Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ ordusunun xüsusi təyinatlıları Bağdadini mühasirəyə alıb

2011-ci ildə bin Ladeni öldürən xüsusi təyinatlılar İŞİD liderini Suriya ərazisində sıxışdırıb

ABŞ xüsusi təyinatlı qüvvələri İŞİD lideri Əbubəkr əl-Bağdadini mühasirəyə alıb. Musavat.com bildirir ki, bu barədə məlumatı İraqın “Əl-Arabi əl-Cədid” qəzeti yerli rəsmilərə istinadən yayıb. Qəzetin xəbərində deyilir ki, İraq ərazisindən Suriyaya daxil olan xüsusi təyinatlı qüvvələr Suriya demokratik qüvvələri ilə birlikdə Suriyanın Deyr əz-Zor vilayətinin Bahoz, Meraşde və Əlbukamal məntəqələri arasında 10 kilometrlik ərazidə Bağdadini mühasirəyə alıb.

Xəbərdə o da bildirilir ki, əməliyyatı 2011-ci ildə əl-Qaidə lideri Usamə bin Ladenin Pakistanın Abbotabat şəhərində xüsusi əməliyyatla məhv edən xüsusi təyinatlı qrupu həyata keçirir. ABŞ qüvvələri Bağdadini sağ olaraq ələ keçirməyə çalışdığı qeyd olunur. Bu səbəbdən də ərazidə hava bombardmanları keçirilmir.

İŞİD lideri çox sirlər bilir və indi onun sağ ələ keçirilməsi ABŞ-ın maraqlarına cavab verir. O da bildirilir ki, ABŞ prezidenti bu əməliyyata xüsusi maraq göstərir və bununla daxil ictimai rəydə nüfuzunun yüksələcəyini düşünür.

Yerli mənbələr isə İŞİD liderinin mühasirədə döyüşə hazırlaşdığını, hətta sağ ələ keçməmək üçün intihar edə biləcəyini bildirir.

Maraqlıdır ki, ötən gün Türkiyə və İraq mediası ABŞ ordusunun Suriyaya 600 hərbçi göndərdiyi haqda xəbər yayıb. Hərbçilər ABŞ-ın Suriyadakı 18 hərbi bazasına yerləşəcək. Artıq amerikalıların Fəratın şərq sahilindəki bazaya çatdığı deyilir.

Xatırladaq ki, ABŞ prezidenti ötən ilin 19 dekabrında ordunun Suriyadan çıxarılacağını elan edib. ancaq ABŞ ordusu Suriyadan tədricən, 3 ay və daha uzun müddətə çıxarıla bilər. İŞİD-ə qarşı əməliyyatlar isə davam edəcək.

Görünür ki, əlavə qüvvələrin gəlməsi Suriyada qalacaq əsgərlərin yenilənməsi və hazırlanan əməliyyatla bağlıdır. İŞİD lideri isə buna qədər bir neçə dəfə “öldürülüb”. Lakin indi görünür, Bağdadinin ələ keçirilməsi Vaşinqtonun xüsusi nəzarətindədir.

1971-ci ildə İraqda doğulmuş Əbu Bəkr əl-Bağdadinin əsl adı İbrahim Avad əl-Bədri əs-Samirrayi olub. İlahiyyat təhsili alıb və Bağdad universitetində doktorluq müdafiə edib, dərs deyib. 2010-cu ildə İŞİD-in əsası hesab olunan əl-Qaidənin İraq qolu və ya İraq İslam Dövləti adlı qruplaşmaya rəhbərlik etməyə başlayıb. Ancaq Suriyada hadisələr başladıqdan sonra Bağdadi əl-Qaidə ilə yollarını ayırır.

2013-cü ilin sonlarında “əl-Qaidə” lideri Əyman Əz-Zəvahiri audio müraciət yayaraq cihadçıları “Ən-Nusra” cəbhəsinə birləşməyə çağırır və onları bu bölgədə bu qruplaşmanın təmsil etdiyini bəyan edir. Bununla da ilk dəfə olaraq İraq-Şam İslam Dövləti adlı qruplaşmanın adı tez-tez səslənməyə başlayır. 2014-cü ilin əvvəlində Suriyanın şimalında İŞİD və “Ən-Nusra” arasında savaş başlayır və digər qruplaşmaları məğlub edən İŞİD Raqqa şəhəri də daxil olmaqla, Suriyanın şimalında neftli torpaqlarla birlikdə böyük bir ərazini nəzarətə götürür. İyun ayında isə ardıcıl olaraq hücumlar edən İŞİD, nəhayət, Mosul şəhərini, o cümlədən Səddam Hüseynin vətəni Tikrit, Fəlluca kimi əyalətləri işğal edir. Bununla da İraqın və Suriyanın 30 faizdən çox əraziləri İŞİD-in nəzarəti altına düşdü. Bu ərazilərdə Dəclə və Fərat çayları, böyük su anbarları, neft yataqları və İraqın ikinci böyük və qədim şəhəri Mosul da vardı.

Mosula daxil olan İŞİD tezliklə özünü “İslam xilafəti” elan etdi, qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadi və ya əsl adı İbrahim Avad əl-Bədri əs-Samirrayi olan şəxs özünü xəlifə elan etdi. Yeni “xilafətin” pul vahidi (dinar), polisi, kəşfiyyat xidməti və digər strukturları quruldu.

Ancaq 2017-ci ildə İraq ordusu Mosulu, ardınca isə Suriyada SDQ və ABŞ qüvvələri İŞİD-in bu ölkədəki mərkəzi Raqqanı ələ keçirdi. Bu dövrdə bir neçə dəfə Bağdadinin öldü xəbərləri yayılsa da, sonradan təkzib olunub. Bir qədər əvvəl isə Bağdadinin sadiq tərəfdarları ilə birlikdə İraqın Anbar əyalətində gizləndiyi bildirilirdi. Onun zaman-zaman İraqSuriya ərazilərinə keçdiyi, yer dəyişdiyi bildirilirdi.

pia.az


Etiket: ABŞ Bağdadi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar