Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rusiyanın koronavirusa qarşı peyvəndini bəyənmədi - Keyfiyyətsizdir...

Rusiyanın koronavirus əleyhinə peyvəndi ABŞ-ın bu sahədə apardığı təcrübələrdən belə geri qalır və olduqca az müddətdə testdən keçirilib”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu cümlə ABŞ prezidentinin köməkçisi Kellina Konnuey tərəfindən səsləndirilib.

“Fox News” kanalına müsahibə verən xanım Konnuey Rusiyanın bununla bağlı tətbiq etdiyi standartları sərt şəkildə tənqid edib. O, ABŞ-ın bu məsələdə daha məsuliyyətli davrandığını söyləyib.

“Bizim laboratoriya sınaqlarının 3-cü mərhələsində olan 6 potensial peyvəndə malikdir”,-deyə o bildirib.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp da peyvəndin bu ilin noyabr ayının 3-nə təyin olunan prezident seçkilərinə qədər hazır olacağını vəd edib. Doğrudur bir çox ekspertlər prezidentin bu məsələyə əl uzatmasından heç də məmnun deyillər. Onlar Trampın seçkilər naminə əczaçı şirkətləri tələsdirərək, peyvəndin keyfiyyətinin aşağı düşməsinə səbəb olacağından ehtiyyat edirlər.

Hətta Rusiya əczaçıları da rəsmi Moskvanı bu məsələdə tələsməməyə, peyvəndin qeydiyyatını başqa tarixə ertələnməsini istəyirlər. Onların rəyinə əsasən, Rusiya peyvəndinin hansı keyfiyyətdə olduğu hələ məlum deyil.

Bununla bağlı Rusiyaın Klinik araşdırmalar üzrə təşkilatlar assosiasiyası yazılı şəkildə prezidentə müraciət edib.

Qeyd etmək lazımdır ki, bəhs olunan təşkilata “Bayer”, “AstraZeneca”, “Novartis” kimi iri əczaçılıq firmaları da daxildir. 

Sənəddə Rusiyanın peyvəndlə bağlı sınaqlarında 100 nəfərdən az adamın iştirak etdiyi vurğulanıb. Halbuki 3-cü mərhələdə preparat ən az 1000 nəfərin üzərində sınanılmalı idi. Bu fazada təkcə peyvəndin keyfiyyəti deyil, həmçinin onun zəif immunitetə malik və xroniki xəstəlik daşıyan insanlara təhlükə törədib-tərətmədiyi yoxlanılır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar