Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ neft şikətlərinin Azərbaycandan getməsi ölkəmizin imicinə zərbə vurur?

Sabiq maliyyə naziri: “Chevron və ExxsonMobil şirkətlərinin “Əsrin kontraktı”nda payı bir o qədər də böyük deyildi. Onların bu layihəni tərk etməsi heç nəyi dəyişmir”

“Bu şirkətlərin Azərbaycandan getməsinin əsas səbəblərindən biri ABŞ-da neft ehtiyatlarının iki dəfədən çox olmasına dair məlumatların ortaya çıxmasıdır”.

Bu sözləri “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov ABŞ neft şirkətləri olan “Chevron və ExxonMobil”in Azərbaycanı tərk etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Petroleum Economist saytında Ceyms Qavinin ABŞ neft şirkətlərinin Xəzərdən çəkilməsi Bakını çətin vəziyyətə salır adlı məqalə dərc olunub. ​Məqalədə Chevron və ExxonMobil şirkətlərinin Azərbaycanı tərk etməsindən sonra ölkənin yeni sərmayelər cəlb etmək imkanlarının məhdudlaşacağından bəhs edilir.

“Ötən iyul Şah Dəniz-2 yatağından Türkiyəyə kommersiya məqsədli qaz təchizatının başlaması ilə Azərbaycanın hidrokarbon sektorunda nikbinlik yarandı. Lakin 2018-ci il mənfi xəbərlərlə baş çatdı. Belə ki, Chevron və ExxonMobil-in Xəzər Dənizindəki ən böyük Azəri-Çıraq-Günəşli neft yatağından çəkilməyi planlaşdırdığını açıqladı. Bu iki böyük şirkətin ölkədən getməsi Azərbaycan höküməti üçün çətin vaxta təsadüf edib. Bakı neft axtarışı və istehsalına sərməye axınını qoruyub saxlamalıdır - xüsusilə də Xəzər regionunda siyasi riskin artdığı bir vaxt. Buna səbəb isə ABŞ prezidenti Donald Trampın qonşu İrana qarşı sərt sanksiyaların tətbiq olunmasıdır,” yazıda deyilir.

Qavin bildirir ki, Chevron Azəri-Çıraq-Günəşlidəki 9.57 faizlik payını və Bakı-Tbilisi-Ceyhan boru neft kəmərindəki 8.9 faizlik payını satmaq istəyir. ExxonMobil isə Azəri-Çıraq-Günəşlidəki 6.8 fazilik payını satır. Bu, dövlət neft şirkəti Socar-ı Azəri-Çıraq-Günəşli neft yatağına gələcək xarici sərmayelərin davam etməsi üçün BP-dən çox asılı vəziyyətə salır. “Ölkənin maye hasilatının 80 faizi Azəri-Çıraq-Günəşli neft yatağından gəlir.”

Qavin yazır ki, ABŞ-ın iki böyük neft şirkətinin payları BP-dən xeyli az olsa da, onların layihələrdən geri çəkilməsi Bakı üçün böyük zərbə olacaq. “ExxonMobil və Chevron” keşmiş Sovet respublikasına 1990-cu illərin əvvəlində müstəqil neft və qaz sənayesi inkişaf etdirməyə böyük yardım göstərib. Həmin vaxt 1994-cü ildə əldə olunan Azəri-Çıraq-Günəşli razılığı “əsrin sazişi” olaraq qiymətləndirilmişdi və Avropaya təchizatçılarını diversifikasiya etməyə yardım edəcəyi gözlənilirdi”.

Onun sözlərinə görə isə indi bu şirkətlər olmadan Azərbaycandakı neft yataqlarına yeni sərmayələr cəlb etmək çətinləşəcək.

Həqiqətənmi ABŞ neft şikətlərinin Azərbaycandan getməsi ölkəyə yeni sərmayə cəlb edilməsinə və ölkəmizin imicinə zərbə vurur?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri, professor Fikrət Yusifova müraciət edib.

Fikrət Yusifov: “ABŞ şirkətlərinin layihəni tərk etməsindən faciə düzəltmək lazım deyil. Onlar gedirsə, deməli yerlərinə başqaları gələcək”.

ABŞ-ın neft şirkətləri olan “ExxonMobil və Chevron”un Azərbaycanı tərk etməsini adi bir hal kimi qiymətləndirən sabiq maliyyə naziri PİA.az-a açıqlamasında qeyd edib ki, bu şirkətlərin Azərbaycanı tərk etməsini başqa yerlərdə axtaranlar uzağa getməsinlər:

“Bu şirkətlərin Azərbaycanı tərk etməsi adi bir haldır. Yəni kapital daima hərəkət edir və o özünə daha çox mənfəət gətirən layihələr axtarışında olur. Chevron və ExxsonMobil şirkətlərinin “Əsrin kontraktı”nda payı bir o qədər də böyük deyildi.

Onların bu layihəni tərk etməsi heç nəyi dəyişmir. Sadəcə bu şirkətlərin payını başqa şirkətlər alacaq. Layihənin əsas sərmayədarları BPİ və SOCAR şirkətləridir. BPİ isə bu layihənin operatoru kimi onu bundan sonra da on illər boyu idarə edəcək.

Fikrət Yusifov: “BPİ bu layihənin operatoru kimi onu bundan sonra da on illər boyu idarə edəcək”.

Azərbaycana xarici kapitalın axını davamlıdı. Son 15 ildə ölkəmizə 150 milyard dollar həcmində xarici sərmayə qoyulub. Bu Chevron və ExxonMobilin “Əsrin kontyaktı”na yatırtdıqları sərmayədən on dəfələrlə çox bir məbləğdir. Bu səbəbdən də ABŞ şirkətlərinin layihəni tərk etməsindən faciə düzəltmək lazım deyil. Onlar gedirsə, deməli yerlərinə başqaları gələcək.

Yeri gəlmişkən bu şirkətlərin Azərbaycandan getməsinin əsas səbəblərindən biri ABŞ-da neft ehtiyatlarının iki dəfədən çox olmasına dair məlumatların ortaya çıxmasıdır. Onlar da məhz Birləşmiş Ştatlarda neft hasil etməkdə qərarlıdırlar. Digər tərəfdən ABŞ artıq neftin ixracına 1970-ci illərin əvvəlindən qoyulmuş qadağanı aradan qaldırıb. Bir sözlə, bu şirkətlərin Azərbaycanı tərk etməsini başqa yerlərdə axtaranlar uzağa getməsinlər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar