Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Qazaxıstanda hakimiyyətin ötürülməsinə necə baxır?

Qarşıdakı 12 ay həlledici olacaq

Lyuk Koffi

The National Interest (ABŞ), 18.03.2019

Enerji resursları Qərbi Avropaya Rusiyanın neft və qazından təhlükəli asılılığı aradan qaldıra bilməkdə yardım edəsi bölgəni təsəvvür edin. İndi isə təsəvvür edin ki, Rusiyanın həmin bu bölgəyə təftişçi iddiaları var, Çin orada öz iqtisadi nüfuzunu gücləndirir… Amerika siyasətçiləri isə ona sadəcə etinasız yanaşırlar.

Bu hansısa xəyali bölgə deyil. Mərkəzi Asiyadır. Qazaxıstan onun mərkəzində yerləşir və son dönəmlər orada baş verən siyasi hadisələr Vaşinqtonda təşviş doğurmalıdır.

Qazaxıstan iqtisadiyyatı zəifləyib və bu prezident Nursultan Nazarbayevə çox böyük siyasi gərginlik gətirir. O, bir neçə ay qabaq öz kabinetini iqtisadiyyata bacarıqsız rəhbərlik etməkdə ittiham edərək açıq tənqid edib, martın sonunda isə tam mənasıyla kabinet üzvlərini istefa verməyə vadar edib.

Bu radikal qərarın həqiqi motivləri o qədər də aydın deyil. Ola bilsin, Nazarbayev, sadəcə, bir çox qazaxların yaşadıqları əsaslı siyasi və iqtisadi narazılıqlara hay vermək qətiyyəti sərgiləyib.

Bundan savayı, 2020-də Qazaxıstanda növbəti prezident seçkiləri keçirilməlidir. Nazarbayevin 78 yaşı var və ölkə 27 il qabaq müstəqillik əldə edəndən bəri onun prezidentidir. Çoxları onun bir də seçiləcəyinə şübhə edir. İstisna deyil ki, Nazarbayev daha bacarıqlı, habelə ona və ailəsinə sadiq yeni nazirlər kabinetini bu səbəbdən təyin etməyi kəsdirib. Əlbəttə, bu habelə ona işarə edə bilər ki, Nazarbayev hakimiyyəti qəsb etməyə və öz ailəsinin onsuz da önəmli iqtisadi və siyasi nüfuzunu daha da gücləndirməyə çalışır.

Kabinetin istefa səbəbləri hər necə olur-olsun, bundan sonra nələr olacağı daha mühümdür.

Siyasi qarışıqlıq Pekinə, ya Moskvaya Astanaya təsiri gücləndirmək imkanı verə bilər. Qazaxıstan Amerikanın Əfqanıstandakı qoşunlarını təchiz etdiyi önəmli nəqliyyat dəhlizi olduğundan isə belə bir qarışıqlıq ABŞ-ın bu ölkədəki fəaliyyətinə birbaşa və dolayı təsir göstərə bilər. ABŞQazaxıstan 11 sentyabrdan sonra ekstremizmə qarşı birgə mübarizə aparır. Amma Qazaxıstan daxili çəkişmələrə cəlb olunsa, artıq mühüm geopolitik problemlərin həllinə faydalı təsir göstərə bilməz. Məsələn, Qazaxıstan Əfqanıstandakı qəliz problemlərin həllinə təkcə nəqliyyat yolları təqdim etməklə deyil, həm də BMT-də dost mövqeyi tutmaqla tənzimləməyə yardım edir.

O habelə məqsədi Suriyada vətəndaş savaşının dayandırılmasından ibarət olan “Astana prosesi”nə başçılıq edir. Bu səylər hələlik heç nəyə gətirməyib, amma fərq etməz, Qazaxıstan tərifə layiqdir.

Bundan başqa, Qazaxıstanın nüvə silahının yayılmamasına diqqətli marağı Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə Tramp administrasiyasının səylərinə tam uyğun gəlir.

Amerika bu səbəblərdən Qazaxıstanda iqtisadi və siyasi dayanıqlığın saxlanmasında maraqlı olmalıdır. Heç bir şübhə yoxdur ki, bu ölkənin təsirli islahatlara son dərəcə ehtiyacı var.

Son illərdə orada dövlət idarəçiliyində müsbət dəyişikliklər baş verir, amma ölkə hökuməti qabaqkı kimi fəal siyasi müxalifətin, ifadə azadlığının və müstəqil KİV-lərin varlığıyla barışmaq istəmir. Birləşmiş Ştatlar Qazaxıstanın dostu olmaqla bunu ona göstərərək elə etməlidir ki, Astana bu tənqidi ədalətsiz adlandıraraq qeyd etməsin.

Aydındır ki, Qazaxıstan siyasi dəyişikliklər dönəminə girib və hakimiyyətin Nazarbayevdən varisə ötürülməsi müddəti tədricən yaxınlaşır. Amma bu hakimiyyət ötürülməsi qanuni olacaqmı?

Siyasi və iqtisadi hakimiyyətin qanunsuz qəsbi bu ölkədə bu gün keçirilən bütün islahatları heçə aparar. Habelə yatırımçıları hürküdər, Qazaxıstanın iqtisadi bəlalarını dərinləşdirər və onun beynəlxalq nüfuzuna ciddi ziyan vurar.

Lakin nəzərə almaq önəmlidir ki, dövləti vicdanla yönəltməyə yol uzundur və bunu bir günə keçmək olmaz. ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld Mərkəzi Assiyada demokratiyanın inkişafından danışaraq qeyd edib: “Onların hansı yöndə hərəkətləndiyini soruşmaq önəmlidir. Daha azad siyasi sistemə doğrumu gedirlər, ya geri hərəkət edirlər?”

Qazaxıstan 1991-də Sovet İttifaqından müstəqillik əldə edərək bütünlükdə demokratik trayektoriya ilə düzgün yöndə hərəkət edir, amma bunu bəzən ilbiz sürətilə edir. Ancaq Qazaxıstan seçkilər astanasında demokratiyadan geri çəkilmək riskinin tam gerçək olduğu siyasi yolayrıcına çıxıb.

Tramp administrasiyasının mili təhlükəsizlik strategiyasında deyilir ki, ABŞ “Mərkəzi Asiya ölkələrinin rəqib dövlətlərin dominantlığına qarşı möhkəm durması, cihadçılar yuvasına çevrilməməsi və islahatları başda tutmasına” can atır.

Birləşmiş Ştatlara iqtisadi, hərbi, energetik və dövlət məsələlərində özünü bölgə lideri kimi göstərən sabit, müstəqil Qazaxıstan gərəkdir.

Qazaxıstanın belə keyfiyyətləri sərgiləmək və demokratiyanın məsuliyyətli inkişafı və hətta Mərkəzi Asiyada da dividend gətirdiyini bütün dünyaya göstərmək imkanı var. Nursultan Nazarbayevin çağdaş Qazaxıstanın böyük qurucu atası kimi tarixə düşmək şansı var. Məsələ bundadır ki, o bu imkandan yararlanacaqmı, ya ailəsiylə birgə daha çox hakimiyyət ələ keçirməyə can atacaq?

Sıradakı 12 ay son dərəcə önəmli olacaq. Və Amerika baş verənləri diqqətlə izləməlidir.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - Video

Ən çox oxunanalar