Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Nümayəndələr Palatasının spikeri Trampın nitqinin mətnini cırdı - Video

ABŞ Prezidenti Donald Trampın Konqresdəki dünən gecəki çıxışı zamanı qalmaqal yaradacaq bir neçə epizod baş verib...

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Ənənəvi olaraq hər il ABŞ prezidenti ölkədəki vəziyyətlə bağlı senatorlar və Nümayəndələr Palatasının üzvləri qarşısında çıxış edir. Bu vaxt qəbul edilən bir sıra qaydalara dövlət başçısı və qanunvericilər tərəfindən riayət olunmalıdır. Məsələn, prezident çıxışından əvvəl nitqinin mətnini senata sədrlik edən ABŞ-ın vitse-prezidentinə və Nümayəndələr Palatasının spikerinə təqdim etməlidir. Adətən, bu ritual əl sıxması ilə müşayiət olunur, yəni bir il öncəyə kimi belə idi.

Tramp da ənənəyə uyğun olaraq, nitqinin mətni olan qovluğu vitse-prezident Mayk Pensə və palatanın spikeri Nensi Pelosiyə təqdim edib. Qovluğu alan Pelosi görüşmək üçün əlini uzatsa da, Tramp üzünü çevirərək çıxış üçün nəzərdə tutulmuş yerə gedib. Spikerin əsəbi şəkildə gülümsəməsi gözlərdən yayınmayıb.

Çıxışdan sonra da Tramp Pensin və Pelosinin əlini sıxmadan, sadəcə öz partiyadaşları ilə əl görüşərək çıxışa tərəf yönəlib. Spiker isə prezidentin çıxışı olan bir neçə vərəqi cırıb.

Bundan başqa, daha bir hadisə KİV-in diqqətindən kənarda qalmayıb. Adətən Palatanın spikeri, çıxışdan öncə dövlət başçısını Konqresə bu sözlərin müşayiəti ilə təqdim edir: “Birləşmiş Ştatların prezidenti… təqdim etmək mənim üçün böyük şərəfdir”.

Lakin bu dəfə Pelosi bu sözləri deməklə kifayətlənib: “Konqres üzvləri, Birləşmiş Ştatların prezidenti”.

Bundan sonra zalda olan respublikaçılar Trampın noyabr ayında yenidən seçiləcəyini nəzərdə tutaraq “Daha dörd il” şüarı ilə Polesinin təqdimatını davam etdiriblər.

Öz hərəkətlərini jurnalistlərə şərh edən Pelosi onun Trampa olan münasibəti nəzərə alınarsa, çox nəzakətli davranış sərgilədiyini bildirib.

Yeri gəlmişkən qeyd edək ki, Trampın çıxışı Pelosi başda olmaqla Nümayəndələr Palatasının demokratları tərəfindən elan olunan impiçment fonunda baş tutub. Çərşənbə günü senatda bu mövzu ilə bağlı yekun iclas keçiriləcək.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar