Bazar, 18 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

ABŞ müttəfiqləri ilə Asiyada yeni raketlərin yerləşdirilməsini müzakirə edir

Bunu Andrea Tompson bəyan edib

“Rəsmi Vaşinqton müttəfiqləri ilə Asiya-Sakit Okean bölgəsinə yeni raketlərin yerləşdirilməsi imkanlarını müzakirə edir”.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Andrea Tompson bəyan edib.

Onun sözlərinə görə, orta mənzilli raketlərin yerləşdirilməsi barədə qərar bölgə ölkələrinin liderləri tərəfindən veriləcək, çünki bu qərar dövlət başçılarının suveren hüququdur.

“Bu bölgə ilə bağlı hər hansı bir qərar müttəfiqlərimizlə məsləhətləşmələr çərivəsində veriləcək. Bu, ABŞ-ın birtərəfli qərarı deyil” deyə, o bildirib.

Pia.az


Şərh yazın.

loading...