Cümə axşamı, 18 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

ABŞ prezidentliyinə namizəd qondarma erməni soyqırımı və “DQR”i tanımağa çağırdı

ABŞ Konqresinin Havay ştatından üzvü və Demokrat partiyasından prezidentliyə namizəd Tulsi Qabbard qondarma erməni soyqırımını tanıyacağını, habelə Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərində qurulan oyuncaq “DQR”-in “təhlükəsizliyinə” dəstək verəcəyini açıqlayıb

Tulsi Qabbard videomüraciətində 2017-ci ildə Ermənistanı və Dağlıq Qarabağı ziyarət etdiyi üçün verilən imkanlara görə təşəkkür edib. O, “erməni xalqının üzləşdiyi təhlükələrin” fərqində olduğunu söyləyib.

Ermənipərəst konqresmen ABŞ-ın Minsk qrupundakı faəliyyətini daha da gücləndirəcəyini və atəşkəsi pozan tərəfin hərəkətlərinə göz yummayacağını (burda tərəf kimi Azərbaycan nəzərdə tutulub-red.) bildirib.

“Öz avtortetini və bitərəf statusunu qorumaq üçün Birləşmiş Ştatlar Azərbaycanın geri çəkilmədiyi, yalnız Emərnidstandan veriləcək güzəştlərlə (?) hər hansı qətnamənin qəbul olunmasına yol verməməlidir. Ərazi bütövlüyünə hörmət prinsipi ilə yanaşı, xalqların öz müqəddəratını həll etmək hüququnu önə sürməliyik.

ABŞ-ın Erməni milli komitəsinin icraçı direktoru Aram Ambaryan Tulsi Qabbarda erməni əsilli seçicilərə yönəlik bu bəyanatına görə təşəkkür edib.

Qeyd edək ki, Tulsi Qabbard ABŞ-da ziddiyyətli siyasətçilərdən sayılır. O, Suriyada Bəşər Əsədin öz xalqına vəhşiliklər törətməsi zamanı onunla görüşüb və buna görə ciddi tənqidlərlə üzləşib.

ABŞ mətbuatı Tulsi Qabbardı hətta Kremlin Demokrat partiyasındakı namizədi adlandırır.

Bununla bağl saytımızda bu ilin fevral ayının 5-də dərc olunan yazısını oxuya bilərsiniz.

http://musavat.com/news/rusiya-abs-in-demokrat-partiyasi-icinde-oz-adamini-tapib_589715.html.(musavat.com)

pia.az

Şərh yazın.

loading...