündəmə gətirilir, gah Çinin göndərdiyi koronavirus testlərinin keyfiyyətsiz olduğu bildirilir və s. Bu barədə Ağ Evin iqtisadi məsələlər üzrə müşaviri Piter Navarro bəyan edib. ABŞ Ümumdünya Səhiyyə Təşkilatına göndərdiyi pulları bundan sonra vətəndaş cəmiyyəti institutlarına yönəltməyi planlaşdırır.

ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyi olan USAİD bundan sonra həmin vəsaiti beynəlxalq səhiyyə proqramlarının icrasına yönəldəcək. Əslində bu, bəlkə də anlaşılan qərardır. Çünki yuxarıda qeyd etdiyimiz kimi ən çox yoluxma halları elə ABŞ-da qeydə alınıb və dünyadakı indiki vəziyyət ÜST-nin o qədər də məsuliyyətli davranmadığı, dünya ölkələrini təhlükə barədə vaxtında xəbərdar etməməsindən irəli gəlir.

Koronavirusun seçkilərə təsirinə gəlincə, bildiyimiz kimi Bayden Trampı koronovirus pandemiyasını bəhanə edib seçkiləri təxirə salmaq cəhdində ittiham etmişdi. Halbuki, ABŞ qanunlarına görə prezident təkbaşına belə bir qərar ala bilməz və bunu Konqreslə razılaşma əsasında etməlidir. Tramp bir neçə saat öncəki brifinqdə bunu təkzib edib və bildirib ki, seçkilər öz vaxtında - noyabrın 3-də keçiriləcək.

Nəzakət Məmmədova: “Trampın əhali arasında nüfuzu koronavirusun ABŞ üçün ağır nəticələrindən sonra xeyli zəifləyib”.

ABŞ pandemiyanın nəticələrini həmin vaxta qədər tam aradan qaldıra bilməzsə, koronavirus məsələsi prezident seçkilərinə təsir edə bilər. Trampın ən güclü rəqibi Bayden qalib gələ bilərdi, əgər yaş məsələsi və onun öz partiyasında ona böyük etimadsızlıq olmasa idi. Trampın əhali arasında nüfuzu koronavirusun ABŞ üçün ağır nəticələrindən sonra xeyli zəifləyib.

Hazırkı reytinqlərdə əhali demək olar ki, yarıya bölünüb. Əhalinin yarısı Trampı dəstəkləyir, digər yarısı isə hakimiyyətin mübarizəsinin effektiv olmadığını düşünür. Əgər Sanders vaxtında geri çəkilməsəydi, yəqin ki, ABŞ-dakı 3 noyabr seçkilərinin qalibi o olardı. Lakin görünən odur ki, mübarizə Tramp və Bayden arasında baş verəcəkdir. Tramp son illərin iqtisadi uğurları fonunda əminliklə qələbə qazana bilərdi.

Lakin ressesiya, koronavirus pandemiyası nəticəsində əhalinin 25 faizinin işsiz olması, iqtisadiyyatın 1/3 azalması onun qələbəsini şübhə altına alır. Bayden isə əksinə, bəyan edir ki, 2008-ci il böhranı zamanı o, Obama Adminstrasiyasında ikinci şəxs olub və böhrandan daha az itki ilə çıxış məhz onun sayəsində baş verib.

Bütün bunlar onu göstərir ki, ABŞ-dakı prezident seçkiləri hər zaman olduğu kimi qızğın debatlarla müşahidə olunacaq və növbəti prezidentin kim olmasına koronavirusun nəticələri böyük təsir göstərəcəkdir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar