Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ qanunsuz mühacirləri deportasiya edəcək - İyulun 14-dən

ABŞ hakimiyyəti iyulun 14-dən qanunsuz mühacirlərin kütləvi şəkildə deportasiyası məqsədilə reydlərə başlayacaq

“The New York Times” qəzeti xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Federal Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin əməkdaşları ilkin mərhələdə azı 2 min mühaciri tutaraq ölkədən çıxarmağı planlaşdırır. Reydlər ölkənin 10 iri şəhərində keçiriləcək. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi nəzdində fəaliyyət göstərən Vətəndaşlıq və Miqrasiya Məsələləri üzrə Xidmətin direktoru Ken Kuçinelli hakimiyyətin belə reydlər keçirməkdə israrlı olduğunu deyib.

Ağ Evin hazırkı rəhbərliyi dövründə qanunsuz mühacirlərlə mübarizə – onların ABŞ-a keçməsi cəhdlərinin qarşısının alınması və buna müvəffəq olan şəxslərin deportasiyası prosesi xeyli aktivləşib. Donald Tramp hələ 2016-cı ildə seçkiöncəsi kampaniyasının gedişində daha sərt miqrasiya siyasəti yürüdəcəyini, həmçinin sərhəd nəzarətini gücləndirəcəyi barədə vədlər verib. Onun fikrincə, ABŞ ərazisində sayları 11 milyona çatan qanunsuz mühacirlərin hamısı cinayətkardır. (Azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar