Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ sanksiyaları Türkiyəyə necə təsir göstərəcək?..

ABŞ sanksiyaları Türkiyənin müdafiə sənayesi üçün bir təhdiddir...

Erdal Tanas Karagöl
“Yeni Şafak” qəzeti, Türkiyə, 17 dekabr 2020-ci il

ABŞ Rəqiblərinə qarşı Sanksiyalarla Mübarizə Qanunu (CAATSA) çərçivəsində Türkiyənin Müdafiə Sənayesi Rəhbərliyinə sanksiya tətbiq edilməsinə qərar verib. ABŞ-ın tətbiq etdiyi bu sanksiyalar mülayim olsa belə, ortada bir sanksiya olduğu aydın görünür. Bu sanksiyaların Türkiyə üçün bir çox mənası var.

Belə ki, ABŞ administrasiyasının Türkiyəyə sanksiya tətbiq edən “ABŞ-ın Rəqibləri ilə Mübarizə Aparmaq Qanunu” adından da göründüyü kimi, ABŞ-ın artıq Türkiyənin rəqibi olduğunu, yəni strateji ortağı olmadığını göstərir.

ABŞ sanksiyaları bu baxımdan Türkiyənin müdafiə sənayesi üçün bir təhdiddir. ABŞ, beləlikdə, müdafiə sahəsində Türkiyənin digər ölkələrdə, başda da Rusiya ilə müstəqil şəkildə işləməsini qəbul etməyəcəyini dilə gətirir.

ABŞ sanksiyaları həm də onu göstərir ki, yeni enerji nizamında Türkiyənin əsas rola sahib olması və Şərqi Aralıq dənizində öz dəniz sərhədlərini yaratması ABŞ üçün yolverilməzdir.
Görünür, ABŞ bu sanksiyalarla Türkiyənin Şərqi Aralıq dənizində təbii qazı kəşf edən, köçürən və beləcə, enerji ticarətində vacib rol oynayan bir ölkə olmasını istəmir. ABŞ-ın sanksiyaları Türkiyənin Rusiya ilə iş birliyini açıq şəkildə təhdid edir. CAATSA qanunu ilə Türkiyəyə S-400 hava müdafiə sistemlərindən əl çəkməsə, artıq ABŞ-ın düşməni olacağını söyləyir.

Digər tərəfdən, ABŞ sanksiyaları Türkiyənin qonşu ölkələrlə enerji, müdafiə və ticarət sahələrindəki əməkdaşlığına mane ola və bu addımları cəzalandıra bilər. Bölgədə mümkün əməkdaşlıq və yeni inteqrasiya üçün addımlar atıldığı zaman hələlik S-400-lə, yəni Rusiya vasitəsilə gələn bu sanksiyalar daha da aydın görünəcək.

ABŞ-ın tətbiq etdiyi bu məhdud sanksiyalarla yanaşı, zərurət yarandığı təqdirdə iqtisadi sanksiyaların da tətbiq ediləcəyi ilə bağlı bir təhdid var. Daha əvvəl Trampın tez-tez iqtisadiyyatın məhv ediləcəyi ilə bağlı etdiyi təhdidləri artıq yeni sanksiyalarla daha da konkretləşdirmək istəyirlər. Bu sanksiyalarla ABŞ həm də özünü BMT-dən üstün görən və istədiyi dövləti cəzalandıran bir ölkə olduğu göstərməyə çalışır. Başqa sözlə, ABŞ bu sanksiyalarla hər kəsin onun qarşısında baş əyməsini istəyir.

Humanitar inkişaf indeksi açıqlandı
Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı (BMTİP) ölkələrin yeni humanitar inkişaf indeksləri elan edilib. Bu indeks uzun və sağlam bir həyat, məlumat əldə etmək hüququ və məqbul bir həyat səviyyəsi kimi üç əsas prinsipə əsaslanır. Bu, digərləri ilə müqayisədə, dünyanın ən yaxşı bilinən və qəbul edilən inkişaf göstəricilərindən biridir.

BMTİP tərəfindən hazırlanan bu indekslərlə ölkələr çox yüksək, yüksək, orta və aşağı humanitar inkişaf kateqoriyalarına görə təsnif edilir. BMTİP tərəfindən 2019-cu il üçün elan edilən Humanitar İnkişaf İndeksinin hesablanmasında Türkiyə 189 ölkə arasında 54-cü sırada yer alıb. Bu sırada ikinci dəfə “çox yüksək humanitar inkişaf” kateqoriyasına daxil olub.

Humanitar İnkişaf İndeksində Norveç 189 ölkə arasında birinci yeri tutub və 2019-cu ildə də bu yerini qoruyub. Norveçi İrlandiya və İsveçrə, Honkonq və İslandiya izləyir.

BMTİP-də bu il hesablamaya daxil olan iki yeni ünsür də diqqət çəkir. Bunlar ölkələrin karbon dioksid emissiyaları və maddi izləridir. Bu indeksin adı “Planet Təzyiqlərinə Uyğunlaşdırılmış Humanitar İnkişaf İndeksi”dir (GIGE). Təcrübə kontekstindəki bu yeni indeks yoxsulluq və bərabərsizliklərin azaldılması prosesində planetin məhv edilməsi ilə mübarizə aparmaq zərurətini ortaya qoyur.

Buna görə də, BMTİP deyir: “Covid-19 pandemiyası dünyanın üzləşdiyi ən yeni böhrandır, lakin insanların təbiətə verdiyi ziyanlar bitməsə, bu, sonuncu böhran olmayacaq”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: BMTİP Covid-19

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar