Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ prezident seçkiləri və pandemiya: Trampçılar evdə qalmaq istəmirlər...

Prezident seçkiləri ərəfəsində Trampın qalib gəlməsi üçün Baydenə qarşı 10 milyon dollarlıq kampaniya aparılacaq. Hazırlanan reklam filmində Co Bayden “Pekin Bayden” adı ilə etiketlənib...

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 19 aprel 2020-ci il

ABŞ-da koronavirusa yoluxanların sayı 700 minə çatıb. Ölənlərin sayı isə 30 mini keçib. ABŞ mediasında yer alan məlumatlara görə, “sosial məsafə” tədbirləri mart ayında qüvvəyə minəndən bəri təxminən 22 milyon amerikalı işsizlik üçün müraciət edib. Mütəxəssislərin fikrincə, yayın ortalarında işsizlik səviyyəsi 30%-i belə keçə bilər.

Trampın əvvəlcə pandemiyaya inanmaması və sosial məsafə tədbirlərinə şübhəli yanaşması tənqid olunmuşdu. Tramp Çinin virusla mübarizəsini də yüksək qiymətləndirmişdi. Effektiv bir ictimai səhiyyə sistemi olmadığı üçün Amerika demək olar ki, pandemiyanın pəncəsinə düşüb və buna görə də Tramp siyasi cəhətdən çətin vəziyyətdədir. Pandemiyaya görə Amerika iqtisadiyyatında yaranan durğunluq Trampı 2020-ci ilin noyabr ayında keçiriləcək prezident seçkilərində xeyli çətinə salacaq.

Trampın Çinə qarşı göstərdiyi mülayim münasibətini qəfil dəyişdirməsi və həm Çinə, həm də Ümumdünya Səhiyyə Təşkilatına qarşı sərt ittihamlar səsləndirməsi, şübhəsiz ki, seçkiyə görə narahat olması ilə bağlıdır. Trampın sosial məsafə tədbirlərini yumşaltmaq və bununla da, iş həyatını canlandırmaq istəməsi də yenə seçki narahatlığına görədir. Demokratlar isə iddia edirlər ki, tədbirləri vaxtından əvvəl yumşaltmaq daha dağıdıcı nəticələrə gətirib çıxaracaq və iqtisadiyyata daha çox zərbə vuracaq.

Trampı dəstəkləyən media, xüsusən də “Fox News” sosial məsafə tədbirlərinin Demokrat ştat rəhbərləri tərəfindən “ifrat” dərəcədə tətbiq edildiyini göstərən bir siyasət izləyirlər. Amerika cəmiyyəti də kəskin şəkildə qütbləşib. Ölkədə 2 fərqli ictimai fikir mövcuddur: Trampa tamamilə inananlar və Trampa tamamilə şübhəli yanaşanlar.

Trampçılar 2016-ci il prezident seçkilərində Trampa az səs verən ştatları hədəfə qoyublar. Bu ştatlar arasında Demokrat rəhbərlər tərəfindən idarə olunan Minnesota, Miçiqan və Virciniya önə çıxır. Tramp bu rəhbərləri tənqid edən tweet-lər paylaşıb. Respublikaçı qruplar bu ştatlarda “evdə qal” tədbirlərinin yumşaldılması üçün etiraz aksiyası keçiriblər. Digər tərəfdən “Fox News” da nümayişçilərə dəstək olmağa davam edir. Respublikaçı Partiyanın əsas dəstəkçilərindən olan “Koç Ailəsi”nin maliyyələşdirdiyi “Amerikalılar üçün Rifah Qrupu” ilə Mühafizəkar “Miras Fondu” da “evdə qal” təcrübələrinin yumşaldılmalı olduğunu müdafiə edirlər.

Tramp tərəfdarı olan “Öncə Amerika Hərəkatı” (America First Action) adlı bir qrup Demokrat namizəd Co Baydenin Çinə qarşı “rəğbətlə” yanaşdığını iddia edən bir reklam kampaniyası hazırlayıb. Deyilənə görə, bu qrup Miçiqan, Viskonsin və Pensilvaniya ştatlarında prezident seçkiləri ərəfəsində Trampın qalib gəlməsi üçün Baydenə qarşı 10 milyon dollarlıq kampaniya aparacaq. Qrupun hazırladığı reklam filmində Bayden “Pekin Bayden” adı ilə etiketlənib. Tramp tərəfdarı olan propaqanda, əsasən, “Çinə görə” işsizliyin sıx olduğu ştatları hədəf alıb.

Noyabrda keçiriləcək seçkilərdə Demokratlar Partiyasının vitse-prezidentliyinə namizədlik üçün yaradılmış bir siyahı ABŞ mediasında tirajlanıb. Respublikaçıların hədəfində olan Miçiqan ştatının rəhbəri Qreçen Vitmer də bu siyahıdadır. Miçiqan ABŞ-da yoluxma sayına görə 4-cü, ölüm hallarına görə isə 3-cü yerdədir. Bu ştatdan ABŞ Konqresinə seçilən Respublikaçı deputatlar isə Vitmeri iqtisadiyyatın əsas sahələrini yavaşlatmaqda və “evdə qal” tədbirləri ilə bölgədəki xalqın həyatını məhdudlaşdırmaqda ittiham edirlər. Respublikaçılar Partiyasının lideri Ronna Mekdaniel Vitmerin Miçiqanı “polis dövlətinə” çevirdiyini deyərək ittiham edib.

“Fox News”dan Taker Karlson da Vitmerin gördüyü tədbirləri “ağılsız və avtoritar” adlandırıb. Cenin Pirro isə: “Bizi kilsələrdən və sinaqoqlardan uzaqlaşdırmaq istəyirlər. İşə geri qayıtmadığımızdan əmin olmaq istəyirlər. Amerika ruhu çox güclüdür və amerikalılar bunu qəbul etməyəcəklər”, deyib. “Siz insanların kilsəyə, sinaqoqa getməməli olduğunu deyə bilməzsiniz”, deyən Pirro Vitmerə etiraz edən qrupları çoxlu tərifləyib.

Verilən reaksiyalardan da göründüyü kimi, ABŞ-da pandemiya və pandemiya ilə mübarizə artıq siyasiləşib. Pandemiya ilə mübarizə barədə səsləndirilən ziddiyyətli fikirlər sadə amerikalıları çaşdırır. ABŞ prezident seçkiləri də yaxınlaşdıqca, təbii olaraq, bu qarışıqlıq pandemiya ilə mübarizəyə də təsir göstərir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar