Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ nəşri: “Kremlpərəst qüvvələr Azərbaycan ərazisinin 20 faizini işğal edib” - Foto

ABŞ nəşri: “Kremlpərəst qüvvələr Azərbaycan ərazisinin 20 faizini işğal edib”

“Səfir Con Hantsmanın tezliklə Moskvadan gedişi Amerikanın Rusiya komandasında böyük bir boşluq yaradır. Digər ölkələrin hərbi və ya iqtisadi sahədə ABŞ-a meydan oxumaq imkanları var, ancaq Rusiya respublika üçün potensial ekzistensial təhlükəni təmsil edir. Hantsmanın varisi ABŞRusiya Federasiyası arasında artan gərginliyi həll etmək üçün özünəməxsus xüsusiyyətlərə ehtiyac duyacaq”.

Reyting.az “The Hill”ə istinadla xəbər verir ki, bu, ABŞ səfirinin başa çatmış missiyası və postsovet respublikalarında Rusiyanın nüfuzuna dair sözügedən nəşrin təhlil yazısında qeyd olunub.

Məqalədə deyilir ki, yeni səfir prezident Trampın tam etimadına sahib olmalıdır. “Bütün səfirlər "nazir səlahiyyətli" titulunu daşıyırlar, buna görə də, amerikalı səfirlərin ikinci adı var: "Amerika Birləşmiş Ştatları prezidentinin şəxsi nümayəndəsi". Səfir danışarkən Kreml başa düşməlidir ki, ABŞ prezidentini dinləyirlər və başqalarını deyil”.

Müəllif daha sonra yazır: “O da prezidentin etibarına sahib olmalıdır. Tramp açıq şəkildə açıqlayıb ki, xarici siyasət məsələlərində onun fikri yeganədir. Vəziyyət bunu tələb etdikdə, səfir prezidentə yerdəki faktları təqdim etməli olacaq ki, prezident Tramp düzgün rəyi formalaşdırsın. O, xəbərləri güvəndiyi şəxsdən almalıdır”.

ABŞ-Rusiya münasibətlərindəki gərgin nöqtələrə işarə edən müəllif yazır ki, “Kreml hələ də NATO üzvü olmayan ABŞ müttəfiqlərinin – Gürcüstan və Ukrayna, habelə Kreml tərəfdarı qüvvələri isə NATO üzvü olmayan müttəfiq Azərbaycanın 20 faizini işğal altında saxlayır. Kremlin dəstəklədiyi üsyançılar Ukraynanın şərqinə hücumları davam etdirir. Kalininqraddakı nüvə silahları Baltikləri təhdid edir. Suriya, Liviya, İran və Venesuelada Rusiya beynəlxalq birliyin əksəriyyəti tərəfindən rədd edilən qüvvələrə dəstək verir”.

Məqalə bu cümlələrlə tamamlanır: “Hər şeydən əvvəl, yeni səfir siyasi realizm barədə möhkəm bir anlayışa sahib olmalıdır. ABŞRusiya arasındakı böyük güc rəqabəti sistemli qüvvələrin nəticəsidir. Şəxsi bir şey deyil. Səfir münaqişənin kökünü başa düşdükdən sonra, gərginliyi idarə etmək üçün səfirliyə rəhbərlik edə bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar